روشنست از سرخی روی شفق بر اهل حال
Что такое касыда?
Касыда: торжественное длинное стихотворение — восхваление или наставление.
روشنست از سرخی روی شفق بر اهل حالاین که او را هست در دل ذره از مهر حال
هر که مهر چارده معصوم دارد کامل استهست ماه چارده را هم ازان مهر این کمال
نیست دور چرخ جز بر منهج اثنا عشرظاهر است این معنی از وفق حساب ماه و سال
هر شهنشاهی که دارد صدق با آل علیدر نظام ملک او راهی ندارد اختلال
هر سرافرازی که باشد بنده این خاندانآفتاب دولت او را نمی باشد زوال
زین سعادت پر جمیع سروران دارد شرفخسرو عادل دل فرخ رخ فرخنده فال
آن شهنشاه بلند اختر که در اوج شرفاختر اقبال او عاریست از عیب وبال
آنکه از رأفت سواد هند در ایام اوآن صفا دارد که در رخساره محبوب خال
آنکه کرده پرتو جاه و جلالش هند راخوش نماتر از سواد نقطه جاه و جلال
آنکه در هندست تأیید بصیرت در سوادملتفت بر حال هر کس از یمین و از شمال
آنکه طاووس صفای رأیش از هندوستانبر سر سکان صحن کربلا گسترد بال
آنکه طوطی طرازنامه اش آمد ز هندشد بدلداری سکان نجف شیرین مقال
آنکه هم در کربلا هم در نجف خدام راگر نبودی لطف او بودی رفاهیت محال
آنکه صیت جود عالم گیر او چون خاک هندبر سلاطین گیر عالم را سیاه از انفعال
آنکه در تعظیم اهل البیت دست همتشداد شاهان همه روی زمین را گوشمال
آنکه مشکل کرد اخراج تصرف بر ملوکدر عراق احسان او نگذاشت ارباب سؤال
قطب دین سلطان نظام الملک دریادل که چرخهست او را بنده در گردنش طوق هلال
آنکه با خاک در شاه ولایت متصلاز صفای صدق او خانیست او را اتصال
آنکه او را قبه پرنور شاه کربلاستدر شبستان سعادت شمع فانوس خیال
تابعان را داده فیض رأفت او سروریسرکشان را کرده دست صولت او پایمال
شد زرافشان آفتاب همتش در خاک هندداد رنگ زعفران بر صحفه عنبر مثال
گشت خاک هند زر حالا نمی یابد کسیذره خاک سیه در هند بهر اکتحال
زر ز هند آورد هر کس برد خاک از کربلاخلق را لطفش نمود این راه دارد احتمال
کز پی تعظیم قدر او بهندستان کنداندک اندک کربلا را ارض بابل انتقال
ای دلت آینه دار صورت فیض ازلوی ضمیرت مظهر آثار لطف لایزال
بس که از دریا گرفتی گوهر و پر ساختیرفت از دست کرم دامان حفظ اعتلال
تلخ کامی نیست جز دریا کنون در ملک هندکز تو در آیینه طبعش بود گرد ملال
گر شود هر قطره از آب دریا گوهرینیست کافی بر عطای آن کف دریا نوال
سرورا مداح شاه اولیایم مدتیستدر مناقب کرده ام صرف سخن پنجاه سال
بر ثبات من درین درگاه عالی همچو طاقگر نباشد شاهدی قد دو تا کافیست دال
داشتم عهد از ثنای خسروان روزگارعهد من بشکست اقدام تو بر حسن خصال
فرض شد بر من ثنایت لیک بی بهر طمعبهر کان افتاده اظهار تکلم را مجال
لطف داری بر محبان علی وه چو نکنمگر نمی گویم ثنایت می شوم البته لال
نقد گفتار فضولی نقد مدح چون تو نیستگر نگوید نیست ذوق گفت گو بر وی حلال
تا بود هر ماه یک نوبت در ایوان افقآسمان خورشید و مه را عقد پیوند وصال
از حجاب غیبت در خلوت سرای سلطنتبر تو هر دم شاهد فتحی کند عرض جمال
چشم آن دارم که چون خوانی کشد بر اهل فقرخادم لطف تو بشمارد مرا هم از عیال
Əhli-halə bəllidir kim, bu şəfəq neyçündür al,
*
Çünki qəlbində onun bir zərrə var sevdayi-al.
Kimdə on dörd mə’sumun eşqi ola, kamil odur.
Gör ki, on dörd gecəlik ay da tapır bundan kamal.
Asiman da dövr edir eşqi-imamətlə, yəqin,
On ikilə ölçülür, çünki baxın, bu mahü sal.
Hər şəhənşah sadiq olsa gər Əli övladına,
Ölkəsində olmaz əsla şurü qovğa, ixtilal.
Hər böyük sərkərdə olsa bəndəsi bu dərgəhin,
Afitabi-dövləti tapmaz bu dünyada zəval.
Al – Məhəmmədin əbası altına toplaşan beş nəfərdir ki, buna “pənc təni-ali
əba” deyirlər.
Bu səadətdən daha çox pay alıb tapmış şərəf,
Xosrovi-adildilü, fərrüxfəru fərxəndə fal,
Ol şəhənşahi-bülənd-əxtər şərəf ovcində bax,
Əxtəri-iqbalı görməz zərrəcə eybi-vəbal.
Izzü cahindən onun dövründə bu Hind ölkəsi
Bir səfa kəsb eyləmiş sanki gözəl ruyində xal.
Pərtövi-cahü cəlali Hində vermişdir bəzək,
Aləmə salmış səda onda olan cahü cəlal.
Hind içində nurdur, sanki bəsirət didədə,
Bunu aydın dərk edir istər cənub, istər şimal.
Qəlbinin tavusu uçmuş Hindidən gəlmiş, budur,
Kölgə salmaqçın açıb bu Kərbəla səhnində bal.
Hinddən gəlmiş onun şirin-süxən tutisi də,
Ta Nəcəf əhlində olsun nəğməzən, şirin-məqal.
Kərbəla ilə Nəcəfdə olmasaydı lütfü, bil,
Xəlqə asudə həyat olardı bir əmri-mahal.
Ondakı cudü səxanı gördü aləmdə yəqin,
Hind torpağı kimi olmuş qara şahlarda hal.
Sayəsində cümlə şahlar tə’zim etdi Məkkəyə,
Əks olan şahlara verdi hümmətilə guşimal.
Şahlara etdi təsəddüq xərcini müşkül, vəli
Qoymadı mülki-Iraqda bir nəfər əhli-sual.
Qütbi-din sultan Nizamülmülk, o dərya qəlbə kim,
Asiman bəndə olubdur gərdənində bir hilal.
Dərgəhi-şahi-vilayət torpağına daima,
Eyləmiş sidqi-səfası sayəsində ittisal.
Kərbəla şahi işıqlı qübbəsi olmuş hər an,
Məclisində nur verən bir şəm’i-fanusi-xəyal.
Kim boyun əymiş ona tapmış səadət feyzini,
Kim ona düşmən isə, olmuş cahanda payimal.
Zər səpibdir Hind yerində afitabi-hümməti,
Ətr saçdı hər yerə o, zə’fəran ənbər misal.
Hind torpağı tamam olmuş qızıldan bəhrəvər,
Sürmə üçün zərrəcə torpağa yoxdur ehtimal.
Hindlilər zər verdi aldı Kərbəla torpağını,
Lütfü xalqı saxladı, olmadı heç bir qeylü qal.
Taki tə’zim eyləsin qədrinə xaki-Kərbəla,
Ərzi-Babildən bu yolla Hində eylər intiqal.
Ey olan qəlbi bu gün ayinədari-feyzi-həqq,
Ey zəmiri məzhəri-asari-lütfi-layəzal.
Bu dənizdən sən alıb səpdin səxavətlə gühər,
Getdi bax, dəsti-kərəmdən indi hifzi-e’tidal.
Artıq Hindustan yerində təlxkamlıq qalmamış,
Bir dənizdir kim, çəkir qəlbində min dərdü məlal.
Çünki inci olsa da bu dəryanın hər qətrəsi,
Tapacaq bəhri-səxasi qarşısında tez zəval.
Sərvərim, məddahi-şahi-övliyayəm qəlbdən,
Əlli il söz söylədim, etdim bu dillə ərzi-hal.
Bu müqəddəs dərgəhə sadiqliyə var şahidim,
Qəddim olmuşdur bu dərgəhdə mənimçün hərfi-dal.
Əhd qılmışdım ki, tə’rif etməyəm mən şahları
Əhdimi sındırdı iqdamın sənin, ey xoş xisal.
Mən təmə’çin yox, fəqət tə’rif üçün söy söylərəm,
Çünki ancaq indi tapdım nitqə mən vaxtü məcal.
Lütfün olmuşdur sənin daim Əli əhbabinə,
Gər səni mədh etməsəm nitqim olar əlbəttə lal.
Bu Füzulinin dili mədhində söylər lütflər,
Dinməsə, qoy olmasın nitqi Füzuliyə həlal.
Hər bir ay eyvani-gərdunda olar bir hadisə
Kim, günəş ayla tapar dövri-üfüqdə xoş vüsal.
Səltənət xəlvətsərasında hicabi-qeybidən,
Qalibiyyət dilbəri hərdəm qıla ərzi-camal.
Əhdi-fəqrə, var ümidim, süfrə açsa eyləyər
Xadimi-lütfün məni də daxili-əhli-əyal.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-qeside-34
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · Хвалебные
Qəm çəkmə, ey könül, fani dünyada,Qılınc çəksən dərdə, aha yaxşıdır.
Хосров и Ширин, глава 38С Ширин гуляет шах меж радостных долин.Прекрасно все окрест, прекрасно, как Ширин.
Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!Усердье, что являл ты столько дней, - тебе во благо будь!Твоя страна - ведь шахствуешь ты в ней - тебе во благо будь!
Səcdeyi-həqq oldu çün zümreyi-insanə fərzSəcdeyi-həqq oldu çün zümreyi-insanə fərz,Səcdeyi insan olub cümleyi-imkanə fərz.