Qeyrə eylər bisəbəb min iltifat ol nuşləb
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Qeyrə eylər bisəbəb min iltifat ol nuşləb,
İltifat etməz mənə mütləq, nədir bilmən səbəb?
Cövr olur adət qəzəb vəqti, nə adətdir bu kim,
Cövrün az eylər mənə ol tündxu qılğac qəzəb.
Nola qəmzən fikri düşdisə dili-suzanimə,
Zalimin gər olsa atəş mənzili olmaz əcəb.
Dəmbədəm gər düşsə gözdən, dürri-əşkim, vəchi var,
Yaş uşaqlardır yetim, onlarda yox rəsmi-ədəb.
Cövrü könlümdür çəkən, gözdür görən rüxsarını,
Allah-allah, kam alan kimdir, çəkən kimdir tələb.
Yar bidad eyləməz üşşaq fəryad etmədən,
Hər necə ruzi mükəddər olsa vacibdir tələb.
Mütrib, ağlatma sürudinlə Füzuli xəstəni,
Seyli-əşkindən saqın qopmaya bünyadi-tərəb.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-qeyre-eyler-bisebeb-min-iltifat-ol-nusleb
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О мудрости
Mən göz yaşlarına dözə bilmirəm.İllah da qocayla uşaq ağlasın.
Gönlümi aldun iy begüm bilimedüm ki kandadurGönlümi aldun iy begüm bilimedüm ki kandadurİllâ bilürem anı ki gönül alalı kandadur
Sarı bülbülGülün eşqiylə nədəndir çağlar,Çağlamaqdan darılıbdır bülbül.
Yüksəl“Kommunist” qəzetinin 25 illiyinə*Yüksəl, cavan oğlan, yaş iyirmi beşə çatdı,