Ya Rəb, həmişə lütfünü et rəhnüma mana
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ya Rəb, həmişə lütfünü et rəhnüma mana,Göstərmə ol təriqi ki, getməz sana, mana.
Qət’ eylə aşinalığm ondan ki, qeyridir,Ancaq öz aşinalərin et aşina mana.
Bir yolda sabit et qədəmi-e’tibarimiKim, rəhbəri-şəriət ola müqtəda mana.
Yox məndə bir əməl sənə şayistə, ah əgərƏ’malimə görə verə ədlin cəza mana.
Xövfi-xətadə müztəribəm, var ümid kim,Lütfün verə bəşarəti-əfvü əta mana.
Mən bilməzəm mənə gərəgin, sən həkimsən,Mən’ eylə, vermə, hər nə gərəkməz sana, mana.
Oldur mənə murad ki, oldur sənə murad,Haşa ki, səndən özgə ola müddəa mana.
Макта — последний бейт с тахаллусом поэта. Həbsi-həvadə qoyma Füzulisifət əsir,Ya Rəb, hidayət eylə təriqi-fəna mana!
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-ya-reb-hemise-lutfunu-et-rehnuma-mana
Клавиши ← → для перехода, R — случайное стихотворение