Padişahi-mülk, dinarü dirəm rüşvət verib
Padişahi-mülk, dinarü dirəm rüşvət verib,
Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri.
Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır,
Ol dəxi asari-əmnü istiqamətdən bəri.
Göstərən saətdə dövrani-fələk bir inqilab,
Həm özü fani olur, həm ləşkəri, həm kişvəri.
Gör nə sultanəm məni-dərviş kim, feyzi-süxən
Eyləmiş iqbalimi asari-nüsrət məzhəri.
Hər sözüm bir pəhlivandır kim, bulub tə’yidi-həq,
Əzm qıldıqda tutar tədric ilə bəhrü bəri.
Qanda kim, əzm etsə, mərsumü məvacib istəməz,
Qansı mülkü tutsa dəgməz kimsəyə şurü şəri.
Payimal etməz onu asibi-dövri-ruzigar,
Eyləməz tə’sir ona dövrani-çərxi-çənbəri.
Qılmasın dünyadə sultanlar mənə təklifi-cud,
Bəs dürür başımda tövfiqi-qənaət əfsəri.
Hər cəhətdən fariğəm, aləmdə haşa kim, ola
Rizq üçün əhli-bəqa, əhli-fənanın çakəri.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-qite-36-padisahi-mulk-dinaru-direm-rusvet-verib
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О судьбе
Bəxt mənə yar olub şahi-Suleyman bu gün,Sayə salıb ustumə ol şəhi xaqan bu gün.
Bir günKönül, ara dostlarını,O da səni gəzər bir gün.
TülküGəzərdik küh-səhra seyr edib, ey binəva tülkü,İrişdi sənə dövrandan kənə nagəh cəfa, tülkü.
MənimçünKimsənəm yox mənə yazsın bir namə,Qürbət içrə bu diyarə mənimçün.