İkinci pərdə
Страница 2 из 2 · 50%
Başhərəm. Boynuna al, görüm mən sənin xoşuna gəlirəm, ya yox?
Rə şid. Bu nə qələt idi mən elədim? Nə daş idi başıma saldım?
Başhərəm. Axır sualımdır, cavab ver!
Rə şid. Doğrusu, xanım, bir qələt eləyib demişəm, qəzəbin tutmasın.
Başhərəm. Ürəkdən deyibsən, ya lağ ilə?
Rə şid. Mənim nə həddim var sənə lağ eləyim. Ürəkdən demişəm.
Başhərəm. Deməli, mən göyçək xanımammı?
Rə şid. Məgər buna bir söz olar? Göyçək olmasaydın, Pərviz xan səni baş hərəm elərdimi?
Başhərəm. Onu demirəm. Sənin gözündə necə?
Rə şid. Vaxt ki mənim ağamsan, əlbəttə gözəlsən.
Başhərəm. Açıq danış, yoxsa bu saat dərini soyduraram.
Rə şid. Daha nə gizlətmək, gözəlsən!
Başhərəm. Di al mənim əlimdən öp.
Rə şid. Qələt elərəm, xanım.
Başhərəm. Öp deyirəm sənə! (Rəşid onun əlindən öpür.) Necədir, dadlıdırmı?
Rə şid. Daha nə söz ola bilər?!
Başhərəm. Əgər mənim xahişimi əmələ gətirsən, mən də sənin hər xahişini əmələ gətirərəm. Bu gün əlimdən öpdün, sonra da anla nə deyirəm…
Rə şid. Əmr elə, xanım, özümü suya qərq eləyim, bədənimi odlara atım, yandırım. Gözünün qabağında xəncəri ürəyimə çaxıb, qanımı sənin ayağının altına töküm.
Başhərəm. Xeyr, mənim xahişim bunların heç birisi deyil. Xan kənddən təzə bir kəniz gətirib. Mən baxıram, o, cavan, məndən gözəl. Qorxuram bir azdan sonra xan onu bizim başımıza mİndirə. Əgər sənin ürəyində mənə məhəbbət varsa, gərək o qızın başını batırasan.
Rə şid. Xanım, mənim öz canıma qüvvətim çatar. Onu da, necə ki, ərz elədim, sənin yolunda qoymağa hazıram. Ancaq mənə sən nahaq qan tökdürmə.
Başhərəm. Bəs onda sənin məhəbbətin yalanmış.
Rəşid (özünü dübarə onun ayağına atır). Xanım, al bu xəncəri, çax mənim ürəyimə, gör mən "uf" da deyərəmmi?! Amma mənim məhəbbətimə yalan demə… Nə buyurursan, hazıram.
Başhərəm. Mən sabah o qızı xacələrin birisi ilə çay kənarına paltar yumağa göndərəcəyəm. Bir kolun dalından onu güllə ilə vurub öldürərsən. Əgər xacə eşidib, səni görüb-tanısa, eyb eləməz, onu da vurub öldürərsən. Qəbul eləyirsən?
Rə şid. Qəbul elərəm, xanım, ancaq…
Başhərəm. Bu saat hər şeyi qəbul elərsən. (Barmağı ilə üzünü göstərir.) Di buradan da bir öpüş ala bilərsən.
Rəşid xanımın üzündən öpən halda Pərviz xan daxil olur.
Rəşid qaçır.
Pərvizxan. Ay ləçər, ay fahişə, bu on səkkiz ilin müddətində beləmi sədaqətlə dolanıbsan?! Bəs görünür on səkkiz il mənim öz binamusluğumdan xəbərim olmayıb! Mən Pərviz xan olum, tamam ətraf xanlar mənim adım gələndə titrəşməyə düşsünlər, amma evimin içində, öz hərəmim, baş hərəmim məni binamus eləsin? Yox!.. Yox!.. Burada qiyaməti bərpa edəcəyəm! Tamam hərəmxana əhlini qıracağam! Baxın, Pərviz xanın baş hərəmi öz ərinin gözünün qabağında nökərlə mazaq eləyir. Daha dünyada bundan da böyük biabırçılıq mümkündürmü? Bundan sonra hansı arvada etibar eləyəsən? (Əl çalır, xacələr daxil olurlar.) Gəlin aparın bu fahişəni salın zindana! Sabah buna bir cəza verim ki, cəmi hərəmxanaya ibrət olsun. O məlun Rəşidi də harada olsa, tapıb yanıma gətirərsiniz.
Baş hərəmi aparırlar.
İkincihərəm (daxil olur). Gördünmü arvadının vəfasını? Mən deyəndə, inanmırdın. Axırda onun əməlinə öz gözlərinlə tamaşa elədin. Deyirdin, ondan sədaqətli arvad yoxdur. Gətirib baş hərəm eləyib, bizim başımıza çıxartmışdın. İndi sədaqətli kim olduğunu görürsənmi?
Pərvizxan. Hamınız bir nəsildənsiniz, hamınız fahişəsiniz, hamınızı qılınca səkdirəcəyəm!
İkincihərəm. Bizlərdən bir xata görsən, baş üstə. Bir dəfə çəkdirmə, iki dəfə, beş dəfə qılınca çəkdir. Mən çox sevİndim ki, sən doğru ilə əyrini gördün.
Pərvizxan. İmdi sabah görərsən ki, ona mən nə cəza verəcəyəm. Gərək onu sizin gözünüzün qabağında öz aşnası Rəşidə öldürdəm. Sonra Rəşidin bədənini iki parça eləyib, şəhərin darvazasına vurduram.
İkincihərəm. Rəşid də taqsır nədir? Cavan oğlan göyçək arvadda eşqi görəndə, əlbəttə, susayacaq. Rəşid də taqsır yoxdur.
Pərvizxan. Yox! O məlun böyük tənbehə layiqdir. Onun nə həddi var, məndən biizin mənim arvadımın otağına girsin! Mən ona tənbeh etməsəm, sair əmələnin də ağlı başına gəlməz.
İkincihərəm. Mən sənə bundan da bədtərini deyərəm ki, xəbərin yoxdur. Ancaq qəzəbin tutmuş vaxtı deməyə qorxuram.
Pərvizxan. Söylə görüm daha nə bilərsən?
İkincihərəm. Doğrusu, qəzəbindən qorxuram.
Pərvizxan. Söylə, yoxsa nəşini burada yıxaram yerə!
İkincihərəm. Onun qızı da özü kimidir.
Pərvizxan. Nə dedin, mənim qızım?
İkincihərəm. Bəli, sənin qızın.
Pərvizxan. Böhtan deyirsən, ləçər! Heç kəs mənim qızıma ləkə vura bilməz. Mənim qızım qızıl güldən təmizdir.
İkincihərəm. Yalan olsa, hər bir cəzaya layiqəm. Sənin qızın Rəhim xanın göndərdiyi pəhləvanla aşnadır. Onun mərdanə güləşməyini görüb, bənd olubdur. Neçə dəfə onları bir yerdə görüblər. Amma qorxudan sənə xəbər verə bilməyiblər. Budur, qızın özü də gəlir. (Gedir.)
Xanınqızı (daxil olur). Ata, mənim anamın günahı nə idi, onu zindana saldırıbsan? Ata can, vallah mənim anamın heç taqsırı yoxdur. Yalvarıram ata, ayaqlarından öpürəm, əmr elə mənim anamı zindandan çıxartsınlar.
Pərvizxan. Sənin özünə anandan bəd tənbeh eləyəcəyəm!
Xanınqızı. Mən nə günah eləmişəm, ata?
Pərvizxan. Söylə görüm, Rəhim xan göndərən pəhləvanla sənin aranda nə var?
Xanınqızı. Heç bir şey yoxdur, ata.
Pərvizxan. Heç bir şey yoxdur? (Əl çalır, xacə daxil olur.)
Çubuq hazır eləyin. Rəhim xanın yanından gələn pəhləvanı mənim yanıma gətirin. (Xacə baş əyib gedir.) Doğrusunu de, yoxsa səni soyundurub bədəninə ölüncə çubuq vurduracağam. (Xacə bir dəstə çubuq
gətirir.) Soyundur bunu!
Xanınqızı. Ata, rəhm elə, mənim günahım yoxdur.
Pərvizxan. Çubuq dəyəndə boynuna alarsan. (Pəhləvanı gətirirlər). Yavuq gəl, qoçaq! (Pəhləvan yavuğa gəlir.) De görüm, nə hədlə mənim qızıma əl atıbsan?
Pəhləvan. Xan sağ olsun, burada əl atmaq sözü yoxdur. Sənin qızın məni sevib, mən də onu sevmişəm. Aramızda da kəbin var.
Pərvizxan. Bəs belə?! Elə olan surətdə mənim özüm sizə yaxşı kəbin kəsdirərəm.
Xanınqızı. Ata, izin ver ikicə söz deyim. Sən məni Rəhim xanın oğluna nişanlandırıbsan. Mən gendən o oğlanı görmüşəm. Arıq, rəngi saralmış, yol gedəndə, deyirsən İndicə yıxılıb öləcək. Özünün də, deyirlər, başında bir tikə ağlı yoxdur. Amma sən bircə bu oğlana bax. Gör necə gözəl, necə şad, qüvvətli, boylu-buxunludur. Özü də məni sağ gözündən artıq istəyir. Rəhim xanın oğlu çox da olsun xan oğlu, mən qızıl təşti neyləyirəm içinə qan qusam. Mən bu şücaətdə oğlanı iki yüz Rəhim xanın oğlu kimi tülküyə dəyişmərəm. Mən bunu sevmişəm, nə bilirsən mənə elə! Ölümə də göndərsən, şövqlə gedəcəyəm! Onu da bil ki, boyum doludur.
Pərvizxan. Ax, nə binamusluq, nə böyük biabırçılıq! Rəhim xana mən nə cavab verəcəyəm? Sən məni Rəhim xan kimi kişinin yanında xəcalətli elədin! Səni görüm iki dünyada üzün qara olsun! (Xacələrə, fərraşlara) Bunları aparın! Deyin daş və qum hazır eləsinlər! Gərək bunların ikisini də mənim gözümün qabağında diri-diri divar içində qoyub hörsünlər. Aparın ikisini də!..
Pəhləvan. Xan, bunların mənə gücləri çatmaz. Amma mən özüm gedib öz sevgilimlə bir qəbrə həvəslə daxil olaram.
Xanınqızı. Gedək, əzizim. Əlvida, sevgili atam. Qulam (daxil olur). Xan sağ olsun, Rəşidi heç yerdə tapmaq mümkün olmur. Tamam ətrafı atlılar gəziblər, kənddən gətirdiyiniz qız da onunla bahəm qaçıbdır.
Pərvizxan (qəzəbnak). Bu nə xəbərdir? Bu saat iki yüz atlı hər tərəfə salınsın və onların ikisinin də özlərini, ya meyitlərini tapıb gətirsinlər! Yoxsa, qanı su yerinə axıdaram. Ax, ax!.. (Başını tutub taxtın üstünə yıxılır.)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-kohne-dudman-ikinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Mərd dayanarMərd dayanar, namərd qaçar,Meydan gumbur-gumburlanı,
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur