Can çıxır təndən könül zikri-ləbi-yar eyləgəc,Tən bulur can yenlədən ol ləfzi təkrar eyləgəc.

Qılma, ey əfqan, gözün bidar, məsti-xab ikən,Olmaya bir fitnə peyda ola, bidar eyləgəc.

Söhbətimdən ar edib, ey gül, məni tərk etmə kim,Gül olur əfsürdə tərki-söhbəti-xar eyləgəc.

Varımı fikri-dəhanınla yox etdim kim, qəzaBöylə əmr etmiş mana, yoxdan məni var eyləgəc.

Ərzi-rüxsar et bu gün, ey məh, güm olsun göydə gün,Öylə kim əncüm olur, gün ərzi-rüxsar eyləgəc.

Hər zəban bir tiğıdir guya Züleyxa qətlinə,Yusifi almaqda əhli-eşq bazar eyləgəc.

Макта — последний бейт с тахаллусом поэта. Naleyi-zarım, Füzuli, xoş gəlir ol gülrüxə,Açılır gül könlü bülbül naleyi-zar eyləgəc.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви