Xəm qədilə ağılaram ol türreyi-tərrarsız,Gərçi derlər çəngdən çıxmaz tərənnüm tarsız.

Sineyi-çakimdən əksik etmə tiri-qəmzəni,Ey güli-rə’na, bilirsən kim, gül olmaz xarsız.

Saxlamazdım navəkin gözdə, bəlasın çəkməsəm,Su verib ol nəxli bəslərdimmi olsa barsız?

Yol azarsan zülməti-heyrətdə, ey dil, vaqif ol,Zinhar, ol kuyə varma ahi-atəşbarsız.

Giryəyi-zar ilə xoşhaləm ki, bəhri-eşqdə,Əşksiz göz bir sədəfdir, lö’löi-şəhvarsız.

Canə azari-xədəngin xoş gəlir, ey qaşı yay,Bir sifariş qıl ki, bizdən ötməsin azarsız.

Макта — последний бейт с тахаллусом поэта. Zöhddən keçməz Füzuli, eyləməz tərki-riya,Pənd çox verdim, eşitməz arsızdır, arsız.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов