Yanan eşq atəşinə atəşi-duzəxdən eyməndir,Nə kim, bir gəz yanar, yandırmaq oni qeyri-mümkindir.

Buraqdım zövrəqi-dil eşq bəhrinə, saqın, ey mah.Təməvvüc verməsin təşviş ona kim, onda sakindir.

Dəhanın dürcünü xali-ləbin gözdən nihan etmiş,Əmanət gör ki, hindu məxzəni-lö’löyə xazindir.

Qəmin kim, tökdü qanım, dildə sakin olduğun bildimKi, xəlvət çəkməgin tə’siri sirri-kəşfi batindir.

Cigər dağinə mərhəm oldu peykanın, bihəmdillah,Səadət kövkəbinə əxtəri-bəxtim müqarindir.

Rüxündən nur oğurlar şəm’, başın kəssələr caiz,Budur bir qul sərəncami ki, sultaninə xaindir.

Макта — последний бейт с тахаллусом поэта. Füzuli, xali olmaz surəti-dil dust fikrindən,Bu mə’nidən ki, beytüllah, deyərlər qəlbi-mö’mindir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви