Ta ki, taği-zərnigarın çərx viran eyləmiş,Xişti-zərrinin səba fərşi-gülüstan eyləmiş.

Katibi-təqdir xətti-səbzə təhrir etməyəLövhi-gülzari xəzan bərgi zərəfşan eyləmiş.

Qət’ edib fəsli-xəzan abi-rəvan şirazəsin,Nüsxeyi-gülzarın övraqın pərişan eyləmiş.

Dövr cövrün gör ki, nüzhətgahi-əhli-zövq ikən,Cuybari-gülşəni zənciri-zindan eyləmiş.

Eyləmiş tədbiri-təşvişi-xəzan taracınınLalə, rəngin rəxtini dağ içrə pünhan elyəmiş.

Ruzigarın tirə, bəxtin qarə, nitqin lal edib,Matəmi-gül bülbüli zağ ilə yeksan eyləmiş.

Макта — последний бейт с тахаллусом поэта. Ey Füzuli, dəhr halın şaxi-güldən qıl qiyasKim, verib əvvəl təcəmmül, sonra üryan eyləmiş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе