Sən yüzündən aləmi rövşən qılıb saldın niqab,Yazıya. salsın bu gündən böylə nurin afitab.

Sən nə nuri-paksən, ey məzhəri-sün’i-ilah,Kim, alır şəm’i-rüxündən nur mehrü mahitab.

Əks ruyin suya salmış sayə, zülfün toprağa,Ənbər etmiş toprağın adın, suyun ismin gülab.

Yeldə bulmuş buyi-zülfün, suda əksi-arizinKim, yeli bağrına basıb, suya göz dikmiş hübab.

Lə’lgun meydir əlində sağəri-simin ilə,Ya nigini-lə’ldir, rəşki-ləbindən oldu ab?

Kilki-qüdrət lövhi-sinəmdə səni qılmış rəqəm,Eyləyib məhbublər məcmuəsindən intixab.

Макта — последний бейт с тахаллусом поэта. Ey Füzuli, hər əməl qılsan xətadır, qeyri-eşq,Budurur mən bildigim, "vallahu ə’ləm bis-səvab".

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви