Stolipin və divani hərb
Duma üzvlərinin Rusiyada qurulmuş divani-hərblər barəsində hökumətə qarşı idareyi-lisan etməsinə cavab olaraq, baş vəzir Stolıpin cənabları uzun bir nitq söylədi, hərçənd belə danışırlar ki, baş vəzirin bir nitqi onun hazırcavablığına dəlalət edəməz, çünki bu nitq ən qabaqlarda hazırlanıb, əzbər edilmiş idi. Amma hər halda Stolıpin bu nitqi söyləyib də özünün həm natiqi-bəliq və həm də köhnə bir politikan olduğunu isbat etdi. Vəxta ki, duma üzvləri hüzura çıxıb divani-hərb qaydalarını pisləməyə başladılar. Stolıpin onlara rəddiyyə etmədi. Bəlkə, onların sözlə müvafiq olduğunu anlatdı. O dedi ki, mən mahir bir yurist ilə mübahisəyə girib divani-hərb xüsusunda danışa bilmərəm, çünki bizim ikimizin də isbat edəcəyi bir şey olacaqdır ki, o da divani-hərbin pisliyindən və onun fəsxi lüzumundan ibarətdir.
Stolıpin bəhs etməyir, mütləq divani-hərb tərəfdarı deyildir. Lakin divani-hərb məhkəməsinə hökm etmək ondan ötrü ağızda bir söz deyib, sonra əməl etməmək adi bir şeydir. Bainhəmə Stolıpin özünü heç itirməyir. Divani-hərbləri pisləyir. Ancaq hər yerdə qurulmasına əmr edir ki bunu da onunla bəyan edir ki, bəli nə etməli idim, bir vaxt baxıb görürəm ki, dövlətin əsasları titrəyib, daha bir az uçmağa qəribdir. Ona görə bu təhlükəni, yəni dövlət təhlükəsini divani-hərb vasitələrilə dəf etməyə məcbur oluram; bu cürə sözlə səthi bir nəzərlə baxılsa, səhih görünər, lakin görək əslində də səhihdirmi, yoxmu?
Stolıpin deyir ki, divani-hərblər qurmağa hökumət məcbur oldu, əgər bir kəs ondan sual etsə idi ki, nə üçün hökumət bu işə məcbur oldu? Zənn edirəm ki, baş vəzir kəmal amadəki ilə cavab verərdi ki, məmləkətdə nizamsızlıq törəmişdi və bu sözü deyib də xəta etməzdi, çünki bu həqiqətdir; fəqət ona bu sual dəxi verilsə idi ki, nə üçün məmləkətdə nizamsızlıq törənmişdi, – mən bilmirəm ki, Stolıpin cənabları nə cavab verərdi; amma bizim özümüzə o cavab, o həqiqi cavab aşikardır. Hamıya məlumdur ki, məmləkətdə nizamsızlığın törənməsinə səbəb Rusiyada idarəyi-mütləqiyyənin davamıdır və bunun bu çürümüş və “dəbdən” düşmüş idarənin davamına səbəb dəxi stolıpinlərin özləri və öz havavü həvəsləridir. Stolıpinin sözlərindən bu məna anlaşılır ki, idareyi-mütləqiyyəyə qarşı etiraz olunmasa idi, divanihərblər dəxi qurulmazdı; biz isə deyirik ki: Bu doğrudur, amma nə eyləmək ki, idareyi-mütləqiyyənin siqlətinə əhlinin dəxi tab edəcək qədər qüvvəti və səbri yoxdur; halbuki hamısından gözəl burası idi ki, əgər həqiqi qanuni-əsasi verilib qayda üzrə idareyi-məşrutə bərpa olunsa idi, həm camaat üçün səadət olardı, həm nizamsızlıqlar olmazdı və buna görə də divani-hərblərin dəxi qurulmağı lazım gəlməzdi...
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-stolipin-ve-divani-herb
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir neçə zaman bundan əvvəl məqalələrimizin birində millətimizə rəhbər və başçı olmalı adamlar lazımdır məalında bir şey yazmışdıq. Bugünkü halımız camaatın adamsız qaldığını və adama əşədd möhtac olduğunu ən müəssir bir surətdə göstərməkdədir. Bir tərəfdən zemstvo məsələsi, digər tərəfdən məktəb və ələlümum maarif məsələsi, bir yandan da qərəzi-şəxs həvəsilə iş görməyə atılıb da, camaatın zərər və fəlakətindən mənfəət aparmaq istəyənlərin əmal və hərəkatimüzürrəsinə qarşı məmaniət göstərmək məsələsi. Bunların hamısı həll və fəsilsiz qalmaqla nə qədər zərərləri movcib olur.Bu zərər və ziyanları görüb də dinməmək, danışmamaq məhz xəyanət və vicdansızlıqdır. Axırda camaatın fəlakətini mövcib ola bilən bu zərər və ziyanları dəf etməklə işlərimizi düzəltmək və hər bir işi öz yoluna qoymaq üçün adamlar lazımdır. Oylə adamlar ki, qəlbləri pak, niyyətləri xalis olmaqla bərabər qüvayi-ruhaniyyələri möhkəm və mətin olsun. Hissiyyat sahibi deyil, əqli-səlim sahibi olsunlar... Zira hər bir böyük işdə insan ancaq əqlini özünə rəhbər tutmalıdır. Yoxsa hissiyyata təvəssül edilərsə, işi batırar, yaxşı nəticə görməz. Doğrudur insanın hissləri iki cürədir: yaxşısı da var, yamanı da. Yaman hisslərin insanın qəlbindən bilmərrə məhv və nabud olmasının lüzumu şübhəsizdir. Yaxşı hisslərə dəxi o qədər nəşvü nüma verməməlidir ki, əqlisəlimə qalib gəlsinlər.
Tələbələr məsələsiQəzetəmizin dünənki nömrəsində ədib və müəllim möhtərəm Firidun bəy Köçərli cənabları oxuyan uşaqlarımızın müşkül halından bəhs edib, onlara bir çarə arayırlar. Ədadı məktəblərdə və seminariyalarda oxumaq istəyən, lakin pulsuzluq ucundan böylə nemətlərdən məhrum qalmış uşaqların halı nə qədər müşküldürsə, “student” namilə ali məktəblərdə oxuyan və ya oxumaq istəyən cavanlarımızın əhvalı daha ağır, daha müşküldür.Bundan əvvəl studentlərimizə ianə verib kömək edənlər yenə azçox olurdu, amma hal-hazırda bu ianə mənbəyi hər yerdən quruyubdur, odur ki, təhsili-ali şövqündə olan tələbələrimizin ədədi gündən-günə artmaq əvəzinə gündən-günə azalmağa üz qoyubdur. Bu xüsusda “Kaspi” qəzetəsində müsəlman tələbələrindən Hacınski cənabları öz zavallı yoldaşlarının ağır halından bəhs edib, camaatı ianiyə təklif eləyir. Lakin iş burasındadır ki, belə ianələr ilə bu mühüm işə əncam vermək olmaz. Burada elə bir iş görməlidir ki, mövcud tələbələrimiz maddi cəhətdən arxayın olub, təhsillərini bitirməklə bərabər, ali məktəblərə girmək istəyən cavanlarımız dəxi bu yolda maddi cəhətdən məmaniyət görməsinlər.
Ordan-burdan 44Dünən vədə verdik ki, məşhur xuliqanların adlarını yazaq; hərçənd bu xuliqanlar onsuz da camaata məlumdur, amma burada təkrar söyləsək mənfəətdən başqa heç bir ziyanı olmaz.Əvvəlinci, bu bir xuliqandır ki, bunun dili budur:
Ayrı söhbətRəmazan günü, bir nəfər “bizim adam” ilə bir nəfər yevropalı bir müsəlman şəhərin Quba meydanı və ya bazarbaşı kimi bir yerinə tərəf gedirlər.Və görürlər ki, orada bir xeyli camaat dövrə çökübdür. Yevropalı güman edir ki, burada mitinq qurulubdur.
Стихи других поэтов · Сатира
Gəlcək ramazan tazələnir köhnə şəriət,Ağzın qapayıb millət alır və’dəyi-cənnət,
Dübarə-səbarəVerir müsəlmanə yüz macəra dübarə-səbarə,Edir qəzetlər ona iftira dübarə-səbarə.
NəzmEylədilər məsləhət bir neçə ağa, rəis,Ta açalar mədrəsə, məsləhəti-amra.
Naxçıvandan bir nəfər dostumaÖzgələr dərs oxuyur, alimi-ferzane olur,Özünə, millətinə qövli-həkimanə olur,