Üzünü güzgüyə qeybətdə oxşadan qafil
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Üzünü güzgüyə qeybətdə oxşadan qafil,Toxunsa üz-üzə olmazmı ara yerdə xəcil.
Buraq niqab ki, bilsin kəmali-sün’i görüb,Firiştə xilqəti-Adəmdə şübhəsin batil.
Hədisi-vəhyvəşin zaye’ etmə əğyarə,Rəvamıdır, edəsən qədrin ayətin nazil.
Hərimi-kuyini göstər nümunə, eylə səvabKim, ola cənnət içün xəlq taətə mail.
Səni qoyub, bütə eylər ibadətin kafir,Əzabi-duzəxə ol vəchdən olur qabil.
Həkimə nəfyi-qiyamət xətasını bildir,Qiyam göstər ona, e’tiqadın et zail.
Макта — последний бейт с тахаллусом поэта. Qərəz Füzuliyə ancaq əlində ölməkdir,Vəli məhaldır ol həm, sən olıcaq qatil.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-uzunu-guzguye-qeybetde-oxsadan-qafil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Rəhm et, ey şəh, məni-dərviş çəkən ahlərəKi, gəda ahı əsər eylər olur şahlərə.
Riştədir cismim ki, dövri-çərx vermiş tab onaRiştədir cismim ki, dövri-çərx vermiş tab ona,Mərdümi-çeşmim düzər hərdəm düri-sirab ona.
Saqiyə, mey sun ki, dami-qəmdürür huşyarlıqSaqiya, mey sun ki, dami-qəmdürür huşyarlıq,Məstlikdir kim, qılır qəm əhlinə qəmxarlıq.
Saqiya, cam tut ol aşiqə kim, qayğuludurSaqiya, cam tut ol aşiqə kim, qayğuludur,Qayğu çəkmək nə üçün, cam ilə aləm doludur.