Çeşmi-surətbazimə müjgan səfi həngamədir,Qanə batmış hər müjəm bir şuxi-gülguncamədir.

Göstərər hər dəm əlamətlər qiyamətdən qədin,Qaim etmiş həşr bürhanın, əcəb əllamədir.

Ta xətin üzrə xəmi-əbrulərin sərgərmiyəm,Hər sözüm dərdi-dil imlasinə bir sərnamədir.

Üzdə nəqşi-xuni-dil razi-nihanım faş edər,Şərhi-qəm təhririnə hər kiprigim bir xamədir.

Dərdim oldur kim, müsəlman olmuş ol tərsabeçə,Küfrə olan zülmlər tə’ni bu gün islamədir.

Ey səba, rəhm et kim, ol bidərd qılmış tərki-cövr,Çareyi-dərdi-dilim mövquf bir e’lamədir.

Макта — последний бейт с тахаллусом поэта. Ey Füzuli, bulmadım rəngi-riyadən bir səfa,Nola gər meylim bu rəng ilə meyi-gülfamədir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов