“İrşad” və “Tərəqqi” qəzetələrində mühərrirlik etdiyimiz zaman bir takım qəzetəçi sənətindən layiqincə müxbir olmayan şəxslər məqalələrinin məzkur qəzetələrdə çap olunmadığından naşı, bizə etiraz edib “hürriyyəti-kəlamə yol vermirsiniz” deyirdilər. Lakin bu şəxslər orasını unudurdular ki, hər bir qəzetənin müəyyən bir məsləki olmalıdır. Ona binaən həman qəzetədə yazılan hər bir məqalə də haman məsləkə müvafiq olub, onun, yəni o məsləkin qarelərə təlqini yolunda xidmət etməlidir.

Əks surətdə, yəni qəzetənin müəyyən bir məsləki olmadığı halda, o qəzetəni oxuyanlar ondan az mənfəət görürlər.

Əvvəla, məslək nədir? Və saniyən həmin “Həqiqət” adlı nəşrinə başladığımız qəzetənin məsləki nədən ibarət olacaqdır?

Bu iki suala qüvvəmiz daxilində cavab verməyə çalışacağıq.

Söz yoxdur ki, xalq arasında mübtəsil oxunan bir şeyin oxuculara bir təsiri olub. Bu təsir sayəsində oxucuların fikri də cümbüşə gəlib bir yol, bir məslək tutmaq istəyir.

İndi əgər haman oxunulan şey qəzetə olsun, jurnal olsun, daim bir məslək üstündə qalıb o yoldan, o məsləkdən o yan-bu yana sərpməzsə, oxucularının da fikri haman məsləkə alışıb hər kəs müəyyən bir fikir, bir əqidə sahibi olar.

Bu isə oxucular üçün mənəvi bir tərbiyədir. Yox, əgər qəzetə müəyyən bir məslək təqib etməzsə, bu halda o qəzetə oxuculardan sui-təsir hasil edər: oxuduğunu ağıl və insaf ilə tənqid və təkid etməyə alışmamış oxucuları da özü kimi məsləksiz edib, əxlaqını da pozar.

Çünki məsləksizlik – yolsuzluqdur, əxlaqın pozğunluğudur. Məsləksiz qəzetə müzürr olan kimi məsləksiz insan da müzirridir. Əlbəttə, məsləkin yaxşısı da vardır, yamanı da vardır.

Amma yenə də məsləksiz insan yaman məsləkli adamdan daha zərərlidir. Çünki yaman məslək müəyyən olduğu halda, onun zərrətini rəf etməyə çarə tapmaq asandır.

Məslək nədir?

Məslək – hər kəsin etiqad etdiyi bir yoldur; ümumi xoşbəxtliyini, asayiş və aramını, rəfain-halını, tərəqqi və təkamülünü təqib edən hər bir məslək onun sahibi üçün müqəddəs ədd olunmalıdır. Belə bir məsləkə xidmət edən şəxs haman məsləkə xəyanət etməməlidir. Bəlkə o məsləkin daha ali və daha müqəddəs bir yola yaxınlaşması üstündə çalışmalıdır, insan öz məsləkini dəyişə bilərmi?

Əvət, insan yaxşı bir məsləkdən daha gözəl bir məsləkə keçə bilər. O gözəl məsləkdən daha gözəlinə keçə bilər. Yəni özü tərəqqi etdiyi kimi, məsləki də o yolda tərəqqi edə bilər. Amma yaxşı bir məsləkdən pis bir məsləkə keçmək olmaz. Keçərsə, əxlaqsızlığı bildirər.

Hər kəs öz ağıl və insafı izn verdiyi yaxşı bir məsləki qəbul etdiyi kimi biz dəxi öz aciz ağıl və bolluca insafımızca müqəddəs ədd etdiyimiz və ümumxalq üçün baxüsus əfradundan olduğumuz millətimiz üçün mənfəətli bildiyimiz məsləkimizi həmin bu “Həqiqət” qəzetəsi vasitəsilə əhaliyə təlqinə çalışacağıq.

Bizim məsləkimiz nədir?

Bizim məsləkimiz odur ki, millətimizin tərəqqisinə bais olan hər bir həqiqi vasitə və vəsilələrə yol verməli və millətimizi cəhalətə və yaxud tərəqqiyi-məkusə sövq edən şeyləri dəf və izalə etməlidir. İştə qəzetəmizdə yazılan məqalə və əxbar haman məslək daxilində yazılacaqdır. Məsləkimizə müvafiq olmayan məqalələrdən, əz cümlə bunu saya bilərik: fitnə və fəsad qovzayan, qərəz-şəxsi ilə yazılmış olan, bir şəxsin heç kəsə zərəri olmayan və mənfəəti-aməni xələldar etməyən hərəkatını tənqid edən və yaxud heysiyyəti-şəxsiyyəsinə toxunan, insanlıq hissiyyatını təhqir edən məqalələrə heç bir halda yol verilməyəcəkdir. Bundan başqa, savadsız və məlumatsız şəxslərin bir əhvalata və ya bir hadisəyə dair yazılmış məqaləsi kəmali-məmnuniyyətlə qəbul edildiyi halda, onun elmi, ədəbi və ümumiyyətlə, ağlı məqalələrinə də yer verilməyəcəkdir.

İştə hələlik bu qədər.

İndi Allahdan tofiq diləyib işə başlayırıq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ordan-burdan 45

– Daha bəsdir, ay alçaq xuliqanlar, ey millətin xari və zəlil olmağını özləri üçün mənfəət bilən alçaqlar! Daha bəsdir, milləti əlinizdə alət və oyuncaq qayırıb o fitnə və fəsadlarınızı əmələ gətirmək! Qorxun o gündən ki, camaat ayılıb siz dəlilərin nə cürə şeytan olduğunuzu duya və başa düşə. Nə üçün xalqı iqva eyləyirsiniz? Neçin qoymayırsınız ki, xalq öz işinə, öz gücünə məşğul olsun. Nə üçün camaatı aldadırsınız? Nə üçün tazə tərəqqi başlamaq istəyən camaatın içinə pürxaşlıq və şuluqluq salmaq istəyirsiniz? Camaatın tərəqqisini sizin qurdlu və xain qəlbiniz qəbul etmirmi? Nə üçün işıq gələn yerə murdar barmağınızı tıxırsınız? Ey xain öküzlər! Vallah, əmin olun ki, çox meydan sürə bilməyəcəksiniz, zəmanə öz işini edəcəkdir və pislik sizin özünüzə qalacaqdır.Rəfiqim bu sözləri deyib acığından dodaqlarını çeynəməyə başladı, soruşdum: Nə olub, nə üçün ağzından od yağdırırsan? Rəfiqim cibindən qəzetini çıxardıb qabağıma qoydu və Tehrandan gəlmiş teleqramı göstərdi. Oxudum. Orada yazılmışdı ki, bəzi adamlar Tehran məscidlərində Tağızadə cənablarına qarşı sözlər və moizələr söyləyirlər.

2 мин
Oyan-buyan 1

Birdən fərz elə, Avropada bir məmləkətdə, məsələn, Firəngistanda qəzetələrin hamısı durduğu yerdə bağlandı.Onda nə olar?

1 мин
Halımıza dair 1

Vətənimiz olan Qafqaziyada əhalimizin tərəqqisi cəhətindən qabaqda olan bir şəhərimiz varsa, o da Bakıdır. Doğrudur, Bakı şəhərində yaşayan və ədədcə müsəlmanlardan az olan sair tayfa əhlinin tərəqqisi onlardan ədədcə çox olan Bakı müsəlmanlarından iki-üç qat artıqdır. Amma genə də hər nə tövr olsa, sair şəhərlərimizə nisbətən Bakı şəhəri bu yolda çox qabaqdadır. Bu şəhərdə həm elm və həm hünər və sənayei-nəfisə get-gedə tərəqqiyə düşməkdədir və bu tərəqqi içində tərəqqiyi-məkusə bənzər bəzi hadisələr baş verirsə də, lakin bu hadisələrin nəticəsi yenə də həqiqi tərəqqinin müzəffəriyyətini bildirməyə başlayır. Doğrudur, bu şəhərdə hələ çox adam vardır ki, tərəqqini başqa bir rəngdə anlayır və bir çoxları da vardır ki, tərəqqinin nə olduğunu heç də anlamırlar. Bir çoxları da vardır ki, əhalinin tərəqqi etməsindən zərər və ziyanlarına düşdüklərini anlayıb apaşkara düşməni-tərəqqi olublar.Bir çoxları da vardır ki, anlamadıqlarından tərəqqiyə düşməndirlər – ürfi bu böyük şəhərdə hər bir cür fikir sahibi vardır. Amma yenə də həqiqi tərəqqi tərəfdarları getdikcə çoxalmaqdadırlar. Və bunların da həqiqi həyat və məişət haqqında qəbul etdikləri əqidə o qədər böyüyüb, o qədər tanınıbdır ki, onları hər vəch ilə olur olsun bu əqidədən daşındırmaq mahaldır. Bərəkət olsun ki, belə bir kamil əqidəni pozmaq və pozdurmaq xəyali-xamində olanlar da öz cəhalətləri ilə o qədər məşhurdurlar ki, daha bundan sonra onların sözləri heç kəsə təsir edə bilməz.

2 мин
Əhvalımızdan

Tərəqqi yolu ilə mədəniyyət sahibi olmuş məmləkətlərdə əhalinin həyat və məişəti dəfələrcədəkindən rahat və tərəqqiyə hal olunması aşikardır. Odur ki, o xoşbəxt yerlərin əhalisinin rəfah hal ilə yaşayıb da rahatca öz kəsbkarlarına məşğul olmaları bizim üçün həsəd ediləcək əhvallardandır.O yerlərdə hər bir kəs insanlığın və insan kimi ömür sürməyin yolunu bilib, bu nəhv ilə sərbəst və müstəqil yaşayırlar. Və belə rahat və azadə yaşamaq sayəsində günü-gündən bir şey ixtira edirlər ki, özlərinə və bütün insaniyyətə mənfəət yetirir.

4 мин

Стихи других поэтов · Сатира