Şəm’i-ruyin afitabi-aləmaradır sənin,Nuri-həq xurşidi-rüxsarında peydadır sənin.

Sənsən ol cövhər ki, dürci-mümkinat içrə bu gün,Mümkün olan eybdən zatın mübərradır sənin.

Can verir lə’lin təmənnasında min abi-həyat,Feyzinə ləbtəşnə yüz Xizrü Məsihadır sənin.

Sərvü gül nəzzarəsin neylər sənə heyran olanKim, qədin sərvü rüxün gülbərgi-rə’nadır sənin.

Razi-eşqin xəlqdən qılmaq nihan mümkün degil,Aşiqin ol vəchdən aləmdə rüsvadır sənin.

Qıldı şövqün əşk qəvvası gözüm mərdümlərin,Ey düri-tər, mənzilin guya bir dəryadır sənin.

Макта — последний бейт с тахаллусом поэта. Cümlə afaq əhldən çəkmiş təəllüq damənin,Ta Füzuli xəstəyə vəslin təmənnadır sənin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви