Əlan, bir-birinə zidd olan iki şayiə bizi gah məyus və gah məmnun etməkdədir. Bir şayiəyə görə hökumət, yəni baş vəzir Stolıpin və onun kabinəsi Dövlət dumasını buraxmaq fikrindədir. Digər şayiəyə görə bu xəbər əsilsiz olub, Dövlət dumasının bəqası ümid edilməkdədir.

Bu şayiələrdən hansı biri doğrudur, bilmək çətindir. Çünki çox ola bilsin ki, baş vəzir Stolıpin dumada “sol firqə”lərin əksəriyyəti təşkil etmələrini gələcək hökumət üçün bir fali-bəd hesab edib, indidən dumanı dağıtmağı səlah görür. Amma o biri tərəfindən dəxi məlumdur ki, dumanın “sol”ları hələ heç bir şiddətli və ifratlı tələblərdə bulunmayıbdırlar ki, bu da onların qovulmasına bəhanə olsun.

Hər bir halda, mənim zənnimcə, stolıpinlər burasını nəzəri-etibara almalıdırlar ki, dumaya və dumanın tələbatına qulaq asmaqsızın, onu buraxmaqla axırda acı bir peşimançılıqdan başqa heç bir şey qazanmaq olmaz. Bu da məlumdur ki, dumanın mövcud olmağı hamının diqqətini cəlb edib, getdikcə rahatlıq və sakitliyə səbəb olduğu halda, onun buraxılması min cürə nizamsızlıqlara möcib olub, axırda məmləkəti anarxiya halına sala bilər.

Lakin ola bilsin ki, cənaban Stolıpin nizamsızlıqlardan və anarxiyadan da heç bir bak etməyib, onları hər dəfə yatırtmağı öz qüdrət və qüvvətləri dairəsində ədd edirlər. Elə isə, stolıpinlər birinci dumanın buraxıldığı gündən indiyə qədər şiddətlə davam edən nizamsızlıqları ya görmürlər və yaxud millət davasına, millət mübarizəsinə “qorxutmaq” politikasını müqabil edib, buna ümid bağlayırlar.

Fəqət bizim gördüyümüz və hiss etdiyimiz budur ki, “cəbr və zülm” və ya “qorxutmaq” politikası bu həngamda hökumət üçün heç bir nəf gətirməyib, hər iki tərəfdən, yəni həm millət tərəfindən tələf olan qurbanların getdikcə ədədini artırır, bu isə hökumət üçün zərər olan kimi, millət üçün də zərərdir.

Fəqət burada hökumətin zərəri millətinkindən daha artıq hiss olunur. Çünki millət və camaat mübarizəyə qalxdığı vaxt öz zərər və ziyanına bir o qədər əhəmiyyət verməyib, onları öz məqsədi-alisi naminə qurban edir. Hökumət isə məqsədi, hər bir ülviyyətdən ari olduğuna görə, cüzi həyəcanları da özü üçün ağır və təsirli hesab edir. Əgər bu şuriş, bu inqilab ki, – bütün Rusiyanı bürüyüb və ənzari-əcanibi cəlb edibdir – Rusiyada olan özgə bir tayfanın müvəqqəti bir qiyaminə və üsyanına oxşasaydı demək olar ki, onu vaqiən, “cəbr və zülm” və “qorxutmaq” politikası ilə təskin edib yatırtmaq mümkün olardı. Lakin elə iş burasındadır ki, Rusiyanın bu azadlıq hərəkatına müvəqqəti qiyam və üsyan demək olmaz. Bu, Polşa, (Löhistan) qiyami deyildir, Dağıstan üsyanı deyildir, erməni cümbüşü deyildir ki, onu top, tüfəng və əsgərlər vasitəsilə sakit etmək mümkün olsun.

Bu, Ümumrusiya dövləti əhalisinin müruri-zaman ilə artmaqda olan tərəqqi və təkamülündən irəli gələn tarixi bir hadisəyi-əzimədir ki, onun bir bu qədər davam etməsi təbii görünən kimi, heç bir cəbr, zülm və sitəm ilə yatırılmayacağı, dəxi, bir o qədər təbii görünməkdədir.

Bu bir zamandır ki, ümummillət indiyə qədər ağzı, dili yox bir qul kimi yaşadığını anlayıb, bundan sonra da eləcə yaşamayacağını qəti surətdə elan edibdir. Cəbr və zülm ilə millət öz sözündən geri durmaz, bəlkə öz qərarını daha şiddətli, daha qəti bir surətdə isbatə çalışar.

Əgər bir qul öz əhvali-müəssifəsini anlayıb, cəbr və təzyiq altında qul kimi eləcəyini başa düşərsə, zənnimcə, qiyam və mübarizəyə qalxıb qəhrəman kimi can verməyi əfzəl bilər.

Rusiyada ümuri-idarənin fəna və pərişanlığı, əhalinin həyat və məişəti-ictimaiyyə və iqtisadiyyəsinin pisliyi, mədəniyyət və mərifətcə pəsməndəliyi və nəhayət, yapon kimi kiçik bir millətə basılmağı onun qul kimi haldan düşüb, zəifləşməyinə dəlildir. Millət dəxi bunu anlayır. Qulluq boyunduruğundan bir tezcə xilas olmağa da dartınır. Əgər buna mane olsalar da onu cəbr və zülm ilə bu xilas olmaq niyyətindən əl çəkməyə məcbur etmək istəsələr, müvəffəq olmazlar. Çünki bir vaxt yetişər ki, ümumi millət bir ruh və bir cism olub, son və qəti qərarını elan edər.

Ölmək ölməkdirsə, qul kimi ölməkdən qəhrəman kimi ölmək yaxşıdır!

Görəsən, stolıpinlər bunu anlayırlarmı və bu gələcək ani pişəzvəxt nəzərə alırlarmı? Əgər elə isə onlar dumanın dağılması niyyətlərindən sərfi-nəzər etməlidirlər və deyilmək üzrə birinci dumanın dağılmasından doğrudan da peşimandırlarsa, ikinci dumanın dağılmasından daha acı bir peşimançılıq çəkəcəklərini indidən özlərinə təlqin etməlidirlər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ordan-burdan 104

Hər kəs istəyir ki, istibdadın və üsuli keyfi-mayəşanın əməlini gözü ilə görsün, buyursun gəlsin bizim Bakıya. Bakıya gələndən sonra, bilirəm ürəyi qısılacaqdır, çünki bu saat Bakı qızmağa başlayıbdır. Və ürəyi qısılandan sonra durub bayıra çıxacaqdır və qabağına gələn adamlardan soruşacaqdır ki, burada sizin gəzməli yeriniz haradır? Deyəcəklər ki, məsələn, “pasaj qabağı”. O da o saat gedəcək “pasaj qabağına” və görəcəkdir ki, doğrudan da pasaj qabağında o qədər adam var ki, “iynə salsan yerə düşməz”. Bir qədər burada gəzib görəcəkdir ki, xeyr ürəyi lap pis qısılır, çünki bir tərəfdən Bakının istisi, bir tərəfdən adamların istisi onu hal təbindən çıxardacaqdır. Belə olan surətdə onun yadına düşəcəkdir ki, Bakıda dərya var və bu dəryanın kənarı var ki, ona uşaqdan tutmuş böyüyə kimi hamı müsəlmanlar “naberejni” deyirlər. Gedəcək ora, bir qədər orada gəzəcəkdir, amma bir qədərdən sonra baxıb görəcəkdir ki, naberejnini hökumət qazaqları töylə qayırıb at saxlayırlar və pis iyi də başa çökübdür və özü də hiss edəcəkdir ki, günün hərarəti onun beynini bişirir, bir az da gəzsə, gic qoyun kimi fırlanmağa başlayacaqdır. İş belə olanda, qabağına gələn bir allah bəndəsindən soruşacaqdır ki, ay balam, bu sizin şəhərinizdə heç ağacdan, bağdan, zaddan yoxdur, adam gedib bir az kölgələnsin? Allah bəndəsi deyəcəkdir ki, var. Bu soruşacaqdır ki, hardadır? Allah bəndəsi cavab verəcəkdir ki, filan yerdədir. O da filan yerə gedib axırda bağı tapacaq. Amma görəcəkdir ki, qapısı bağlıdır. Gedəcək o biri qapısına, görəcək o da bağlıdır. Gedəcək üçüncü qapıya, görəcək o da bağlıdır. Soruşacaq ki, ay camaat bəs, bu bağa hardan girim? Deyəcəklər ki, matroslar zabastovka eləyibdirlər, deyəcək bəs, bunun bağa nə dəxli var? Deyəcəklər ki, nə bilək! Deyəcək, bəs bu bağı şəhər üçün kim saldırıb? Deyəcəklər ki, şəhər upravası. Deyəcək bəs şəhər upravası bağın bağlanmasına nə deyir? Deyəcəklər ki, heç zad demir. Deyəcəkdir ki, bəs, buna publika, camaat nə deyir? Deyəcəklər ki, camaatın başı qarışıqdır. Soruşacaqdır ki, nəyə? Deyəcəklər ki, öz işlərinə. Soruşacaqdır ki bəs, işləri nədir? Deyəcəklər ki, qara pul güdmək və bir də adam öldürmək. Onda binəva qərib əhvalatı bilib deyəcəkdir ki, bəs elə isə, görünür, burada hökumət əhlinin keyfi kökdür.

2 мин
Birinci şadlıq

Divani-hərb (voenni-polevoy sud) qurtardı. Deməli, bir bu qədər zaman davam edən ədalətsiz mühakiməyə bu günlərdən belə xitam verildi. O məqsəd ki, divani-hərbin qoyulmasilə təqib edilirdi, əmələ gəlmədi. Haman məqsəd baş nazir Stolıpinin haman bu hərb xüsusunda dumada danışdığı sözlərə görə iğtişaşı qət edib, məmləkətdə sükunət bərpa etmək idi. Bu isə baş tutmadı. Divani-hərblər yüzlərcə qurbanlar apardı və dəryalarca qan tökdü, amma məmləkətin asayişinə zərrəcə nəf gətirə bilmədi.Əsasən divani-hərbi hökumət fəsx etmədi. Divani-hərb özü-özbaşına xitampəzir oldu, çünki bu məhkəmənin davamı aprelin 20-dək idi. Lakin bunu inkar etmək olmaz ki, burada dumanın bu barədə olan müzakirəsi dəxi əsərsiz qalmamışdır. Divani-hərbi saxlamaq hökumət üçün çətin bir iş deyildir. Fəqət görünür ki, hökumət özü dəxi Stolıpinin “müdafiə”sinə, filalına baxmayaraq, divani-hərbin davamını dəxi bundan sonra yersiz hesab etdi və bunun davamı üçün hələ bir tədbir görməyi lazım bilmədi. Gələcək hələ məlum deyildir, ancaq indi bütün Rusiyadan ötrü burası şayaniməsərrətdir ki, dəxi bundan sonra o sürətlə icra olunan divani-hərb mühakimələrində rəva görülən ədalətsizliklər bir müddət əhalini dilgir və mütənəfir etməyəcəkdir.

1 мин
Ordan-burdan 105

Müsəlman kəndlisinin siyasi söhbəti– Atamoğlan əmi! İndi sən bizim içimizdə ağıllı adamsan dayna! Özün də pristav qabağında söz danışansan. Şəhərə zada da çox-çox gedib gəlirsən, bircə de görüm dünyada vəzir böyükdür, yoxsa vəkil?

1 мин
Ordan-burdan 106

Bir şvesarlı ilə bir müsəlmanın söhbətiM ü s ə l m a n. Bircə de görüm, ay şvesarlı, sizin camaatınız da bizim camaatımız kimi adamdırlar, dayna?

4 мин

Стихи других поэтов · Сатира