Страница 2 из 2 · 50%

Ə s g ə r gəlir.

Ə s g ə r. Göndərdim getdi.
Bu halda S u l e y m a n daxil olur.

S ü l e y m a n. Salamünəleyküm.
S o l t a n b ə y. Paho Süleyman, əleykəssalam, balam sənin bu dostun nə kələkbaz imiş!…
S ü l e y m a n. Bəli, çox kələkbazdır. Bilmirəm kimdən öyrənibdir.
Ə s g ə r. Necə kimdən öyrənmişəm? Bunun hamısını sən öyrətmədinmi? Odur, xalam desin!
C a h a n. Doğrudur, bütün bu kələklərin başçısı Süleymandır, o öyrətdi.
S o l t a n b ə y. Belə imiş!… Süleyman, mən səni heç belə bilməzdim, bu işləri haradan öyrənibsən?
S ü l e y m a n. Bəy, öz başımdan çıxardıram.
S o l t a n b ə y. Ay sənin başın var olsun.
S ü l e y m a n (birdən Gülçöhrəni görüb diqqət yetirir.) Yaxşı Gülçöhrə budur?
Ə s g ə r. Bəli, budur.
S ü l e y m a n. Bəs mən gördüyüm qız buna oxşamır.
S o l t a n b ə y. Sən yəqin Asyanı görübsən.
S ü l e y m a n. Asya kimdir?
S o l t a n b ə y. O mənim qardaşım qızıdır.
S ü l e y m a n (sevinir). Hə? Əşi, elə isə mən nə üçün bikar qalım. Ver, mən də toy edim də!…
S o l t a n b ə y. Doğru deyirsən?
S ü l e y m a n. Əlbəttə!
S o l t a n b ə y. Verdim, al!
H a m ı. Allah xeyir versin, allah xeyir versin. Nə əcəb oldu!
S ü l e y m a n (kənara). Bax mərd yoldaşın axırı belə olar.

Bu halda A s y a, T e l l i və V ə l i daxil olurlar.

S o l t a n b ə y. Bax budur gəldilər. Ay qız, Asya, bu oğlana səni versəm gedərsənmi?
A s y a (utana-utana). Bəli, gedərəm.
S o l t a n b ə y. Qoçaq qızsan, Gülçöhrədən ağıllı oldun, çox gözəl, çox pakizə. (Vəli ilə Telli bir-birinə baxırlar. Vəli bərk ah çəkir). Ədə, nə yaman ah çəkdin, bala nə dərdin var ki?
Ə s g ə r. Nə dərdi olacaqdır…. Gülçöhrəni mənə verdin, Asyanı Süleymana verdin, xalamı özün alırsan, indi Tellini də ver ona də!…
H a m ı. Doğrudur, doğrudur.
S ü l e y m a n (Vəliyə). Hə, dedim ki, axı sən də hazırlaş.
S o l t a n b ə y. A qız, Telli, Vəliyə gedərsənmi?
T e l l i (mərd-mərdanə). Bəli, gedərəm.
S o l t a n b ə y. Vəli, sən Tellini alarsanmı?
V ə l i (utanır və birdəi-birə). Bəli, alaram. (Gülür).
H a m ı. Allah xeyir versin.
S o l t a n b ə y. Yaxşı, balam, toylarımızı nə vaxt başlayaq?
H a m ı. Elə günü bu gün.
S o l t a n b ə y. Bəs elə isə başlayaq, düzülün!

C ü t-c ü t olub oynayırlar. Əvvəlcə musiqiyə görə ağır, sonra musiqi tezləşdikçə tez-tez oynayırlar, ta ki, pərdə düşür.

P ə r d ə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Müəllimə

Onu göndərdilər ki, azarlamış müəllimin yerini hələlik dolandırsın... Müəllimə özu rus, şagirdlər müsəlman.Əvvəl gün dərs otağına girdikdə, uşaqların çirkli paltarlarından gələn iydən az qaldı ki, burnunu tutub çıxsın. Ətir və ənbərə öyrənmiş olan bu cür iylərə dözmək istəmirdi. Şagirdlər tərəfindən gətirilib mizlərin içində gizlədilmiş olan İran şirniyyatının (zəfəran, mixək, darçın, hil kimi) qoxuları uşaqların üst-başından çıxan çirk və piy iyisinə qatışıb, onsuz da əlliyə qədər adamın nəfəsi ilə pozulmuş havanı daha da bədtər etmişdi.

2 мин
Pişik

Uşaqlıqda nənəmiz bizim üçün bir nağıl deyərdi. O nağılın başı bu idi ki: bircəciyi var idi, bircəciyi yox idi, bircə qarı var idi. Bir gün getdi su üstə, sürüşdü düşdü buz üstə.Dedi: – Ay buz, sən nə zalımsan?

3 мин
Ayrı söhbət

Məşədi Dadaş**. Kəblə Qasım nə belə dərin fikrə cumubsan?Kəblə Qasım**. Ay Məşədi, ovqatım nəhayətdə çox təlxdir.

1 мин
Məzhəkə

Kəndlinin biri buğdasını, baramasını aparıb bazarda dəyər-dəyməzinə satıb bir dana at, bir dana eşşək və əyninə də bir dəst paltar alıb, evinə tərəf gəlirdi...Bir nəfər bəy bunu gendən gördu və təəccüb elədi ki, kəndlinin həmi atı var, həmi də eşşəyi. Daldan kəndliyə yaxınlaşıb başına elə bir qapaz saldı ki, kəndli ancaq bir saatdan sonra ayıla bildi və ayılandan sonra da baxıb gördü ki, eşşəyi yoxdur.

2 мин

Стихи других поэтов