Mürdə cismim iltifatından bulur hər dəm həyat
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Mürdə cismim iltifatından bulur hər dəm həyat,
Ölərəm gər qılmasan hər dəm mənə bir iltifat.
Yazə bilməz ləblərin vəsfin təmami-ömrdə,
Abi-heyvan versə Xizrə kilkü zülmətdən dəvat.
Mən fəqirəm, sən ğəni, vergil zəkati-hüsn kim,
Şər içində həm mənədir, həm sənə vacib zəkat.
Görməyincə hüsnünü imanə gəlməz aşiqin,
Yüz peyğəmbər cəm olub, göstərsələr min möcüzat.
Məzhəri-asari-qüdrətdir vücudi-kamilin,
Feyzi-fitrətdən qərəz sənsən, tüfeylin kainat.
Cövhəri-zatindədir məcmui-övsafi-kəmal,
Bu sifat ilə ki, sənsən, qandadır bir pak zat?
Eşqə ta düşdüm Füzuli, çəkmədim dünya qəmin,
Bil ki, qeydi-eşq imiş dami-təəllüqdən nəcat.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-murde-cismim-iltifatindan-bulur-her-dem-heyat
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Duma qatarıdır, uçan arzular,Sevdalı qəlbimdə bir nisgilim var.
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Gözüne tîr-i hatâyî didiler çin mi acebGözüne tîr-i hatâyî didiler çin mi acebYüzüne lutf-ı hüdâyî didiler çin mi aceb
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,