Üçüncü məclis
Содержание
Страница 1 из 2
Əhli-məclis
AğaMəhəmmədşahQacar
İkinciIrakli – Gürcüstan padşahı
Yuhan – onun nəvəsi, şahzadə
TavadAmilaxvari – katib, sərkərdə.
TavadOrbeliani
TavadMuxrani
TavadKeyxosrovAveliani }gürcü sərkərdələri
TavadÇavçavadze
TavadMaçabeli
TavadSereteli – İmeretiya
qoşununun sərkərdəsi
Sadıqxan – İran atlı qoşunun sərkərdəsi
Sərkərdələr, elçilər, pişxidmət və qoşun adamları
Əvvəlinci məclis
Tiflis. İkinci İraklinin bargahı. Irakli əyləşib səndəl üstündə, yanında sərkərdələr və
katib.
İkinci İrakli. Həzərat! Gürcüstanın başı üstündə qara buludlar oynaşır. Nadir şahın xacəsi Ağa Məhəmməd özünə şah adı qoyub, bizlə İbrahim xan Qarabaği arasında olan ittifaqnaməni bəhanə tutub, Qarabağa hücum edib. Mən də, necə ki sizə məlumdur, öz oğlum Aleksandrı qoşunla İbrahim xanın köməyinə göndərdim. Allahın köməyi ilə qoşun birləşib, Ağa Məhəmmədin hücumunu dəf ediblər. İndi Ağa Məhəmməd çəkilib oturub Xatun arxında və bizim əlimizə keçən kağıza görə, istəyir Qarabağın ətrafında bir qədər qoşun qoyub, bizim üstümüzə gəlsin. (Katibə) Tavad, Ağa Məhəmmədin qardaşı Əliquluya yazdığı kağızı oxu, camaat qulaq assın.
Tavad Amilaxvari (oxuyur). Yazıb sənə məlum edirəm ki, hərçənd İran qoşununun hücumlarından Qarabağın camaatı və qoşunu bilmərrə zəifləşib, bain-həmə bu qış Qarabağda dava etməyəcəyəm. Süleyman xanı iyirmi min qoşunla burada qoyub, qalan qoşunumuzla özüm gedəcəyəm Tiflisə. Ona binaən, yazıb müqərrər edirəm ki, İrəvanın ətrafında dörd min qoşun qoyub, qalan qoşunu hazırda saxlayıb mənim hökmümə müntəzir olasan, ta hökm sənə çatan tək bilatəxir qoşunu mənə yetirərsən və əgər İrəvan xanı öz övrətini və oğlunu girov versə, Irəvandan bilmərrə qoşunu götürəsən.
İkinci İrakli. Bu kağız bu gün gərək bir mötəbər qasiddən göndərilə qraf Qudoviçə və bizə lazımdır qoşun tədarükündə olmaq. Tiflisin camaatına xəbər edərsiniz şəhərin ətrafının möhkəmlənməyi barəsində tədbir etsinlər. Ağa Məhəmməd Tehranda ikən Gürcüstan üstünə gəlmək fikrinə düşəndə mən əhvalatı bilib, knyaz Potyomkinə yazmışdım imperatriçədən təvəqqe etsin ki, lazım olan vaxt bizə üç min qoşun köməkliyi etsin. Bu barədə mənim övrətim də imperatriçənin özünə kağız yazıb. Imperatriçə təvəqqemizi qəbul edib, buyurubdur ki, kömək məsələsi barəsində dövlət şurası rəy versin. Dövlət şurası bu növ rəy verib. (Kağızı mizin üstündən götürüb verir katibə.) Oxu!
Tavad Amilaxvari (oxuyur). Min yeddi yüz doxsan üçüncü ildə may ayının otuzunda dövləti-əliyyeyi-Rusiyanın şurası əlahəzrət imperatriçeyi-küll-Rusiyanın fərmanına itaət edib, Gürcüstan padşahı İkinci Iraklinin qoşun köməyi istəməyi barəsində məsləhət edib, bu növ qət etdi: Iraklinin Rusiya dövlətinin təht-himayəsində olmağına görə və Ağa Məhəmməd xanın gün-gündən güclənib Gürcüstan üstünə yeriməklə Rusiya dövlətinə ziddiyyət göstərməyinə görə, qraf Qudoviçə hökm olunsun ki, Ağa Məhəmməd xanın Gürcüstan üstünə gəlmək məramı yəqin olsa, İrakliyə kömək verməyi vədə etsin.
İkinci Irakli. İndi həzərat, iş bu məqamdadır. Düşmən yaxınlaşıb. Necə ki, bizim əlimizə keçən kağızdan məlum oldu, payız düşən tək, yəni biriki həftədən sonra Tiflisə gələcək. Rusiya dövləti bişəkk kömək göndərəcək. Əlavə, İmeretiya padşahı Solomona mən yazmışam ki, Gürcüstanla onun arasında min yeddi yüz doxsanıncı ildə bağlanan ittifaqnaməyə görə, buraya qoşun göndərsin. Cavabında yazırdı ki, Tavad Zöhrab Sereteli güclü qoşunla rəvanə olub. Bu günlərdə, yaxud bu gün varid olar. Camaata məlum edin, onun istiqbalına çıxıb, artıq hörmət eləsinlər. (Gedir.)
Tavad Orbeliani (birinci sərkərdə). Heç ürək qısmaq lazım deyil, Allah kərİmdir. Qoy Ağa Məhəmməd Tiflisin yaxınlığına gəlsin, görərsən necə peşman edərlər... Gedim, padşahın əmrinə görə, şəhərdə binagüzarlıq edim. (Gedir.)
Tavad Muxrani (ikinci sərkərdə). Tiflis camaatı bu saat qızmış şirə dönüb, beş Ağa Məhəmməd xan gələ, qabağına çıxmağa hazırdırlar.
Tavad Keyxosrov Aveliani (üçüncü sərkərdə). Doğrudur, İranın qoşunu Rəşiddir, amma çətini odur ki, bir dəfə oxları daşa toxunsun. O saat görərsən qayıdıb qaçdılar.
Tavad Çavçavadze (dördüncü sərkərdə) Şəhərimiz möhkəmdir.
İnşallah, biz az da möhkəmləşər və camaatımız da pəhləvandır. Bundan əlavə, ümidvaram ki, padşahın oğlanları hər biri Gürcüstanın igidlərindən min nəfər gətirsin. Şəkk yoxdur ki, İranın qoşununu murümələx tək dağıdacağıq. (Top atılır). Bu nə top səsidir?
Tavad Muxrani (pəncərədən baxır). Gözlərimiz aydın olsun, dəxi Gürcüstana ölüm yoxdur! Bir gəlin pəncərədən baxın, görün nə görərsiniz. (Sərkərdələr gəlib baxırlar.) İmeretiya qoşunu dünyanı tutub. Qabaqda Zöhrab Sereteli şiri-jəyan tək gəlir. Toplar şadlıq topudur!
Tavad Keyxosrov Aveliani. Bəh, bəh, bəh!.. Afərin belə qoşuna! Afərin bu gözəl oğlanlara. Hər biri on adama müqabil durarlar. Camaat necə qabağa gedir, hər kəsin əlində bir məta var. Kimisi çörək aparır, kimisi şərab aparır, kimisi mal-qoyun aparır. (Top atılır.) Nərildəyin, Gürcüstanın topları! Titrədin, zəmin və asimanı! Nə olardı, Ağa Məhəmməd xan bu cəlalı görəydi! Yəqin qorxudan qaçağı Tehranda bənd alardı.
Tavad Çavçavadze. İnşallah, elə də olacaq. Məgər bir belə qoşunun müqabilində Ağa Məhəmməd xan dayana bilər?! Allahın köməkliyi ilə Gürcüstanın hünərli qoşunu ona sübut edər ki, padşahlıq iddiasına düşməkdə özündən xeyli müştəbihdir. Onun yeri həmişə qapı ağzında olub, yenə orada olar.
Tavad Muxrani. Görəsən, qoşun nə qədər olar?
Tavad Çavçavadze. Mənim gözümə görünən, gərək on mindən az olmaya.
Tavad Muxrani. Mən də belə güman edirəm.
Şeypur səsi gəlir.
Tavad Sereteli (daxil olur). Gürcüstanın qəyur sərkərdələrinə salam olsun!
Sərkərdələr. Xoş gəlibsiniz, Tavad! Allah sizin qədəminizi xeyir eləsin!
Tavad Sereteli. İnşallah, xeyir olar. Gürcüstana səkkiz min oğlan gətirmişəm. Hər biri yüz qan əvəzi və hamısı vətən yolunda canından keçmiş.
İkinci İrakli (daxil olur). Əziz qardaşım İmeretiya padşahı Solomonun qəyur qoşununu və onun qəyur sərkərdəsi Tavad Seretelini təbrik edirəm!
Tavad Sereteli. İmeretiya padşahının duasını hüzuripadşahayetirməkdə özümü xoşbəxt hesab edirəm! (Dizi üstə çöküb kağız verir).
İkinci İrakli (oxuyur). Əziz qardaşım Gürcüstan padşahı İkinci İrakliyə salam yetirirəm! Bəd, vətənə üzü verən hadisəni eşidib, Gürcüstana tərəf yaxınlaşmaqda olan ittifaqnaməyə əmələ edib, İmeretiya qoçaq atlılarından bir qədər Tavad Zöhrab Seretelinin təhtirəyasətinə verib göndərdim ixtiyarınıza. Ümidvaram ki, Gürcüstanın, İmeretiyanın və bizim sair qonşumuz xanların qoşunu birləşib bu gələn bəlanı tezliklə dəf edə. Sizin qardaşınız Solomon. (Katibə) Tavad, bir yaxşı Rizaməndlik kağızı mənim əziz qardaşım İmeretiya padşahı Solomona yazarsan. (Gəlib baş əyib gedir.) Sən də, Tavad, get rahat ol, qoşun da bir neçə gün rahat olsun.
Tavad Sereteli. Mən o vaxt rahat olaram ki, cəmi Gürcüstan rahatlaşa.
Pişxidmət (daxil olur). Gəncədən, ağa Məhəmməd şah tərəfindən elçi gəlib, izin istəyir.
İkinci İrakli. Bu nə deyir? Bu xəbər yaxşı olmadı! Belə olan surətdə bir həftəyədək Tiflisdə ola bilər. (Pişxidmətə) Elçiyə deginən gəlsin. (Pişxidmət çıxır.) Ağa Məhəmməd şah!.. Bihəyalığa bax!..
Sadıq xan elçi sifətində daxil olub, baş əyir, kağızı verir.
Sadıqxan. Əlahəzrət şahənşah tərəfindən bu məktubu vali xidmətinə gətirmişəm.
İkinci İrakli (kağızı verir sərkərdəyə). Oxu!
Tavad Amilaxvari (oxuyur). Şahənşahi-İran Ağa Məhəmməd şah Qacar tərəfindən Gürcüstan valisi İkinci İrakliyə. Necə ki sənə məlumdur, Gürcüstan valiləri İndiyədək İran şahlarının təhtihimayəsində olub, şahlar tərəfindən həmişə lütfü mərhəmət və izzət görüblər. İran şahlarının sayəsində Gürcüstan həmişə salamat və camaatı kamal-asayişlə dolanıblar. Səbəb nədir ki, sən İrakli bizim sayəyimərhəmətimizdən qaçırsan? Hətta İrəvan, Gəncə və Qarabağ xanları ilə bizim əleyhimizə ittifaqnamələr bağlayırsan? Məlum olsun ki, İrəvan və Gəncə xanları cəmi qoşunları ilə mənə beyət elədilər. Qarabağı bir halətə salmışam ki, camaatı yeməyə çörək tapmır. Bunu yazmaqda qəsdim sənə bunu bildirməkdir ki, sən heç bir yerdən köməyə ümidvar olmayıb, necə ki ata və babaların İran şahlarına itaət ediblər, elə də sən İrakli, mən Ağa Məhəmməd şah Qacara beyət elə ki, ta sən və sənin camaatın həmişə fəlahətdə olub, mənim iltifatıma nail olasınız. Əgər bu təklifi qəbul etməyəsən biləsən ki, Gürcüstanın başına hər nə müsibət gəlsə, hamısına bais olan sən İrakli olacaqsan. Çünki mən səksən min qoşunla Gürcüstana qonaq gəlirəm.
İkinci İrakli (kağızı alır, sonra elçiyə). Get, öz şahına deginən, çox da öz zoruna məğrur olmasın! Nəinki səksən min, bəlkə yüz səksən minlə gələ, yenə ona beyət eləməyəcəyəm. Mən dalımı Rusiya tək möhkəm dağa söykəyib onunla söhbət eləyəcəyəm. Buyura bilər...
Sadıqxan. Mürəxxəs olum...Vali sağ olsun! Qorxuram dalınızı söykədiyiniz şimal dağı buzdan olub məşriqdən çıxan günün hərarətinə davam etməyə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-aga-mehemmed-sah-qacar-ucuncu-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Molla Nəsrəddin” jurnalı və xüsusən Cəlil Məmmədquluzadə haqqında xatirat yazmaq, demək, 27 sənə bundan işə düşmüş və 25 sənə dolanmaqda davam etmiş bir çərxi nəzərə gətirmək deməkdir. Bu çərxin mehvəri Mirzə Cəlil və onun jurnalı idi. Onun ətrafında ən yavıqlıqda dolananlar “Molla Nəsrəddin”in tərəfdarları, ona öz fikirləri ilə, qələmlə kömək verənlər idilər. İkinci sıra jurnalı oxuyanlar, ondan həzz aparanlar və onun rəvacına çalışanlar; üçüncü sırada “Molla Nəsrəddin” tərəfindən zərbələrə, taziyanələrə, istehzalara, tənqidlərə düçar olub olmazın föhşlərini verənlər, el arasında “Molla Nəsrəddin” haqqında növbənöv latayilat söyləyib iftiralar buraxanlar idi. Belə bir mühit içərisində “Molla Nəsrəddin” davam edib gəldikcə dostlarını artırıb, düşmənlərini zəif salmağa nail oldu.Hesabsız hədə kağızlarına, föhşlərə, həcvlərə, maddi və “mənəvi” vədlərə etina etməyərək öz tutduğu məqsəddən, məsləkdən bir qədər geri durmamaqla Mirzə Cəlil öz azacıq dostları ilə birlikdə axırda qalib gəlib, həmişəlik bir ad və Azərbaycan ədəbiyyatında xüsusi bir çığır – “Molla Nəsrəddin” dövrü qoya bildi.
Keçmiş günlərdənBirinci türk teatrosunu mən Şuşada 1881-ci il yay fəslində gördüm. Mənə necə təsir bağışladığından burada danışmaq istəmirəm; ancaq bunu demək istəyirəm ki, Qori seminariyasının tələbələri və oranı bitirmiş müəllimlər Şuşa teatrosunun birinci pionerləri olmuşlar. Onlar hər bir yay tətilində şəhərə toplaşdıqdan sonra, həvəskarlar adı ilə biriki tamaşa göstərirdilər. Başqa əsərlər olmadığından Mirzə Fətəlinin komediyalarından oynayırdılar; hasil olan paralar isə yoxsul tələbələrin mənfəətinə sərf edilirdi. O vaxtkı aktyorlardan ancaq Muxtar Muradovun – İndi də sağdır – adını çəkməyi burada lazım bilirəm.1892-ci il yay fəsli idi. Müəllimlər həmişəki qayda ilə toplaşıb Xandəmirovun “teatro salonunda” Haşım bəy Vəzirovun “Evlənmək su içmək deyil” adlı komediyasını oynayırdılar.
Ədəbi dilimiz haqqındaAxır zamanlarda ədəbi türk dili məsələsi yomiyyə bir məsələ surətdə meydana çıxmışdır. Azərbaycan türklərinin ədəbi bir dili varmı, ya yoxmu? Bu xüsusda bir neçə kəlmə söyləmək istəyirəm. Mənim aşağıda yazdığım sözlər mübahisəyə səbəb olarsa – daha da gözəl.1905-ci il inqilabınadək Azərbaycanda ədəbiyyat yoxluğunu cürətlə etiraf etmək olar. Nərimanovun, Qənizadənin və mənim tərəfimizdən beş-üç kitabça buraxılmışdırsa da bunlar dəryada bir qətrə hesab oluna bilərdilər. Türk dilində qəzetə və jurnal çıxarılmasına sabit çar hökuməti qəti olaraq icazə verməyirdi.
Məşədi Qulam qiraət öyrənirBir pərdə, iki şəkildəİştirak edənlər:
Стихи других поэтов
Müəllimlik — bu bir incə sənətdir,Bu yolu hər gedən olmalı incə.
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
Bala deyə mənSənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,
Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məniGətirdi nəşeyi-mey, saqiya, nə şurə məni,Ki, şövqi-arizi-canan çəkib hüzurə məni.