Xoş ol zaman ki, hərimi-vüsalə məhrəm idim,Nə mübtəlayi-bəla, müğəyyədi-ğəm idim.

Gəzərdim itlərin içrə fəzayi-kuyində,Yerim behişti-bərin idi, mən də bir adəm idim.

Həmişə səcdəgahim xaki-asitanın idi,Bu etibar ilə bir sərbüləndi-aləm idim.

Gədayi-kuyin idim, böylə zillətim yox idi,Səriri-səltənəti-qürbdə müəzzəm idim.

Zaman-zaman əsəri-pərtövi-cəmalindənMüalici-dili-pürdərdü çeşmi-pürnəm idim.

Ziyadə qəmzədəyəm hicr ilə, xoş ol günlərKi, mən bu qəmzədəlikdən ziyadə xürrəm idim.

Макта — последний бейт с тахаллусом поэта. Füzuli, olmaz imiş möhnəti-fərağə müfid,Bu zövqi-zikr ki, bir vəqt yarə həmdəm idim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке