Toy məclisi. Böyük bir otaqda kəndlilər halə vurub əyləşiblər. Yuxarı başda toybaşı
əyləşib, fərraş, əlində çubuq, ortalıqda dolanır. Balabanlar çalğısı təqibi iləşamlarla
bəzənmiş və qızıl vərəqələrlə örtülmüş, meyvəcatla, həlviyyatla dolu birxonça gətirib
toybaşının müqabilində qoyurlar. Cavanlardan iki-üç nəfər oynayıbəyləşirlər. Cavanlar
oynayan əsnada fərraş çubuğunu camaatın dizlərininqabağında yerə çırpır, qışqırır və özü də
musiqinin havasına atılıb-düşür.

Fərraş (qışqırır). Əl vurun! Əl vurun! Bu toy hər toya bənzəməz! Bu, Cahangir ağanın toyudur! Ehsan xanın qızının toyudur! Əl vurun!

Toybaşı. Ağa bu gün toyu camaata verib, biz də gərək eninə, boyuna şadlıq eləyək. Fərraş!..

Fərraş. Bəli!

Toybaşı. Qız-gəlinlərdən yavaş-yavaş çağır, oynasınlar.

Fərraş. Baş üstə! (Çıxır).

Bir nəfər üzü örtülü qadın daxil olub, məclisin ortasında dayanır. Aşıqlar ağır
havaçalırlar. Qadın ahəstə oynayır. Aşıqlar ağır havadan keçirlər döndərməyə. Qadınbir
qədər də iti oynayıb çıxır. Bu minvalla neçə qadın gəlib, belə oynayıb gedirlər. Qadınlar
oynadıqca fərraş gəlib camaata əl vurdurur və bir yandan da “şabaş”çağırır. Kənd adətinə
görə, camaat oynayan qadınların şərəfinə pul verirlər. Bupulları fərraş alıb, pul verənin adına
belə elan edir: “Yenə “filankəsin”, yenə “filankəsin” evi abadan olsun! On tümən şabaş
elədi. Oyunçular başına, ay şabaş,toy şabaş!”. Fərraş bu sözlərlə başqa pul verənlərin də
adlarını çəkib qışqırır.Aldığı pulları aparıb xonçaya qoyur.

Toybaşı (axırıncı qadın oynayıb gedəndən sonra saz aşığına). Aşıq Cəfər, İmdi dur bir az söhbət elə, görək!

Aşıq Cəfər, əlində saz, balabançı ilə çuxalarını çıxarıb dururlar ayağa. Qabaqca çalğı ilə
məclisi dolanırlar, ondan sonra bir oyun havası çalıb, qoşa oynayıb məclisin ortasında
dayanırlar və keçirlər “arazbarı” çalğısına. Aşıq Cəfər yekpay oxuyur.

Aşıq Cəfər (oxuyur):

Dedim: ey dost, belə sallanma,

Burda yaxşı var, yaman var.

Dedim: ay yar, qadan mən allam,

Dedi: səbr elə, zaman var, ay zalım,

Dedim: ay gül, həmdəmin kİmdir?

Dedi: həmdəmim bülbüldür.

Dedim: ay gül, xara yalvarma!

Dedi: neyləyim, işim müşküldür, ay zalım!

Gözəllər bağda gəzərlər.

Ömrümün gülün üzərlər.

Özlərin bulə bəzərlər.

Biri o yandan, biri bu yandan, ay zalım!

(Yekpaydan sonra balabançı əyləşir. Aşıq Cəfərin əlində saz, bir az otağı dolaşır.)
Həzərat, əvvəla, Cahangir ağanın toyu mübarək olsun, ustada da min rəhmət, ustaddır!

Açıq başda olsa əgər bir dilbər,

Onda bu nişanlar müəyyən gərək.

Əndamı ayinə, qəddi mötədil,

Siyah zülfü qamətinə tən gərək.

Yanağı lalənin Baharı kimi,

Ləbləri yaqutun kənarı kimi,

Bir danə nasüftə mirvari kimi,

Başdan ayağadək ağ bədən gərək!

Qövlü sadiq ola, hər feli həlal,

Bilməyə ki, fitnə nədir, məkrü al,

Şam kimi qabaqda dura, nitqi lal,

Kəsilsə də başı dinməyən gərək!

Növrəsidə, on dörd, on beş yaşında,

Eyb olmaya kirpiyində, qaşında,

Həyası üzündə, ağlı başında,

Ağzı-burnu nazik, üzü gen gərək!

Tavus kimi cilvələnə hər səhər,

Bəzək verə cəmalına sərbəsər,

Dİndirməmiş verə könüldən xəbər,

Işarə anlayıb, hal bilən gərək!

Vaqif, yaxşı canan gərək, can üçün,

Nədir çox çalışmaq bu cahan üçün,

Bir gözəl lazımdır bizim xan üçün,

Vali qulluğunda ərz edən gərək!

(Balabançı yenə durub gəlir aşıq Cəfərin yanına, aşıq Cəfər “Kərəmi” oxuyur:)

Qatar-qatar olub qalxıb havaya,

Nə çıxıbsız asimanə, durnalar!

Qərib-qərib, qəmgin-qəmgin ötərsiz,

Üz tutubsuz nə məkanə durnalar?

Ərz eləyim, bu sözümün sağıdır,

Yollarınız həramidir, yağıdır.

Şahin-şonqar sürbənizi dağıdır,

Boyanarsız qızıl qanə, durnalar!

Bir baş çəkin dərdməndin halinə,

Ərzə yazsın, qələm alsın əlinə,

Vidadi xəstədən Bağdad elinə,

Siz yetirin bir nişanə, durnalar!

Şikəstə:

Bu dağlar, dəmir könlüm, daş könlüm!

Hicran gəldi, qaç könlüm.

Çəkil bağlar küncünə.

Qəm dəftərin aç könlüm!

Şikəstədən sonra balabançı çalır, aşıq Cəfər tək oynayıb, toybaşıya

baş əyib gedir yerinə.

Toybaşı. Fərraş!

Fərraş. Bəli!

Toybaşı. Uşaqlardan durğuz bir yallı tutsunlar!

Yallı tutulur. Neçə nəfər cavan əl-ələ verib düzülürlər. Bir nəfər əli çubuqlu onlara
dəstəbaşı olur. Oynayanların hamısı dəstəbaşının işarələrinə itaət və əməllərinə də təqlid
etməyə məcburdurlar. Əks surətdə dəstəbaşı boyun qaçıranı çubuqla vuracaq. Cavanlar
qabaqca yerlərində dayanıb, ağır bir havaya dabanları üstündə sağa, sola yırğalanaraq,
qalxıb-düşürlər. Çalğı getdikcə qızışır, cavanlar da qızışıb, qabaqlarında dəstəbaşı,
oynayaraq, otağı dolanırlar. Dəstəbaşı gah dayanır, gah yerə əyləşib əl çalır. Gah yenə cəld
sıçrayıb oynayır. Hamı ona təqlid edir. Axırda yallı tutanlar dayanırlar. Dəstəbaşı ayrılıb tək
oynayır. Hamı əl çalır. Dalınca yallı gedənlər növbə ilə oynayanlar. Yallı tamam olur. Həsən
oyunun qızğın vaxtında, əynində cındır libas, sifət, saqqal pəjmürdə, divanə halında özünü
içəri salır.

Həsən.

Həsənəm, yol kəsənəm, tarı mənəm,

Bil mənəm, hamını mən yaratmışam.

Sizi də mən yaratmışam!

Aşıq! Çal oynayacağam, qızımın toyuna gəlmişəm. Oynamasam arzum ürəyimdə qalar. (Qışqırır.) Ay Gülnisə! Atan toyuna gəlib, gəl oynamağına tamaşa elə!

Fərraş (gəlib qolundan tutur). Həsən əmi bu, Gülnisənin toyu deyil.

Gülnisə çoxdan xalası evinə köçüb gedib. Bu, Cahangir ağanın toyudur. Ehsan xanın qızının toyudur.

Həsən. Nə Cahangir ağa? Nə Ehsan xan? Onları da mən yaratmışam. Şahqulu oğlu Namazı da mən yaratmışam. Aşıq, çal, yoxsa dəyənək başında oynar!

İstəyirlər çıxartsınlar.

Toybaşı. Uşaqlar, görürsünüz dəlidir. Qoyun oynasın, oynar, yorular, çıxıb gedər. Aşıq, çal!

Aşıqlar çalırlar. Həsən divanəvarı oynayır. Gəldikcə qızışıb
başlayır dolaşmağa, birdən yıxılır.

Fərraş (istəyir durğuzsun). Ay uşaqlar, bu ki ölübdür!

Səslər. Necə ölübdür? Nə danışırsan?

Durub Həsənin meyitini əhatə edirlər.

Toybaşı. Bəli, sağlığında camaata əziyyəti az dəymişdi, gərək ölüsü də xanımın kefini pozaydı. Götürün bu mərdimazar oğlunun meyitini!

Meyiti götürürlər.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Keçmiş günlərdən

Birinci türk teatrosunu mən Şuşada 1881-ci il yay fəslində gördüm. Mənə necə təsir bağışladığından burada danışmaq istəmirəm; ancaq bunu demək istəyirəm ki, Qori seminariyasının tələbələri və oranı bitirmiş müəllimlər Şuşa teatrosunun birinci pionerləri olmuşlar. Onlar hər bir yay tətilində şəhərə toplaşdıqdan sonra, həvəskarlar adı ilə biriki tamaşa göstərirdilər. Başqa əsərlər olmadığından Mirzə Fətəlinin komediyalarından oynayırdılar; hasil olan paralar isə yoxsul tələbələrin mənfəətinə sərf edilirdi. O vaxtkı aktyorlardan ancaq Muxtar Muradovun – İndi də sağdır – adını çəkməyi burada lazım bilirəm.1892-ci il yay fəsli idi. Müəllimlər həmişəki qayda ilə toplaşıb Xandəmirovun “teatro salonunda” Haşım bəy Vəzirovun “Evlənmək su içmək deyil” adlı komediyasını oynayırdılar.

2 мин
Ədəbi dilimiz haqqında

Axır zamanlarda ədəbi türk dili məsələsi yomiyyə bir məsələ surətdə meydana çıxmışdır. Azərbaycan türklərinin ədəbi bir dili varmı, ya yoxmu? Bu xüsusda bir neçə kəlmə söyləmək istəyirəm. Mənim aşağıda yazdığım sözlər mübahisəyə səbəb olarsa – daha da gözəl.1905-ci il inqilabınadək Azərbaycanda ədəbiyyat yoxluğunu cürətlə etiraf etmək olar. Nərimanovun, Qənizadənin və mənim tərəfimizdən beş-üç kitabça buraxılmışdırsa da bunlar dəryada bir qətrə hesab oluna bilərdilər. Türk dilində qəzetə və jurnal çıxarılmasına sabit çar hökuməti qəti olaraq icazə verməyirdi.

4 мин
Məşədi Qulam qiraət öyrənir

Bir pərdə, iki şəkildəİştirak edənlər:

1 мин
Birinci şəkil

Əhvalat vaqe olur Məşədi Qulamın evində. Məşədi Qulam əyləşib, əlində*çotgə, hesab çəkir. Mirzə Yusif, əlində kitab, durub.*

6 мин

Стихи других поэтов