Birinci məclis
Страница 2 из 2 · 50%
C a h a n. Bəs sən kişi xeylağı, qızı nə sayaq görərsən, xalq qızını sənə göstərərmi?
Ə s g ə r. Hə, bəs mətləb elə buradadır ki, səhərdən bəri sənə deyirəm ki, bunun axırı nə olsun? İstəyirəm evlənim, amma bilmirəm kimi alım; çünki heç kəsi görməmişəm və görmək də olmaz.
C a h a n. Ay xalan sənə qurban, sən gəl ata-baba yolu ilə evlən. Sənin nə borcundur, qoy mən gedim sənə qız alım, hərgah pis olsa təqsir mənim boynuma.
Ə s g ə r. Ay xala, sən nə fikir edirsən? Mən arşını iki şahılıq çiti görməmiş almaram; halbuki diri gözlü arvad ola. Yox, mən bu sayaq evlənmək istəmirəm. Bacarsan mənə bir yol göstər ki, qızı görüm, sonra alım.
C a h a n. Xalan sənə qurban, nə yol göstərim?
Ə s g ə r. Görünür ki, heç bir yol yoxdur. Onun üçün mən də evlənmirəm.
V ə l i ah çəkir. Sükut. Musiqi çalınır, sonra S ü l e y m a n daxil olur.
S ü l e y m a n. Cahan xala, kefin yaxşıdırmı? Vəli, sən necəsən?
C a h a n. Allaha şükür, sağ olasan, Süleyman.
V ə l i. Bəy, iltifatın artıq olsun.
S ü l e y m a n Ə s g ə r ə tərəf gedib oxuyur.
M u s i q i
Nədir sənin dərdin, bu nə ahü zardır? (2 dəfə)
Nədir sənin fikrin, belə tarü mardır? (2 dəfə)
Utanma gəl söylə, belə dərdini mənə, (2 dəfə)
Nə qüssədir böylə əsər eyləyib sənə? (2 dəfə)
Bu dünyada yoxdur belə dərdi-bidəva. (2 dəfə)
Dəvasın al dərdin, belə görginən səfa. (2 dəfə)
Eşitməmişsənmi belə bir məsəl də var, (2 dəfə)
Nə arzu varsa, belə axtaran tapar! (2 dəfə)
Balam nə olub ki, belə qaradinməzcə oturubsan, yoxsa dünyanın dərdi sənə qalıbdır?
Ə s g ə r. Ay Süleyman, yaxşı oldu sən gəldin; axı deyirlər ki, sən bir ağıllı adamsan, gəl görək sən nə məsləhət tökürsən?
S ü l e y m a n. Deməli, sən özün inanmırsan ki, mən ağıllıyam?
Ə s g ə r. İnanıram, amma məsləhət töksən lap yaxşı inanaram.
S ü l e y m a n. İndi bir-bir söylə görüm nə olubdur?
Ə s g ə r. Nə olacaqdır, onu fikir edirəm ki, yaxşı, axı bunun axırı nə olsun? Elə bu dünya belə gəlib belə getsə….
S ü l e y m a n (sözünü kəsir). Dayan, bildim nə istəyirsən.
Ə s g ə r. Nə istəyirəm?
S ü l e y m a n. Əlbəttə, arvad almaq istəyirsən.
H a m ı təəccüb edir.
Ə s g ə r (təəccüblə). Paho, nə bildin?
S ü l e y m a n. Sifətindən görürəm. Onu bilmək çətin deyil ki. (Cahana). Belədir, belə deyil, Cahan xala?!
C a h a n. Qadan alım, əlbəttə, elədir.
S ü l e y m a n (Vəliyə). Belədir, belə deyil, Vəli.
V ə l i. Bəy, əlbəttə, belədir.
S ü l e y m a n (Əsgərə). İndi bildin ki, mən ağıllıyam?!
Ə s g ə r. Yarısına qədər bildim. Aşna, indi bir iş də var; hərgah ona bir tədbir töksən, onda bilərəm ki, başdan ayağa qədər ağıllısan.
S ü l e y m a n. Di bir-bir söylə, qulaq asım.
Ə s g ə r. Bax, Süleyman, mən belə fikirdəyəm ki, qız almaq mal almaq kimi bir şeydir. İndi malın pisi-yaxşısı olan kimi….
S ü l e y m a n. Dayan, bildim nə istəyirsən.
Ə s g ə r. Nə istəyirəm?
S ü l e y m a n. İstəyirsən ki, əvvəlcə qızı görüb, baxıb sonra alasan.
Yenə h a m ı təəccüb edir.
Ə s g ə r. Balam necə bildin?
S ü l e y m a n. Ağzını açan kimi. Onu bilməyə nə var ki…. (Cahana). Belədir, belə deyil, xala?…
C a h a n Qadan alım, əlbəttə, elədir.
S ü l e y m a n. Belədir, belə deyil, Vəli?
V ə l i. Bəy, doğru buyurursan.
S ü l e y m a n (Əsgərə). İndi bildin ki, başdan ayağa qədər ağıllıyam?
Ə s g ə r. Bir azca qalıbdır, hərgah bir işi də bilsən, onda imanım kamil olar.
S ü l e y m a n. Bir-bir söylə. Qulaq asaq.
Ə s g ə r. Yaxşı, ağıllı oğlan, bəs, mən qızı harada görüm və nə sayaq görüm ki, heç olmasa bir balaca bələd olum?
S ü l e y m a n. Ondan asan nə var ki; paltarın dəyiş, köhnəsini gey, qoltuğuna bir top çit-mit nə varsa vur, əlinə də bir arşın al. Ondan sonra düş qapı-qapı gəz və arşın mal sat. Bu halda, gördüyün qızların birisini seç, sonra lələşini göndər, gedim elçilik eləyim, vəssəlam.
Ə s g ə r (sevinir). Əcəb fikirdir, vallah!
C a h a n. Qadan alım, əlbəttə, yaxşı fikirdir.
S ü l e y m a n. Ayrı cürə əlacı yoxdur. (Cahana). Belədir, belə deyil, xala?
C a h a n. Qadan alım, əlbəttə, belədir.
S ü l e y m a n. Belədir, belə deyil, Vəli?
V ə l i. Bəy, doğru buyurursan.
S ü l e y m a n (Əsgərə). İndi gördün ağıllıyam?
Ə s g ə r. Ağıllısan qardaş, ağıllısan. Vallah, sən deyən kimi edəcəyəm.
C a h a n. Ay Süleyman, bəs sən niyə özünü qocaldıb evlənmirsən?
S ü l e y m a n. Mən də evlənərəm, xala. O fikirdən mənim də başımda var. Hələ indi əvvəlcə bir Əsgəri evləndirək, görünür ki, bu çox tələsiyir. Sonra mən də evlənərəm…. (Birdən). Yaxşı, xala, bəs sənin fikrin nədir?
C a h a n. Heç nə, qadan alım, nə olacaqdır ki?…
S ü l e y m a n. Yox, xala, daha bu qədər dul qaldın bəsdir. Qoy səni bir allah bəndəsinə verək, canımıza dua eləsin.
C a h a n. Buy, qadan alım, mənim nə ərə getmək vaxtımdır ki?
S ü l e y m a n. Necə, çox balacasan? Əlbəttə, vaxtındır, belədir, belə deyil, ay camaat? Əlbəttə, belədir. (Vəliyə). Balam, Vəli, sən də hazırlaş ha!
V ə l i utanır, başını aşağı salır.
S ü l e y m a n. Hə, Əsgər, fikrə gedibsən.
Ə s g ə r. Vallah, sabahdan arşın malı satan olacağam.
S ü l e y m a n. Əcəb elərsən, allah səni də tez muradına yetirsin, bizi də. Belədir, belə deyil, xala?
C a h a n. Qadan alım, əlbəttə, elədir.
S ü l e y m a n. Belədir, belə deyil, Vəli?
V ə l i. Bəy, doğru buyurursan.
S ü l e y m a n. Bəs indi ki, belə oldu, qulaq as. (Oxuyur)
M u s i q i
Öyrən bu kələyi arvadı tap, tez toy elə. (2 dəfə).
Bil kim, düşməyəcək böylə kələk bir də ələ. (2 dəfə).
Amma bax, unutma sən, unutma sən, bizləri sən,
Görəndə qaşı qara, gözü qara qızları sən.
H a m ı. (Əsgərdən başqa).
Amma bax, unutma sən, unutma sən, bizləri sən,
Görəndə qaşı qara, gözü qara qızları sən.
M u s i q i. Oynayırlar.
C a h a n.
O gün ola, balam, toy edəsən, qız alasan, (2 dəfə)
Evlənmək işini aramıza dəb salasan. (2 dəfə).
Bizə də sən qur kələk, sən qur kələk, sən qur kələk.
Bəlkə biz də gün görək, bir gün görək, bir gün görək.
H a m ı.
Bizə də sən qur kələk, sən qur kələk, sən qur kələk.
Bəlkə biz də gün görək, bir gün görək, bir gün görək.
M u s i q i. Oyun.
V ə l i.
Düş bazar--şəhərə, sat arşın mal, Əsgər ağa (2 dəfə)
Axtar, bax, qızı tap, tez arvad al, Əsgər ağa (2 dəfə)
Dərdinə tapdın əlac, tapdın əlac, tapdın əlac,
Bizə də tez bir yol aç, sən bir yol aç, sən bir yol aç.
H a m ı
Dərdinə tapdın əlac, tapdın əlac, tapdın əlac,
Bizə də tez bir yol aç, sən bir yol aç, sən bir yol aç.
(Oyun)
P ə r d ə
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-arsin-mal-alan-birinci-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
B i r m e ş ə d ə vaqe olur. Müqəddimə çalındıqdan sonra pərdə qalxır. O d u n ç u öz i k i o ğ l u ilə odun yığırlar.O d u n ç u (rast üstə)--
İkinci pərdəP a d ş a h ı n o t a q la r ı n d a n birində vaqe olur. Müqəddimə çalındıqdan sonra pərdə qalxır. Ş a h A b b a s və ü ç n ə f ə r k e ç ə ç i keçə qayırmaqla məşğuldurlar. Keçənin biri hazır olub bir miz üstə sərilib, camaat tərəfindən görünür. O biri də fərş üstə sərilib, ora-burası düzəldilməkdədir.Ş a h A b b a s (keçədən əl çəkib)
Üçüncü pərdəBİRİNCİ ŞƏKİLŞiraz şəhərinin böyük bir b a z a r ı n d a vaqe olur. Səhnənin sol tərəfində aşpaz M ə s t a v ə r i n dükanı görünür. Məstavər dükanının qabağına yığılmış olan adamlara xörək satır; o biri tərəfdə cürbəcür dükanlar vardır; bir tərəfdə qaraçılar oynayırlar. Müqəddəmədən sonra pərdə qalxır. Q a r a ç ı q ı z ı oynayır. Böyük qaraçı oxuya-oxuya qaval vurur. Sair qaraçılar da yerində oxuyurlar.
Dördüncü pərdəBİRİNCİ ŞƏKİLŞ a h ı n s a r a y ı n d a vaqe olur. V ə z i r və b e ş n ə f ə r əyan məclis qurubdurlar. Müqəddəmədən sonra pərdə qalxır.
Стихи других поэтов
Əya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Cır arılarGültək arılar gülləri şəfqətlə gəzərlər,Gizlincə pətək gözlərinə inci düzərlər.
OlaydıA gül şaxı, yaşıl yarpaq açmısan,Nə xoş olur, qönçələrin olaydı.
Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çəkŞadəm, gəl, ey sənəm, məni eşqində qanə çək,Gər bavər etməsən, sözümü imtahanə çək.