Bir gün namaz üstündə durub qəlb ilə əlbir,Açmaqda idim sirlərimi Allaha bir-bir.Bəzən ayaq üstündə durub, gah əyilirdim,Gah səcdə qılıb göylərə bəzən çəkilirdim.Birdən bu ibadət ilə sərməst görünən mən,Qalxdıqda setarın səsinə tezcə yerimdən.Ol dəm ürəyimdən yoxalıb qaçdı da saat,Yırtıldı bu səsdən həya pərdəm mənim heyhat!Sordum ona: – Ey, dürlü sədalər verən iblisKafər kimi gəl olmagilən odlara bais.Neyçin yaranıb tərpənişin qəlbə əziyyət,Yoxsa ki, xəyaldan çəkilib xofi-qiyamət.Şeytan kimi hiylə evinin gövhərisən sən,Min dürlü bəla xəznəsinin gövhərisən sən.Bir tordu sənin qolların üstündəki saplar,Bir tor ki, ömür bağçasının mürğünü ovlar.Yüz yerdən azı öz belini bağlamısan sən,Taət izini ta qapasan dildən, ürəkdən.Hansı sinəni gərçi o gövdən vətən etdi,O sinədən Allaha ibadət yoxa getdi.Bir barmağı ki, öz sinənə cəlb elədin sən,Asudəliyin təsbehini tulladı əldən.Gəl sən də mənim tək elə əndişə bu oddan,Et tövbə ki, qorxan çəkinər öz günahından.Bu dəm dilə gəldi o xəbər sahibi, Tənbur,Üz tutdu əzəl, sonra mənə söylədi: “ Bir dur!Gəl olma, – dedi, – gizli qalan pərdəni yırtan,Vurma üzümə, olsa da eybim, sən, ey İnsan.Bu yolda çox oldu mənə dost, həmnişin, həmdəm,Heç bir kişinin etirazından yemədim qəm.Bu günsə məni tullayaraq rədd eləyirsən,Yoxdursa köməkçin belə də eyləmə gəl sən.Dünyanın işindən xəbərin zərrəcə yoxdur,Xoşbəxt çox isə dünyada bədbəxt də çoxdur.Allahın o ehsan dənizi qüsl məkanı,Bir yer ki, o yer adlanılır əfv divanı.De, mən tək adamdan oraya tozmu qonar heç?O yerdə günah qəmləri çəkmək xatadır, keç!”Qafilmisən aya, o kərəm süfrələrindən?“O hər şeyi qavrar”, bunu dərk eylə dərindənRəğbət elə Tənbura, Müğənni, gəl ürəkdən,Rəğbət açarilə ona da bir qapı aç sənAç bir qapı ki, zahir olub nəşələr ondan,Qəlblər gülərək daim olar gül kimi xəndanTərkində Füzuli bulunub qorxmaz əzabdan.Bu hali-büsatdan qoparar nəşələr hər an.Xoş ol kəsə ki, məst oyana qəbr otağından,Bihuş aparıb eyləyələr daxili-niyran.Bu zülm evinin qəmdən acı zülmü, əzabı,Xatırlada əhvalına min qətrə şərabı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов