Ulduzlara
Ey aləmi münəvvər edən cürmi-afitab,
Müşkati-şö’lədar, şəbəfruzi-mahitab,
Kövkəblər! Ey fəzadə məsabihi-xəndədar,
Pirayəsaz qə’ri-səmavati-biqərar.
Uçsaydım, ah, mən o müəlla cahanlara!
Yüksəlmək ən böyük əməlim asimanlara.
Artıq xilas olur da əlindən fəlakətin,
Görməm vücuhi-dəhşətini ərzi-vəhşətin
Mən də sizin kimi olub azadəsər o dəm,
Eylərdi tərk bəlkə məni pənceyi-aləm.
Nifrət edər könül bu gün ətvari-adəmə,
Döndərdilər əvalimi bir dari-matəmə.
Kövkəblər! Ey səmani-müzəyyən qılan nücum,
Etmişmidir o yerlərə də seyli-qəm hücum?..
Sizlərdə də bəşər kimi qəddar varmıdır?
Qan tökməyə həris, sitəmkar varmıdır?
Azadəsər deyilmisiniz qilü qaldən?
Ləzzətlənirsinizmi bəşər tək qitaldən?
Siz də bizim kimi əcəba ibtiladəmi?
Meydani-hərbdə gecə-gündüz vəcadəmi?
Zənnim budur ki, sizdə də xunkar yox deyil,
Can almağa şərirü cəfakar yox deyil.
Bu iş uzaqmı? Qabili-iskan denir sizə,
Bədbəxt ərzimiz kimi imkan denir sizə.
Əxtərlər! Ey ziyaları titrək sitarələr,
Baziçə eyləmişmidir sizi də pənceyi-qədər?
Zərrati-kainat bədayenümundur,
Hər zərrəsi dəlaili-rəbbül-şüundur.
Asari-həqqə biz kimi yox sizdə iştibah,
Tə’lifdir cahan, müəllifinin namıdır ilah.
Afaqə həp baxılsa ki, darülfünundur,
Zibi-üyun edər o ki hikmətnümundur.
Cahan sərasər meydani-cəngi-fitrətdir,
Mükəvvinat bütün saheyi-rəqabətdir.
Cahan mübarizə səhrasıdır həqiqətdə,
Vədiədir bu həqiqət məvadi-xilqətdə.
Həmişə acizi qalib zəlilü zar edəcək,
Qəvi zəifi zəbunü səfilü xar edəcək.
Cidalgahi-fənada yazıq fəqirlərə,
Yazıq, günah şu məhkum olan əsirlərə.
Müəmmər olduğuca növhəzar fitrətdə,
Səfalət ilə yaşar təhti-bari-zillətdə.
Qəmin əlindən, ilahi, ürək dönüb qanə,
Qanadım olsa da, uçsam vərayi-imkanə!
20 may
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-ulduzlara
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Böyük bir qəhətlik tutdu Dimaşqi,Unutdu yarlər əzvaqi-eşqi.
Hekayeyi-eşqEşitdim mən ki, Məcnuni-diləfkar –Olunca mövti-Leyladən xəbərdar,
Əgər insaf ilə sorsan, həqiqətƏgər insaf ilə sorsan, həqiqət, –Deyil bu hal şayani-ədalət.
Mütaliəyə dairKəndində yar et, əfəndim, dəftəri-canpərvəri,Ruhbəxşi-mürdəgandır elmü hikmət dəftəri,
Стихи других поэтов
Ta müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Məlahət gülşənində bir güli-həmrayə həsbəndəmMəlahət gülşənində bir güli-həmrayə həsbəndəm,Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm,
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım