Страница 1 из 2

Kənd. Mahmudun evinin qabağı. Sol tərəfdə evin qapısı, qapının yanında bir cəhrə
qoyulub. Evin qabağı bağdır. Sağ tərəfdə, ağacın altında bir kötük var və kötüyün yanında
neçə dənə odun. Mahmud odun yarır.

Mahmud. Hm!.. Hm!.. Hm!.. Ay sənin içinə zəhrimar qarışsın. Məgər yarılmaq bilir. (Alnının tərini silir.) Hm!.. Hm!.. Hm!.. (Qolu boşalır, söykənir baltaya.) Yox, heç yarılası canavara oxşamır, belə nainsaf odun mən ömrümdə görməmişəm, başdan ayağa düyündür. Balta vurmaqdan qollarım düşdü, əllərim suluq-suluq qabar oldu. Tər alnımdan sel tək axır, amma bu evi yıxılmışın odunu uzanıb burada, heç dünya vecinə deyil. Deyir, nə qədər canında can var, baltadan çırp, ölsən də yarılmayacağam. (Ah çəkir.) Elə ki hərdənbir papağımı qabağıma qoyub, dürüst fikir eləyirəm, baxıb görürəm ki, Allahın dünyada insandan bədbəxt məxluqu yoxdur. Vallah doğru deyirəm. Bax, elə bu odun. O da məndən xoşbəxtdir. Iş görmür, bir ehtiyacı yox, aclıq, susuzluq bilmir, bəyəndiyi yerdə uzanır, kefi kök, damağı çağ. Amma insan bir az ağuya dönmüş gödən gülləsinin ucundan, gərək hər sübh tülküdurmazdan dursun, gecə yarısınadək tər tökə-tökə işləsin. Gecədən sübhədək bədənin ağrısından yata bilməsin. Bunun da adını dolanacaq, zindəganlıq qoyublar. Amma insan əvvəl yarananda işlər belə deyilmiş. İndi mən deyim necə imiş, siz qulaq verin. (Əyləşir kötüyün üstündə.) Allah Adəmlə Həvvanı yaratdı, gözəl behiştini də verdi onlara dedi: oturun burada, oğulbəoğul yeyin-için, əlinizi ağdan qaraya vurmayın. Daha bundan gözəl nə olar? Yəni müftə, zəhmətsiz çörək yeyib yatmaqdan da bir ləzzətli şey olar? Ancaq Allah bir şərt qoydu: buyurdu ki, buğda ağacının meyvəsinə dəyməyin. Nə eybi var, dəymə, dəymə! Adəm dedi: baş üstə. Heç ağacın yaxınına da getmərəm. Amma Həvva... Aman, aman, aman!.. Dad arvad əlindən!.. Dedi: ortamdan dağılaram, buğdadan yeməsəm. Adəm yalvardı, yaxardı, ilan dili çıxartdı, olmadı ki, olmadı. Axırda yazıq kişi əlacı kəsilib, buğdanı üzüb verdi, dedi: ala, ye! Elə ki buğdanı yedilər, ikisinin də qolundan tutub saldılar eşiyə. Amma necə behişt!.. Deyirlər bizim ağamızın evindən yaxşı imiş! Adəmi behiştdən qovdular, onlar da düşdülər mən kökə. İndi mənim də behiştim budur. (Ayağı ilə odunu itələyir.) Budur mənim Həvvam da gəlir. (Durur ayağa, başlayır odun yarmağa. Bahar çiynində xurcun daxil olur. Sonra xurcunu qoyur yerə.)

Bahar. Bu da mən. Gəldim çıxdım. Bazardan buraya birnəfəsə gəlmişəm. Ayaqlarım tökülür, qatığı satdım üç abbası bir şahıya, yağın da girvənkəsini altı şahıdan satdım, yaxşımı satmışam? A kişi, sımsırığını niyə sallayıbsan? De görüm yaxşımı satmışam?

Mahmud (naxahi). Çox yaxşı satıbsan. (Başını aşağı salıb odun yarır.)

Bahar. A kişi, yenə nə olub sənə? (Mehriban) Bircə bax gör bu çiyinlik yaxşıdırmı? Belə ucuz almışam ki.

Mahmud (naxahi). Çox yaxşıdır.

Bahar (ağzını əyir) Çox yaxşıdır!.. Bircə bax, sonra de, ağzını niyə göyşək mal kimi o yan-bu yana tutursan?

Mahmud (naxahi), Görürəm, görürəm, heç belə çiyinlik olmaz.

Ba har. Baxarsan bəri, baxarsan! (Xurcundan bir cüt çarıq çıxarır.) Bircə bu çarıqlara da bax!

Mahmud (cəld). Görüm.

Bahar (dörd barmağını yumub baş barmağını göstərir). Ala, göstərdim a, gör nə tez baxır? (Oturur cəhrənin yanında, çarıqları gizləyir altında. Başlayır cəhrəni bulamağa.) Gör mən necə yaxşı arvadam ki, sənin kimi şah tənbəlinə çarıq alıram, amma sən heç mənim qədrimi bilmirsən.

Mahmud. Mən tənbələm? Mən tənbələm? Elə ağzını açırsan: tənbəl, tənbəl!

Bahar. Yalan deyirəm? Sənin tənbəlliyin cəmi kəndə məlumdur.

Mahmud. Özün işləmirsən, elə bilirsən xalq da tənbəldir!

Bahar. Necə? Necə mən işləmirəm?

Mahmud. Elə-belə işləmirsən.

Bahar (cəhrəni göstərir). Bəs bu nədir?

Mahmud. Bu nə nədir?

Bahar. Gözün görmür?

Mahmud. Niyə görmür, cəhrədir. Onu bulamağın adını sən işə qoymusan? Mənim bir qoca rəhmətlik nənəm var idi. Qoltuğundan tutan olmasaydı, yerindən qalxa bilmirdi, onu o da bulayırdı.

Bahar. Bəs sən iş nəyə deyirsən?

Mahmud. Dünyada məgər iş azdır? Xanım ki deyilsən, belə yaxşı odun yar, get su gətir, ot biç, cüt ək!..

Bahar. A kişi, nə danışırsan? Odun yar, cüt ək nədir, məgər bu mənim işİmdir?

Mahmud. Utanmasan deyəcəksən, sənin işİndir. Belədirmi?

Bahar. Əlbəttə, bunlar kişi işidir. Mən ki kişi deyiləm.

Mahmud. Elə mən kişiyəm deyən, gərək bir belə zəhmətlərin hamısını çəkəm? Mən qələt eləmişəm, başımı daşın böyüyünə döymüşəm anadan kişi olmuşam?

Bahar. Bəs necə, gərək işləyəsən, yoxsa çörək bacadan düşür?

Mahmud. Bəli, mən işləyim, sən də böyrün üstündə yat, onunbunun qeybətini elə!

Bahar. Kişi, məgər sənin Allahın yoxdur? Mən kimin qeybətini eləmişəm?

Mahmud. Hamının, kimin qeybətini eləmirsən?

Bahar (durub gəlir onun yanına). Mən tənbələm? Mən qeybətçiyəm?

Mahmud. Bəli, bəli, bəli! Qeybətçisən bir də üstündən, iki də üstündən!

Bahar (ağlayır). Allah, bu zülmü məgər qəbul eləyəcəksən? Axşamadək cəhrə əyir, inək sağ, qatıq çal, nehrə çalxa, adını da tənbəl qoysunlar!

Mahmud. Bah, bah, bah! Bu xanım böyük işlər görür! Bir de görüm mən inəyi tutub, gətirib ağaca bağlamasam, sən sağa bilərsənmi? Sən ayda bir yol nehrə çalxamırsan, elə həmişə mən çalxayıram. Görürsən qatığı tökdü nehrəyə, bir sənək də suyu hıqqına-hıqqına götürüb tökdü üstündən, ondan da çağırdı (övrətini yamsılayır): Mahmud! Mahmud! Mahmud! Gəl, sən Allah, bu nehrəni göydən as! Və ondan sonra başlayır ki, belim ağrıyır, nə bilim, qonşuya ip əyirirəm, bu nehrəni çalxa. İşin harada ağırı var, tökürsən mənim üstümə. Əməyimi də itirirsən. Budur ha, dünən nehrəni yerdən qalxızmışam, İndi də belim ağrıyır. O tövr mən zəhmət çəkirəm, sən də aparıb hər həftə yağı, qatığı satıb, əskiyə-üsküyə verib, götürüb gəlirsən.

Bahar. Bəs nə eləyim? Çılpaq gəzim?

Mahmud. Səni danışdİranın özünün ağlı yoxdur, arvadsan, arvadsan, arvadsan! Sizin anadan olandan ölənədək ayrı fikriniz yoxdur: elə paltar, paltar. Arvad tayfasının yüz dəst paltarı ola, yenə deyəcək çılpağam. Axır, ay arvad sən məni dağıtdın, tərk elədin, bircə insafın olsun, mürüvvətin olsun! Bir tək sənin ucundan mən bir belə tər tökürəm. (Əli ilə alnını silir.) Bir saat yanımı yerə verib, dincələ bilmirəm.

Bahar. Yalan isə başın batsın! Araba kölgəsində yatırsan, elə bilirsən öz kölgəndir. Çox əziyyət çəkirsən, belinə çöpdən dirək! Məndən savayı bu evdə zəhmət çəkən var? Nə vaxt sən mənim ucumdan zəhmətə düşdün?

Mahmud. Bircə Həvvanı yadına sal, onda bilərsən.

Bahar. Nə dedin?

Mahmud. Bəli, elə onu ərz elədim. Bizim behiştdən qovulmağımıza kim müqəssirdir? Həvva! Kimin səbəbinə bizim əlimiz behişt nemətlərindən üzüldü? Həvvanın! Kimə iştah zor elədi, dedi gərək buğdanı yeyəm? Mənə? Buyur görək, niyə dinmirsən? İndi belə beşeşşəkli xoca kimi, qəşəng, qıçımı qıçımın üstündən aşırıb behiştdə kef elərdim. Bilmirdim odun yarmaq nəyə deyirlər, su daşımaq nəyə deyirlər, ot çalmaq nəyə deyirlər...

Bahar. Demək olmaz, elə işləməkdən arıq düşübsən...

Mahmud. Sən olasan ölənlərinin goru, məni bu hirsimin tutmuş vaxtında haldan çıxartma! And olsun məni yaradana, dəyənəklə qabırğalarını sanaram! Qarnım sabunsuz araba çarxı səsi verir. Hanı ocaqda qazanın? Nə olar bir üç yumurta soyutma eləyib verəsən yeyim?

Bahar. Deyirsən sabahdan bəri işləyirəm, hanı yardığın odun? Sən odun yar, mən də yandırım, sənə bişmiş bişirim.

Mahmud. Odu ey... (Odunu göstərir.) Sabahdan balta çalıram, bir qıxmıq da qopara bilmirəm. Odun düyünlüdür, yarılmır, alnımdan bir çay axıb, məndə nə taqsır var?

Bahar. Bəs taqsır məndədir?

Mahmud. Bəli, səndədir.

Bahar. Yaxşı, taqsır məndə niyə olsun?

Mahmud. Səndə olmasın, olsun sənin nənən Həvvada, nə təfavütü var?

Bahar. Xeyr, bu yerdə Həvvanın heç taqsırı yoxdur.

Mahmud. Bəs taqsır Həvvada da deyil, məndədir? Hələ özü buğdanı yeməyi bəs deyil, aparıb binəva Adəmə də yedirtdi.

Bahar. Çox da yedirtdi, Adəm yeməyəydi.

Mahmud. Necə yeməyəydi? Sizin palçığınıza şeytan bir ovuc torpaq qatışdırıb, odur ki, kişiləri yoldan çıxartmaq sizə binadan irs olub! Görəsən nə dildə yazıq kişini yoldan çıxarıb, buğdanı yedirdib.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов