Mütrüb dəftəri
“Qasım əmi, dur qapını cəftələ; Qorxuram adın yazıla dəftərə”.
Qasım əmi kənddə birinci şəxs idi. Neçə il yüzbaşılıq edib, axırda bir nəfər onun üstünə şər atıb ki, guya Qasım yüzbaşı rüşvətxordur. O səbəbə möhürünü və zəncirini alıblar. O da öz haqqında bu zülmü görüb acıqla götürüb bir üç yüz təbəqə ağ kağıza möhür basıb. İndi də o kağızlardan düşəndə təbəqəsini üç manatdan, beş manatdan satır. O kağızları alanlar, onların üstündə onun-bunun adına köhnə tarixlə veksildən, icarənamədənfilandan yazırlar... Mətləbdən uzaq düşdük.
Bəli, Qasım əminin kənddə artıq ehtiramı var. Ondan məsləhətsiz kənddə heç bir işi görülməz. Bu dəfə kənd camaatı Qasım əmini əhatə etmişdilər. Bildim ki, bir mühüm məsələ müzakirə olunur. Yaxına gəldim; gördüm Qasım əmi bir daş üstündə əyləşib deyir:
– Camaat! Biz İndiyədək dövlətin heç bir əmrindən boyun qaçırmamışıq: qızıl pulu, tüstü pulu, dinməver pulu... hamısını öz vaxtında vermişik; biyara buyurublar getmişik... Amma İndi bir dəftər gətirib veriblər mollaya. Deyirlər, gərək cəmi kənddə anadan olan uşaqlar bu dəftərə yazılsın. Dəftərin də adına “mütrüb” dəftəri deyirlər. Qardaş, bizim uşaqlarımızın adlarının o dəftərdə nə işi? Sabah da gələcəklər ki, gəlin arvadlarınızın adlarını yazdırın! Canım, rusun biri niyə mənim arvadımın adını bilsin? Doğrusu, biz bu mütrüb dəftərini qəbul eləyə bilməyəcəyik. Buna, araba ilə dovşan tutan rus deyirlər. Bu gün uşaqlarımızı dəftərə yazacaq, bir neçə ildən sonra gəlib hamısını yığıb saldat aparacaq. Biz, dübarə deyirəm, mürtüb dəftərini qəbul eləməyəcəyik.
Mən qabağa yeriyib dedim:
– Qasım əmi! Bu qayda hər dövlətdə var, uşaqların adlarını metrik dəftərinə salırlar ki, lazım olan vaxt hər birinin yaşı məlum olsun. Elə bil Qasım əmiyə bir güllə dəydi, ayağa qalxıb hirslə əlini döşünə çırpıb dedi:
– Mən özüm mütrüb dəftəri. Hər kəsin sinnini bilmək istəyirsiniz, məndən soruşun! Bax, bu uşaq Qarğa Mələyin nəvəsidir, gün tutulan ili anadan olub. Bu uşaq ilan qırxan Səfdərin oğludur; çəyirtkə taxılları tərk eləyən ili doğulub. Bu uşaq, pişiksatan Haşımın nəvəsidir. Novruz bayramı ilə aşura bir günə düşən ili anadan olub. Bu uşaq balıqudan Cəfərin nəvəsidir. Eşşəkçi Aslan tut ağacından uçub ölən ili anadan olub. Daha kimi soruşursunuz, deyim. Mütrüb dəftəri niyə lazımdır?
– Qasım əmi! Sən özün hansı ildə anadan olmusan?
– Xaşal Qurbanı sel aparan ili.
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-mutrub-defteri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əhvalat Azərbaycan kəndlərindən birində vaqe olur. Qolçomaq Zamanın*evində kəndin hampalarından bir neçə nəfər əyləşmişlər.*
İkinci pərdəKənd meydançası. Evlər qırmızı bayraqlarla müzəyyəndir. Bir tərəfdə qiraət koması.*Qiraətxanadan kəndlilər çıxır və oraya daxil olurlar. Müqabilində qırmızı parçalara*
Sağsağanİki pərdə, beş şəkildəİştirak edənlər:
Birinci pərdəBirinci şəkilKəndli Tanrıqulunun evi. Arvadı Fatmanisə cəhrə əyirir. Oğlu Qədim bir*
Стихи других поэтов
Çərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Bir bəxşi-xudadır bu məlahət sənə, dilbərBir bəxşi-xudadır bu məlahət sənə, dilbər,Göftarü-bəlağət, bu fəsahət sənə, dilbər,
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm