Dördüncü məclis
Содержание
Страница 1 из 2
Əhli-məclis
AğaMəhəmmədşahQacar
HacıIbrahimxan – vəzir
ŞahruxRzaquluMirzə – Nadir şahın oğlu
SərdarMustafaxan – irəvanlı.
Cavadxan – gəncəli
Sadıqxan
Hüseyn xan } sərkərdələr
Üç nəfər əlahiddə sərkərdə, qoşun əhli və fərraşlar
Əvvəlinci məclis
Muğan səhrasında Ağa Məhəmməd şah Qacarın çadırları. Cavad xan, Mustafa xan,
Sadıq xan, Hüseyn xan.
Cavadxan. Şahın fikri görəsən haradır? Qarabağdır, ya Xorasan?
Mustafaxan. Qarabağla hələ şahın işi olmayacaq. Şuşa şəhərinin hasarı çox möhkəmdir. Şəhər özü bir uca dağın üstündə düşüb. Ancaq bir tərəfdən üstünə yerimək mümkündür. Bu növ qələni almaq üçün atlı qoşun yaramaz. Piyada qoşun və güclü top lazımdır. Amma şahın qoşununun, demək olar ki, hamısı atlıdır. Bu qoşunla Şuşa qələsini almaq mümkün deyil. Necə ki, mümkün olmadı. Şahın Qarabağ barəsində olan tədbiri çox gözəl tədbirdir. Ətrafda qoyulan qoşun Qarabağın kəndlərini dağıdar və çünki şəhərin zindəganlığı bağlıdır kəndlərə, şəhər əhli acından təngə gəlib, labüddən təslim olacaq.
Cavadxan. Yaxşı ki, biz təbəiyyət elədik. Yoxsa, yəqin İndi Gəncə, İrəvan xanlıqları da Gürcüstan tək tar-mar olmuşdu. Mənim təbəiyyətimin səməri bu oldu ki, həm xanlığım əlimdə qaldı, həm rəiyyətim dağılmadı və həm Gürcüstandan gələn otuz min əsirin çoxusunu şah mənə bağışladı. Hələ də satıb qurtara bilməmişəm.
Mustafaxan. Mənim özümə şahın iltifatı az olmayıb. Əsirdən mənə də az bağışlamayıb. Əlavə Borçalı və Qazax mahallarını Gürcüstandan kəsib mənə bağışlayıb. Məni başdan çıxartmışdılar. Mən İraklinin zoruna və onun köməkliyinə xatircəm idim. Nə bilirdim ki, şahın tədbiri hamısına faiq gələcək. Onun qoşunundan artıq tədbiri iş gördü.
Sadıqxan. Şahın iltifatından mən də şaki ola bilmərəm. Mənə da az əsir bağışlamayıb. Əlavə necə ki, görürsünüz, cəmi atlı qoşuna sərkərdə mən Sadıq xanam!
Hüseyn xan. Metsxetdən gətirdiyim dövlət mənə kifayətdir. Amma Metsxet keyfiyyəti hər yadıma düşəndə gülməyim tutur. Elə ki şah məni və Sadıq xanı göndərdi Metsxetə, şəhərə yetişib necə lazım idi kar gördük. Axırda yetişdik bir deyrə, rahiblər qaçmışdılar, deyr boş idi. Hücrələrin birinə daxil olub gördüm ki, divara bir nərdivan dayanıb. Dedim bu nərdivan nahaq yerə buraya qoyulmayıb. Nərdivana bir adam çıxartdım. Adam divarın üstündən güclü pul və cavahirat endirdi. Binəva rahiblər qaçan vaxt pulu gizlədib və qorxduqlarından nərdivanı da divara söykəli qoyub qaçıblar.
Sadıqxan. Metsxet ki, dağıldı və biz də ki, qoşunu rahat elədik, mən bir nəfər atlı götürüb şəhərin ətrafına səyahətə çıxdım. Mən orada bir faciə gördüm. İndi də yadıma düşəndə ürəyim qana dönür.
Hüseyn xan. Nə faciə? Nağıl elə görək.
Sadıqxan. Şəhərin ətrafında gəzərkən yolum bir kəlisaya düşdü. Kəlisanın dörd ətrafı xaraba idi. Girdim həyətə. Həyət həmçinin boş, amma bir küncdə balaca daxmada gördüm bir qoca kişi yapıncı altında yatıb və yanında da qoca bir erməni əyləşib. Bunların bu xaraba yerdə olmaqları mənə çox təəccüb gəldi. Ermənidən sual elədim ki, burada nə qayırırsınız və bu yapıncı altında yatan kİmdir? Erməni bir dərin ah çəkib cavab verdi ki, bu şəxs bir böyük vücud idi. Qırx il bunun adı cəmi məşriqzəmində ehtiramla çəkilib. Ömrünün axırında buna bədbəxtlik üz verdi. Mülkünü, malını, rəiyyətini tarac elədilər. Oğlanları fəryadına yetişmədilər. Bu yapıncının altında yatan Gürcüstan padşahı İkinci İraklidir. Doğrusu, özümü saxlaya bilməyib, biixtiyar ağladım. Atın başını çöndərib yola düşdüm.
Mustafaxan. Bəs niyə əsir eləmədin?
Sadıqxan. Məgər insafdır, bir evi yıxılmış, məmləkəti dağılmış, çırağı sönmüş qoca kişini əsir edəsən? Ondan sonra məgər Allahın qəzəbindən qurtarmaq olar?.. Deyəsən şah gəlir. (Gedir.)
Mustafaxan. Lazımdır Sadıq xanın bu cür hərəkətini şahın qulluğuna ərz etmək.
Hüseyn xan. Bu bir fikir deyil, şahın Sadıq xana o qədər məhəbbəti var ki, bizim sözümüzü şeytanlıq hesab edib, inanmayacaq və inansa da ona bir şey etməyəcək. O bizi yoldaş bilib bu sirri bizə açdı, nə rəvadır yoldaşlıqda onu şahın qəzəbinə salaq, yaxşı sifət deyil.
Gedirlər.
Ağa Məhəmmədşah Qacar (Hacı İbrahim xanla daxil olur). Hacı İbrahim xan! Belə deyirlər ki, Şirvan əhli mən göndərdiyim hakimi öldürüblər. Əlbəttə, o camaata gərək böyük tənbeh olsun, bir də bu cürəti eləməsinlər.
Hacı Ibrahimxan. Hakim camaata çox zülm eləyirdi. Camaat da dada gəlib bu əməli tutub.
Ağa Məhəmmədşah Qacar. Mən ki o hakimi zülmünə görə əzl eləmişdim.
Hacı İbrahimxan. Bəli, Qurban. Sizin bu mərhəmətiniz camaatı cürətə gətirib. Odur ki, hakimi öldürüblər. İndi Şirvan camaatı ağsaqqalları hüzuri-aliyə göndərib, üzr istəyirlər. Təvəqqe edirlər ki, onların əvvəlki xanlarını özlərinə verəsiniz. Xan özü də həmçinin izhari-təbəiyyətlə dərbarialiyə gəlib.
Ağa Məhəmmədşah Qacar. Şirvan əhlinə xəbər göndər ki, mən onların təqsirlərindən keçdim və xanlarını da bağışlayıb öz yerində baqi qoyuram. Xanlar hamısı buradadırlarmı?
Hacı İbrahimxan. Bəli, Qurban.
Ağa Məhəmmədşah Qacar. Mən təəccüb edirəm İbrahim xana. Bilmirəm o nəyə xatircəm olub, bizim qoşunumuzun müqabilində durub. Keçmişdə Gürcüstana, Irəvana ümid bağlayırdı. İndi fikri nədir? Nə olardı, o da sair xanlar tək beyət edib, itaətə gələydi və mən də onu öz yerində qoyardım. Məgər bilmir ki, mən Şuşanı alacağam? Məgər mənim divanımın sədası onun qulaqlarına çatmayıb?
Hacı İbrahimxan. Qibleyi-aləm, onun yanında bir nəfər çox aqil şəxs var. Molla Pənah adlı, Vaqif təxəllüs. İbrahim xanın hər bir məsləhəti onunla olur. Xanın Şuşa qələsində möhkəm durmağına bais Molla Pənahdır. Həmin şəxsdir ki, qibleyi-aləmin göndərdiyi fərdə cavab yazmışdı:
Gər nigahdari-mən anəst ki, mən midanəm,
Şişəra dər bağəli-səng nigah midarəd.
Əgər məni saxlayan mənim tanıdığımdırsa, o, şüşəni dağın bağrında saxlaya bilər.
Ağa Məhəmmədşah Qacar. Yadıma düşdü, görünür, həqiqət kamallı şəxsdir.
Hacı İbrahimxan. Bəli, Q u r b a n. Onun təbinə və kamalına söz ola bilməz.
Ağa Məhəmmədşah Qacar. Buyur sərkərdələrin və xanların hamısını buraya çağırsınlar. (Hacı İbrahim xan gedir.) Qaldı bir Xorasan səfəri, inşallah, bu da qurtarar. Qayıdarıq Qarabağ üstünə. Amma mən yenə ümidvaram ki, İbrahim xan özü peşman olub, beyətə gələ. (Sərkərdələr daxil olurlar.) Həzərat, budur, neçə müddətdir, biz çalışırıq və çalışmağımızın da nəticəsi aşkardır. Bunun hamısı əvvəl Allahın tövfiqindəndir və sonra sizin rəşadətinizdən. İndi bizim bir ağır səfərimiz qalıb, o səfər Xorasan səfəridir. Gərək buradan Xorasana yola düşək. Mən belə güman edirəm ki, Xorasanı davasız alaq. Çünki nə Nadir Mirzə və nə atası kor Şahrüx bizim müqabilimizə çıxa bilməyəcəklər.
Sadıqxan. Qibleyi-aləm, biz hamımız İndiyədək sədaqətlə qulluq etmişik. Yenə hazırıq qulluq etməyə. Xorasanın alınmağına da şəkk ola bilməz və dava olsa da eyib etməz. Çünki əlahəzrətin dövlətinin sayəsindən nə qoşun yorulub, nə sərkərdələr. Amma bəndeyi-həqir, sərkərdələr və qoşun tərəfindən hüzuri-şahənşahiyə bir ərz edəcəyəm.
Ağa Məhəmmədşah Qacar. De görüm, Sadıq xan.
Hacı İbrahim xan daxil olur.
Sadıqxan. Qibleyi-aləm, bu yerin ki, biz düşmüşük, adına Muğan deyərlər, o yerdir ki, burada qədim İran şahları başlarına tac qoyublar. Bu yerdə Nadir şah başına İranın tacını qoyub və Şah Səfinin qılıncını bağlayıb. Biz kəmtərin sərkərdələr və qoşun əhli təvəqqeyiacizanə edirik ki, əlahəzrətişahənşah bizə tacgüzarlıq bayramını bu Muğanda nəsib eləsin.
Ağa Məhəmmədşah Qacar. Həzərat! Bu təklif mənə neçə dəfə olub, mən qəbul etməmişəm. Onun səbəbini də İndi sizə bəyan edərəm. (Vəzirə) Hacı İbrahim, tacı və qılıncı gətir. (Hacı İbrahim xan gedir.) İndi ki siz belə təkid edirsiniz, mən də qəbul edirəm.
Sərkərdələr. Qibleyi-aləm, hamımız təvəqqe edirik. Hacı İbrahim xan tacı və qılıncı xonçada gətirib, dizi üstündə çökür şahın
qabağında.
Ağa Məhəmmədşah Qacar. Mənim əziz və sevgili sərkərdələrim! Bir şəxs ki, camaat və qoşun bərgüzidə edib təbəiyyət göstərə, o şəxs padşah olar. İstər başına tac qoydu, ya qoymadı. Tacgüzarlıq padşahlar arasında ancaq bir rəsmdir. Amma mən bu rəsmə ayrı bir nəzərlə baxıram. Bu qılınc ki, görürsünüz, şah Səfinin qılıncıdır. Bunu cəmi Səfəvi padşahları birbəbir bellərinə bağlayıblar və mən o vədə bu qılıncı bağlaya bilərəm ki, Şah Abbas Səfəvi tək padşahın bərabəri olam və padşah İsmayıl tək islama rəvac vermiş olam. Amma İndi sizin xahişinizə görə bu qılıncı bağlayıb dərgahi-rəbbilaləmdən iltimas edirəm ki, mərhəmət nəzərini İranın üstündən kəsməsin və mən fəqir bəndəsini də şah Abbas məqamına yetirsin. (Qılıncı öpüb bağlayır.) Qılıncı bağladım, amma bu tacı əsla başıma qoymayacağam. Bu tac Nadirin tacıdır. Bunun dörd qızıl lələyi iqlimin təsxirini sübut edir. Farsistanın, Hİndistanın, Türküstanın və Əfqanıstanın. Mən İndiyədək məmləkət almamışam, ona görə ancaq bu bir dənə cıqqanı bu tacdan götürüb başıma vururam. (Cıqqanı başına sancır.) İlahi, vətəni bəliyyatdan hifz elə! Salamat olsun vətən, salamat olsun İran! Hacı İbrahim xan və sərkərdələr (bərabər). Qibleyi-aləm, tacınız mübarək olsun!
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-aga-mehemmed-sah-qacar-dorduncu-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Qasım əmi, dur qapını cəftələ; Qorxuram adın yazıla dəftərə”.*Qasım əmi kənddə birinci şəxs idi. Neçə il yüzbaşılıq edib, axırda bir nəfər onun üstünə şər atıb ki, guya Qasım yüzbaşı rüşvətxordur. O səbəbə möhürünü və zəncirini alıblar. O da öz haqqında bu zülmü görüb acıqla götürüb bir üç yüz təbəqə ağ kağıza möhür basıb. İndi də o kağızlardan düşəndə təbəqəsini üç manatdan, beş manatdan satır. O kağızları alanlar, onların üstündə onun-bunun adına köhnə tarixlə veksildən, icarənamədənfilandan yazırlar... Mətləbdən uzaq düşdük.
Şikayət“Sər bə zəmin düm bə hava mikünənd Yəni ibadət bə xuda mikünənd”.*Ramazan daxil olub, yarmarkalar... bağışlayın, səhv etdim... məscidlər açılıb, marallarım mətalarını hazırlayırlar. Yəni moizə kitablarını rəfdən alıb, tozlarını təmizləyir, başlayırlar əzbərləməyi.
Dəccalabad“Hərdəm bə libasi digər on mar bəraməd Gəh gürzə ilan şüd, Gəh mərsiyəxan-şüd,*Gəh afəti-can şüd,*
Yaşılbaş sona“Kür qırağının əcəb seyrəngahı var, Yaşılbaş sonası heyf ki, yoxdur”.*Vaqif
Стихи других поэтов
Qanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Gəl yetişBir hökmü-xudanın elmin açarı,Nəzər eylə bu cavana, gəl yetiş.
Yaxşıdır, oğlumYaxşılar gözəllik nuru yayırlar,Yaxşılıq gözəlin naxşıdır, oğlum.
Tutsam şərabı gər ləbinə tay, haramdırTutsam şərabı gər ləbinə tay, haramdır,Gər nöğrə söyləsəm təninə, hərfi-xamdır.