Yenə ol mah mənim aldı qərarım bu gecə
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Yenə ol mah mənim aldı qərarım bu gecə,
Çıxacaqdır fələkə naleyi-zarım bu gecə.
Şəm vəş məhrəmi-bəzm eylədi ol mah məni,
Yanacaqdır yenə eşq oduna varım bu gecə.
Həm visali vurur od canıma, həm hicranı,
Bir əcəb şəm ilə düşdü sərü karım bu gecə.
Nə tütündür ki, çıxar çərxə, dili-zarə məgər
Hicr dağini vurur laləüzarım bu gecə?
Sübhə saldı bu gecə şəm kimi qətlimi hicr,
Ola kim, sübh gəlincə gələ yarım bu gecə.
Parə-parə ciyərim itlərinə nəzr olsun,
Ol səri-kuyə əgər düşsə güzarım bu gecə.
Var idi sübh visalinə, Füzuli, ümmid,
Çıxmasa həsrət ilə cani-fikarım bu gecə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-yene-ol-mah-menim-aldi-qerarim-bu-gece
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zairi-meyxanəyəm müğ səcdəsidir taətim,Eşq pirim, nəqdi-can nəzrim, təvəkkül niyyətim.
Zülfi kimi ayağın qoymaz öpəm nigarımZülfi kimi ayağın qoymaz öpəm nigarım,Yoxdur onun yanında bir qılca etibarım.
Yar vəslin istəsən, kəsmək gərək candan təməYar vəslin istəsən, kəsmək gərək candan təmə,Hər kişi kim, vəsli-yar istər, kəsin ondan təmə,
Yar qılmazsa mənə cövrü cəfadən qeyriYar qılmazsa mənə cövrü cəfadən qeyri,Mən ona eyləməzəm mehrü vəfadən qeyri.
Стихи других поэтов · О любви
Aləmləri babət-babət yaradanNə qaldı ki qul başına gəlməsin
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Ey dil, vəfası yoxdu dilara gözəllərinEy dil, vəfası yoxdu dilara gözəllərin,Cövrü cəfası çoxdu bu rəna gözəllərin.
Belə əhd eyləmişəm, ey bacı, cananım ilənBelə əhd eyləmişəm, ey bacı, cananım ilən,Ərseyi-Kərbübəladə boyanım qanım ilən.