Ordan-burdan 89
Daha görün nə var!
Dünən Zəngəzurdan, Sisiyan mahalından gəlmiş bir məktubu oxudum və yenə dünən Dağıstan tərəflərindən bir əhvalat eşitdim. Nə kağızın məzmununu və nə də əhvalatın nə olduğunu burada söyləməyəcəyəm və deməyəcəyəm ki, haman kağızın axırında on nəfər adamın qolu var idi və Dağıstan əhvalatını söyləyən adam da çox mötəbər şəxs idi. Heç burasını söyləməyəcəyəm ki, kağızı yazıb qol qoyanlar Sisiyan mahalında bəzi “Molla” adlı, amma, iblis sifətli adamlardan şikayət ediblər (belə rəvayət eləyirlər ki, iblis həmişə insanları bir-birinə yaği eləyir) və heç ağız açmayacağam ki, Dağıstan ətrafında qara-qara adamlar qara-qara xəbərlər salıb, qara-qara ağılları, qara-qara işlərə və qara-qara ürəkləri, qara-qara təmələrə həris etmək üçün qırmızı adamlardan qırmızı pullar alıb, qırmızı işlər görmək istəyirlər. Bunu dəxi ürəyimdə saxlayıb, heç kəsə deməyəcəyəm ki, haman “Molla” adlı və [...] sifətli adamlar mərifətsizlik zülmətinin içində ola-ola öz adlarını “alim” qoyub, nadan və qanmazların pislərindən də pis hərəkət çıxardırlar və həmin qara ürəkli adamlar da öz əcdadlarına ən alçaq bir nökərçilik edib, axırda öz qardaşlarının cəlladları olmaq divanəliyinə mübtəladırlar...
Qərəz, bu sözləri mən açıb, demək istəməyirəm, ancaq üzümü bütün müsəlmanlara tutub... əzoncümlə deyirəm: Daha görün nə var!
Hamı bilir ki, ittifaq yaxşı şeydir və hamıya məlum-dur ki, əgər şəhadət barmaq baş barmaq ilə ittifaq etməsə, heç vaxt ispiçkə çöpünü yerdən götürə bilməzlər.
Amma bainhəmə, hər kəs ittifaqı bir ayrı cürə anlayır. Məsələn, birisi deyir ki:
İttifaq çox yaxşı şeydir, amma bunun “donos” yazmağa heç bir dəxli yoxdur.
Bir ayrısı deyir:
İttifaq çox gözəl şeydir, amma bunun pul qırmağa və pul qırmaq üçün iki qardaşı bir-birinə qırdırmağa heç dəxli yoxdur.
Bir özgəsi deyir:
İttifaqın heç əvəzi yoxdur, amma bunun xalqı tovlayıb cibini kəsməyə nə dəxli var?
Bir qeyrisi də belə deyir:
İttifaq dedikcə yaxşı şeydir, amma bunun xalqa badalaq qurub yıxmağa nə dəxli var?
Və bunlar hamısı ittifaqı bu cürə anlayıb bu cürə də iş görürlər. Odur ki, məsələn, mənim kimi ittifaqı özgə cürə anlayan yazıqlar belə-belə zadları görüb, çox vədə mat qalırlar və az vədə deyirlər ki: Paho! Dünyada qəribə bic-bic adamlar varmış!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-ordan-burdan-89
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
M... kəndində bir qəribə halətdir. Əhali bir-bir komalarından dışarı çıxıb, guya xof və vahimədən nəşət edən bir iztirab ilə o tərəfə bu tərəfə baxaraq, kəndin gen bir küçəsinə doğru gedirlər və burada toplaşıb dururlar. “Allah özü sovuşdursun” – deyirlər. Hər kəsin üzündə bir nişanəyi-xof, hərəkətində bir cürətsizlik, danışığında bir ehtiyat müşahidə olunur. Bunlar insanı bilaixtiyar titrəməyə məcbur edəcək mərtəbədə müdhiş bir hadisə vüquinə və yaxud mütəqəddim bir şəxsin vürudinə müntəzir idilər. Vaqiən belə idi: M... kəndinin əhalisi (Allah göstərməsin) pristav ağanın təşrifini gözləyirdilər. Dünən İran sərbazına müşabəhəti olan bir strajnik “bəy” kəndə gəlib, qabağına çıxan ağsaqqalları xubunca döyüb-söyəndən sonra, “sabah pristav ağa gələcək” dedi və gecə, döydüyü ağsaqqalların birinin evində qalıb, səhər atına minib, geri qayıtdı.Şayani-diqqət burasıdır ki, strajnik bəyin kəndə gələndə cibində beş-altı qəpik pulu var idi. Lakin gedəndə bu beş-altı qəpik bir gecənin içində beş-altı manata “istihalə” etmişdi. Bu “möcüzənin” sirri ev sahibi ilə cib sahibinə məlum idi.
Bir firəng ilə söhbətimGünlərin bir günü, yəni bir neçə zaman bundan irəli nə tövr oldusa bir firəng ilə tanış oldum. Firəng məni, mən firəngi söhbətə tutduq, bir xeyli danışdıq, elədik; axırda firəng məndən soruşdu ki, bir de görüm bu Qafqazda nə qədər müsəlman vardır? Dedim, altı dəfə doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz və bir də altı müsəlman! Dedi, bu zəhməti çəkmə, altı milyon desə idin ağzın yorulmazdı. Dedim, mən müsəlmanam, doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquzun mənə artıq təsiri olur, nəinki bir milyonun. Firəng bu sözə razı oldu və sonra yenə soruşdu ki, bu altı milyon müsəlmanın içində neçə qəzetə verilir. Dedim Allahdan gizli deyil, səndən nə gizli olacaqdır: bu altı milyon müsəlmanın içində bircə dənə qəzetə verilir; bunu dediyimi gördüm, firəng yerindən elə sıçradı ki, guya, kişini ilan dişlədi! Və üzündə elə bir heyrət və təəccüb əlaməti göstərdi ki, mənim özüm də quruyub mat qaldım və ürəyimdən keçirtdim ki, yazıq altı milyon müsəlman bir gör sənin içində bircə dənə qəzetə verilməsi yad firəngə nə pis təsir elədi və halonki, sənə qalsa istərsən ki, heç qəzet yerli-dibli olmasın! Amma sonra bildim ki, firəngi təəccübə gətirən altı milyon müsəlmanın içində bir qəzetə olması deyilmiş, çünki o məndən soruşdu ki, “Müsyo, indiyədək, nə təvarixdə, nə də heç bir abrazavannı yerdə görülməyibdir ki, bir dənə qəzetənin altı milyon müştərisi olsun!!! “Neujeli” sizin bir danə qəzetənizin altı milyon müştərisi var?! Firəng bu sualı mənə verdikdə, məndən bir qəhqəhə çıxdı ki, firəng elə bildi dəli olmuşam... dedi, nəyə gülürsünüz? Dedim: heç, onu deyirəm ki, qəzetəmizin altı milyon müştərisi yoxdur, bir qədər azdır.Dedi: Beş milyon?
Üçüncü dəlləkBizim Qarabağda cürbəcür dəlləklər var. Bunların içində eləsi var ki, həmi sənin başını qırxar, həmi hansı dişini desən çəkər, həmi boynunun ardına zəli qoyar, həmi istəsən oğlunu sünnət eylər. Amma “adikalon-madekalon” bilməz və o cürə murdar şeyə heç əlini də vurmaz, bainhəmə üstündən bərk “ətir” iyi gələr ki, ona “quyruq yağı” deyirlər.Eləsi var ki məsələn, bu gün yaxşı urusu baş vurar, buğlarını da hatərəfə desən o tərəfə eşər və bir az-maz da urus dili bilər. Stolunun üstündə də həmişə cürbəcür içi su ilə dolu “adekolon” şüşələri olar, güzgüsü də adamı “xortdan”a oxşadır.
Məşədi Kabilin Təbriz səfəriMəşədi Kabilin başı çox qarışıq idi, cürbəcür “vajnı” işləri var idi ki, bunların hamısını bir-bir düzəltmək lazım idi. Bir işi o idi ki, gərək oğlunu işkolaya qoysun, ondan sonra qızını köçürsün və bunlar hamısı keçəndən sonra Təbrizə gedib mal gətirsin və dükanını olduğu yerdən ayrı bir yerə köçürsün və bundan başqa o qədər xırda işləri var idi ki, bəzi vaxt heç başını qaşımağa da macalı olmurdu.Məşədi Kabilə məsləhət gördülər ki, əvvəlcə Təbrizə gedib dükan işlərini düzəltsin, sonra o biri işlərinə şüru etsin.
Стихи других поэтов · Сатира
(Olacaq-olmayacağa cavab)Uyaraq molla, seyid məkrinə, sapsam yoldan,
Şeyxin bir mö’cizəsinə ithafBaxdıqca könül qan olur əhvalına şeyxin,Yandı ürəyim tərcümeyi-halına şeyxin.
Ey könülTa keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!
ƏrizəNazimi – Ümurati-məmalik cənab general-leytenant knyaz Bebutov hüzuruna*Qarabağ vilayətinin Cavanşir uçastokunda Xındıristan kəndinin sakini Qasım bəy Əli bəy oğlu tərəfindən*