Məşədi Kabilin Təbriz səfəri
Məşədi Kabilin başı çox qarışıq idi, cürbəcür “vajnı” işləri var idi ki, bunların hamısını bir-bir düzəltmək lazım idi. Bir işi o idi ki, gərək oğlunu işkolaya qoysun, ondan sonra qızını köçürsün və bunlar hamısı keçəndən sonra Təbrizə gedib mal gətirsin və dükanını olduğu yerdən ayrı bir yerə köçürsün və bundan başqa o qədər xırda işləri var idi ki, bəzi vaxt heç başını qaşımağa da macalı olmurdu.
Məşədi Kabilə məsləhət gördülər ki, əvvəlcə Təbrizə gedib dükan işlərini düzəltsin, sonra o biri işlərinə şüru etsin.
– Elə yaxşıdır, əvvəlcə işlərini bir qurtar, sonra Allah qoysa, qayıdarsan, can sağlığı olsun, o biri işlərini də düzəldərsən! – deyib arvadı da Məşədi Kabilə bunu məsləhət gördü.
Məşədi razı oldu və başladı Təbrizə səfərə hazırlaşmağa...
Söyləyirlər ki, London ingilisləri bazardan evlərinə bir parça kağız yazıb göndərirlər ki: “Məni nahara gözləməyin, Hindistana gedəcəyəm”. Və arvad-uşağı ilə görüşməyi qayıdan başa qoyub, paroxoda minib gedirlər. Amma bizim müsəlmanlar nədənsə qürbətdən çox qorxurlar.
Odur, məsələn, Bakıdan Biləcəriyə və ya Şuşa qalasından Ağdama getmək lazım olanda çox bikef olurlar, arvad-uşaq da bikeflənir və yola düşəndə də az qalırlar ki, ağlaşma qursunlar.
İndi Məşədi Kabil də Təbrizə gedəcəyini yadına salıb, bir az bikef olmuşdu, arvad-uşaqlar da bikef idi. Ancaq bircə Kərbəlayı Səfinin vecinə deyildi. Pəncərənin ağzında oturub səfərə hazırlaşan Məşədi Kabili gözləyirdi və uşaqlara təsəlli vermək üçün deyirdi:
– Allah qoysa atanız bu gün çıxar, bir-iki gündən sonra olar Təbrizdə, amma görün sizə nələr gətirəcək! Təbriz yemişi, bax, kişmişləri bu boyda olur, bax, badamları qoz boyda, çoxlu xurma gətirəcəkdir ki, biri yumruq böyüklükdə.
İşin bu məqamı balaca uşaqların bir qədər kefini açdı. Balaca Səməd isə tək bir yemişlərə kifayət etməyib, bir Təbriz xoruzu da istədi.
– Bəs, Təbriz xoruzu da gətirər, – deyib Kərbəlayı Səfi onu arxayın etdi.
İki saatdan sonra min cürə dualarla, daldan su atmaqla, qapıya Quran çıxartmaqla Məşədi Kabili yola saldılar...
Bir saatdan sonra bazara xəbər düşdü ki, Məşədi Kabili paroxod qabağında öldürdülər!
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-mesedi-kabilin-tebriz-seferi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şuşa uyezdinin Ağdam və Xan kəndi adlı kəndlərindən yazıb, orada olan pristavların əməllərindən şikayət eləyirlər ki, bəli, aldığı şeyi geri vermir.İdarədən: Heç görün dəxli var! Necə yəni aldığı şeyi geri vermir? Yaxşı, bəs, deməli pristav dəlidir ki, məsələn, Kərbəlayı Bünyadqulunun 4 arşın bir palazını alıb sonra desin ki, a balam, ala verim özünə, yazıqsan? Onu eşidən-bilən nə deyər?
Stolipin və divani hərbDuma üzvlərinin Rusiyada qurulmuş divani-hərblər barəsində hökumətə qarşı idareyi-lisan etməsinə cavab olaraq, baş vəzir Stolıpin cənabları uzun bir nitq söylədi, hərçənd belə danışırlar ki, baş vəzirin bir nitqi onun hazırcavablığına dəlalət edəməz, çünki bu nitq ən qabaqlarda hazırlanıb, əzbər edilmiş idi. Amma hər halda Stolıpin bu nitqi söyləyib də özünün həm natiqi-bəliq və həm də köhnə bir politikan olduğunu isbat etdi. Vəxta ki, duma üzvləri hüzura çıxıb divani-hərb qaydalarını pisləməyə başladılar. Stolıpin onlara rəddiyyə etmədi. Bəlkə, onların sözlə müvafiq olduğunu anlatdı. O dedi ki, mən mahir bir yurist ilə mübahisəyə girib divani-hərb xüsusunda danışa bilmərəm, çünki bizim ikimizin də isbat edəcəyi bir şey olacaqdır ki, o da divani-hərbin pisliyindən və onun fəsxi lüzumundan ibarətdir.Stolıpin bəhs etməyir, mütləq divani-hərb tərəfdarı deyildir. Lakin divani-hərb məhkəməsinə hökm etmək ondan ötrü ağızda bir söz deyib, sonra əməl etməmək adi bir şeydir. Bainhəmə Stolıpin özünü heç itirməyir. Divani-hərbləri pisləyir. Ancaq hər yerdə qurulmasına əmr edir ki bunu da onunla bəyan edir ki, bəli nə etməli idim, bir vaxt baxıb görürəm ki, dövlətin əsasları titrəyib, daha bir az uçmağa qəribdir. Ona görə bu təhlükəni, yəni dövlət təhlükəsini divani-hərb vasitələrilə dəf etməyə məcbur oluram; bu cürə sözlə səthi bir nəzərlə baxılsa, səhih görünər, lakin görək əslində də səhihdirmi, yoxmu?
QaranlıqlaşırBəli, qaranlıqlaşır. Rusiyanın bu yaxın gələcəyi müşahidə ediləcək dərəcə qaranlıqlaşır və onunla belə həqiqi bir nuraniyyətə çıxmaq ümidi yavaş-yavaş azalır. Yağa möhtac olan çıraq, adi su ilə nurəfşan olmayan kimi, Rusiya məmləkəti dəxi bu ikinci duma vasitasilə nurihüzur və asayış kəsb edəməyir.Qabaqda böyük bir hərc-mərc zülməti pişəzvəqt hiss olunmaqdadır.
Ordan-burdan 96ÇoxluqBirisi yazıb, bizdən sual eyləyir və deyir ki: hamıya məlumdur ki, Bakı camaatı, məsələn, bu gün qoç döyuşdürməkdə, məsələn, bu gün xoruz vuruşdurmaqda, məsələn, bu gün dəvə üləşdirməkdə hamıdan mahir olub, bu cürə gün keçirməkdən ləzzətli bir şey bilmirəm.
Стихи других поэтов · Сатира
Gündən-günə zülmün, a fələk, lap betər oldu,Hər kəs özünə çul toxudu, bəxtəvər oldu.
NağılBir gün var idi, bir gün yox idi,Allahdan başqa heç kəs yox idi.
Şahnamə və yaxud QaracanaməƏrrəhman... əlləməl-Quran,Xələqəl-insan... əlləməhül-bəyan.
Məktub ("Molla dayı, etmə şərarət belə")Эй, Молдаи, не злись! Что проку в том?Не стой ты так упрямо на своем!