Keçənlərdə idarəmizə Yevropadan bir nəfər adam uçub gəlmişdi. Söhbət arasında dedi ki, bizim Yevropada böyük bir həyəcan və qorxu vardır.

Dedim:

Səbəbi nədir?

Dedi: – Səbəbi odur ki, Yevropaya çox həyəcanlı xəbərlər gəlir ki, müsəlmanlar böyük bir surətlə tərəqqi edirlər...

Dedim: – Təəccübdür, bizim tərəqqimiz sizi qorxudurmu?

Dedi: – Bilirsiniz, insaniyyət nöqteyi-nəzərincə çox şad eyləyir. Biz sevinirik ki, bizim növümüz yavaş-yavaş zillətdən qurtarır. Amma o biri tərəfdən, bilirsiniz, bu əyyam bir əsri – mubarizeyi-həyatiyyə əsridir. Yəni dirilik üçün dava eləmək əsridir. Onun üçün biz istəməzdik ki, dirilik üçün dava edənlər bizim kimi elm quvvətilə güclü olsunlar. Məsələn, bu gün elm və mədəniyyət qüvvətilə yaraqlanmış olan İspaniya Fas ərəbləri ilə dirilik üçün dava eyləyir. Onun üçün İspaniyanın firənglərə çox bərk acığı tutubdur. Deyir ki, axı sən nə üçün bu vəhşilərə mədəniyyət ucunu göstərib tüfəng atmaq öyrətdin ki, onlar da bizə tüfəng atırlar. Bütün aləm də bunu boynuna alır ki, əgər Fas ərəbləri Yevropa mədəniyyətini öyrənsələr İspaniyanı beş-on gün içində darmadağın edib, əvvəlcə də mədəniyyət gücü ilə İspaniyanı öz mülkü etdiyi kimi, bu səfər də eləcə edər. (Çünki o zaman ki, Yevropa mədəniyyətdən məhrum idi, ərəblər ən şəşəlli bir mədəniyyətə malik idilər, yəni bütün elm və fənlər aralarında getdikcə tərəqqi edirdi. O halda İspaniyanı ərəblər alıb, islam dövlətinin bir vilayəti etmişdilər!.. Amma sonradan... əşi, Allah mollalara insaf versin.)

Mən yevropalıya dedim ki, əzizim, bizi bağışlayın, sizin qorxunuz bizim tərəqqimizə mane ola bilməz. İstər sizin qorxudan ürəyiniz getsin, biz yenə tərəqqimizi əldən buraxmayacayıq. Biz tərəqqi eləyəcəyik.

Dedi: – Bircə onu de görüm indiyə qədər çoxmu tərəqqi eyləyibsiniz?

Dedim: – Çox eləmişik!

Dedi: – Olmazmı, öz tərəqqinizdən mənə nümunə göstərəsiniz?

Dedim: – Olar, çıxaq bayıra!

Bayıra çıxdıq, yevropalıya dedim tamaşa elə.

Dedi: – Baxıram.

– Gördünmü?

– Nəyi?

– Tərəqqini?

– Hanı? Heç bir şey görmədim!

– Bəs görmədinmi ki, buradan bir nəfər saqqallı müsəlman keçdi ki, ayağına çəkmə geymişdi. Onun ayağına çəkmə geyməyi çox böyük tərəqqidir.

Dedi: – Anlamıram nə deyirsən.

Dedim: – Belə beş-altı il bundan irəli hər kəs ayağına başmaqdan başqa özgə bir şey geysəydi, ona salam vermək əvəzində “Allah saxlasın” – demək lazım gəlirdi. Amma tərəqqimiz bu gün o dərəcəyə çatıbdır ki, çəkmənin başmaqdan rahat olduğunu hamımız boynumuza almışıq.

Dedi: – Heç başa düşmürəm nə deyirsən?

Bir az ora-bura göz gəzdirdim: – Bax, bax, müsəlman arvadları faytona minibdilər!

Dedi: – Nə olsun?

Dedim – Paho! Bir neçə il bundan irəli nəinki arvad, hətta kişi cürət edib faytona minsəydi, haman dəm faytonun çarxları bir tuği-lənət olub onun boynuna keçərdi!

Dedi: – Sözün doğrusu, heç qanmıram nə deyirsən?

Dedim: – Bir ora bax, iki nəfər müsəlman bir-birinin yanından keçdi və heç bir şey olmadı.

Dedi: – Nə olsun?

Dedim: – Pa! Bir-iki ay bundan irəli onlar bir-birinin yanından keçsə idilər, haman dəm atışıb bir-birini öldürmüşdülər. Halbuki indi, heç bir zad olmadı. Bundan artıq nə tərəqqi?

Dedi: – O sizin tərəqqi deyildir, o, Martınovun qorxusudur! Sən bircə mənə de görüm realnidə, gimnaziyada, universitetlərdə oxuyan uşaqlarınız çoxdurmu?

Dedim: – Vallah onlar çox olardı, hərgah bir məsələ ümum müsəlmanların qabağını kəsməsəydi.

Dedi: – Nə məsələdir?

Dedim: – Çox böyük məsələdir.

Əyilib qulağıma dedi:

– Hökumət qoymayır?

Dedim: – Xeyr, onun bir sözü yoxdur, bu məsələ başqa məsələdir.

Dedi: – Bir de görək nə məsələdir?

Dedim: – Şalvar məsələsidir?

– Necə şalvar?

– Adam geyən şalvar!

Dedi: – Canım, sən müəmma ilə danışırsan, açıq de görüm nə demək istəyirsən!

Dedim: – Qoçaq, bundan açıq söz olmaz, şkola gedən uşaqlar dar şalvar geyirlər və dar şalvar da bizlərdə çox pis şeydir. İndi həmin məsələ bizim qabağımızı kəsdiyinə görə işkolaya uşaq qoymaqa cürət eləmirik.

Bu sözlərdən sonra əcnəbi əvvəlcə çox güldü, amma sonra bir qədər fikrə gedib birdən başladı uşaq kimi ağlamağa və ağlaya-ağlaya bu sözləri dedi:

– Biz elm sayəsində havada quş kimi uçuruq, amma bunlar hələ şalvar məsələsinə məşğuldurlar... (Dedi və uçub getdi.)

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü məclis

(Vaqe olur dava meydanında. Söhrab Hüceyri çəkib gətirir.)*Söhrab**

3 мин
Pristav ağa

M... kəndində bir qəribə halətdir. Əhali bir-bir komalarından dışarı çıxıb, guya xof və vahimədən nəşət edən bir iztirab ilə o tərəfə bu tərəfə baxaraq, kəndin gen bir küçəsinə doğru gedirlər və burada toplaşıb dururlar. “Allah özü sovuşdursun” – deyirlər. Hər kəsin üzündə bir nişanəyi-xof, hərəkətində bir cürətsizlik, danışığında bir ehtiyat müşahidə olunur. Bunlar insanı bilaixtiyar titrəməyə məcbur edəcək mərtəbədə müdhiş bir hadisə vüquinə və yaxud mütəqəddim bir şəxsin vürudinə müntəzir idilər. Vaqiən belə idi: M... kəndinin əhalisi (Allah göstərməsin) pristav ağanın təşrifini gözləyirdilər. Dünən İran sərbazına müşabəhəti olan bir strajnik “bəy” kəndə gəlib, qabağına çıxan ağsaqqalları xubunca döyüb-söyəndən sonra, “sabah pristav ağa gələcək” dedi və gecə, döydüyü ağsaqqalların birinin evində qalıb, səhər atına minib, geri qayıtdı.Şayani-diqqət burasıdır ki, strajnik bəyin kəndə gələndə cibində beş-altı qəpik pulu var idi. Lakin gedəndə bu beş-altı qəpik bir gecənin içində beş-altı manata “istihalə” etmişdi. Bu “möcüzənin” sirri ev sahibi ilə cib sahibinə məlum idi.

4 мин
Bir firəng ilə söhbətim

Günlərin bir günü, yəni bir neçə zaman bundan irəli nə tövr oldusa bir firəng ilə tanış oldum. Firəng məni, mən firəngi söhbətə tutduq, bir xeyli danışdıq, elədik; axırda firəng məndən soruşdu ki, bir de görüm bu Qafqazda nə qədər müsəlman vardır? Dedim, altı dəfə doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz və bir də altı müsəlman! Dedi, bu zəhməti çəkmə, altı milyon desə idin ağzın yorulmazdı. Dedim, mən müsəlmanam, doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquzun mənə artıq təsiri olur, nəinki bir milyonun. Firəng bu sözə razı oldu və sonra yenə soruşdu ki, bu altı milyon müsəlmanın içində neçə qəzetə verilir. Dedim Allahdan gizli deyil, səndən nə gizli olacaqdır: bu altı milyon müsəlmanın içində bircə dənə qəzetə verilir; bunu dediyimi gördüm, firəng yerindən elə sıçradı ki, guya, kişini ilan dişlədi! Və üzündə elə bir heyrət və təəccüb əlaməti göstərdi ki, mənim özüm də quruyub mat qaldım və ürəyimdən keçirtdim ki, yazıq altı milyon müsəlman bir gör sənin içində bircə dənə qəzetə verilməsi yad firəngə nə pis təsir elədi və halonki, sənə qalsa istərsən ki, heç qəzet yerli-dibli olmasın! Amma sonra bildim ki, firəngi təəccübə gətirən altı milyon müsəlmanın içində bir qəzetə olması deyilmiş, çünki o məndən soruşdu ki, “Müsyo, indiyədək, nə təvarixdə, nə də heç bir abrazavannı yerdə görülməyibdir ki, bir dənə qəzetənin altı milyon müştərisi olsun!!! “Neujeli” sizin bir danə qəzetənizin altı milyon müştərisi var?! Firəng bu sualı mənə verdikdə, məndən bir qəhqəhə çıxdı ki, firəng elə bildi dəli olmuşam... dedi, nəyə gülürsünüz? Dedim: heç, onu deyirəm ki, qəzetəmizin altı milyon müştərisi yoxdur, bir qədər azdır.Dedi: Beş milyon?

2 мин
Üçüncü dəllək

Bizim Qarabağda cürbəcür dəlləklər var. Bunların içində eləsi var ki, həmi sənin başını qırxar, həmi hansı dişini desən çəkər, həmi boynunun ardına zəli qoyar, həmi istəsən oğlunu sünnət eylər. Amma “adikalon-madekalon” bilməz və o cürə murdar şeyə heç əlini də vurmaz, bainhəmə üstündən bərk “ətir” iyi gələr ki, ona “quyruq yağı” deyirlər.Eləsi var ki məsələn, bu gün yaxşı urusu baş vurar, buğlarını da hatərəfə desən o tərəfə eşər və bir az-maz da urus dili bilər. Stolunun üstündə də həmişə cürbəcür içi su ilə dolu “adekolon” şüşələri olar, güzgüsü də adamı “xortdan”a oxşadır.

3 мин

Стихи других поэтов · Сатира