Kənd meydançası. Evlər qırmızı bayraqlarla müzəyyəndir. Bir tərəfdə qiraət koması.
Qiraətxanadan kəndlilər çıxır və oraya daxil olurlar. Müqabilində qırmızı parçalara
bükülmüş su budkası. Dəstə-dəstə uşaqlar orada-burada oynaşırlar. Su budkasının yanında
yekə bir daş. Növrəstə budkanı bəzəməkdədir. Neçə nəfər ahıl və cavan qadınlar, arxalarında
sənəkləri, gəlib səhnədən keçmək istəyirlər. Növrəstəni görüb dayanırlar.

Ahılqadın. A bala, Növrəstə, bu nə xəbərdir? Kənd belə bəzənməkdə kimi gözləyir?

Növrəstə. Heç kimi. Bilmirsən ki, bu gün martın səkkizi və qadınların bayramıdır? Axşamdan hamıya xəbər verilməyibdirmi?

Ah ılqadın. Xəbər verilibdir, ancaq hər martın səkkizində bayram olursa da, bu cəlalla olmur. Bugünkü başqa cəlaldır. Dedim bəs Bakıdan qonağımız gələcək.

Növrəstə. Qonağımız da gələcək. Amma bir iş var, İmdiyədək iş başında qolçomaqlar dururdular, onlar hamısı qadınların və qadınlığın düşməni idilər. Onlar heç vaxt qəbul eləməzdilər ki, qadınlar başıaçıq meydanlara çıxıb bayram saxlasınlar. İmdi qadınlar da iş başındadırlar. Bugünkü bayramımızı şərafətlə keçirməliyik. Qayıdın geri, sənəklərinizi qoyub, buraya cəm olun.

Ah ılqadın. Necə qayıdaq? Evdə bir içim su yoxdur.

Növrəstə. Bu gün, günorta çağı su budkası açılıb, kəndə şirin bulaq suyu axacaqdır. Dünən bu barədə elan olunmuşdu, eşitmədinizmi?

Ah ılqadın. Vallah, Cahan hər işləri düzəldir, qoçaq arvaddır.

Başqabirqadın. Onun qoçaqlığını ondan bil ki, bu yaşında, üçdörd ayın içində savadlandı. İmdi yazır, oxuyur. Hər gün ona Bakıdan qəzet gəlir.

Ahılqadın. İmdi biz gəlib Cahan xalaya tay ola bilmərik. Özü də bir qabil arvaddır. Budur, bu ilin içində gör kəndi necə abad eləyibdir.

Növrəstə. Yox, qabillikdə iş yoxdur. Mollaxanada köhnə qayda ilə, köhnə əlifba ilə dərs verirdilər, odur ki, orada boş yerə neçə il sərf eləyib, bir şey də öyrənə bilmirdilər. Amma İmdi şura məktəblərində təzə əlifba ilə dərs verirlər. Bir aydan sonra, görərsən, adam gül kimi oxuyub-yazır.

Ahılqadın. Mən də oxumaq istərdim, ancaq ərimdən qorxuram.

Növrəstə. Mən sənə İndidən deyim, heç qorxma. Sən məktəbə bir ərizə yaz ver, ondan sonra işin yoxdur. Ərin mane olsa, mənə xəbər ver.

Ah ılqadın. Səni boya-başa çıxasan, ay belə qız! Günü sabah ərizə verəcəyəm. Bəs ərizəmi kim yazacaq?

Növrəstə. Gələrsən, mənim özüm sənə ərizə yazaram.

Ahılqadın. Çox gözəl. Səni görüm ağ günə çıxasan.

Növrəstə. Di haydı, qayıdın geri, sənəklərinizi evinizdə qoyub, qayıdın buraya. Sonra gəlib buradan gözəl şirin su apararsınız.

Qadınlar. Gedək, gedək. Sağ olsun Cahan xala!

Gedirlər. Neçə nəfər məktəb qızları Növrəstənin yanına gəlirlər.

Birinciqız. Yoldaş Növrəstə, bizi niyə çağırmırsan, gələk sənə kömək eləyək? Sən tək bunu nə vaxta qurtaracaqsan?

Növrəstə. Nə bilim, zəhmət vermək istəmədim.

İkinciqız. Zəhmət nədir, bayramımızdır, gərək işləyək, təntənəli keçsin. Qızlar, gəlin.

Hamı birlikdə başlayırlar budkanı bəzəməyə. Bu halda üç nəfər
on altı-on yeddi yaşlarında oğlan gəlir.

Cabbar. Yoldaşlar, bizə də bir iş verin, sizə kömək eləyək. Nərdivana dırmaşmaq, çəkic vurmaq qadın işi deyil.

Birinciqız. Niyə deyil? Qadın sizdən acizdir?

Cabbar. Biz “acizdir” demədik. Hər kəs öz işində gərək mahir olsun. (Növrəstəni görür.) Ay qız, Növrəstə deyilsən? Böyüyüb yekə qız olmusan. Üç ildir səni görmürəm. Mən gedəndə balaca, bu boyda bir qız idin.

Növrəstə. Sən də Salman əminin oğlu Cabbar deyilsən?

Cabbar. Yaxşı tanıdın. Məni buraya, öz kəndimizə müəllim təyin ediblər.

Cahan (daxil olur). A qızlar, cəld olun, qurtarın, vaxta az qalıbdır!

Növrəstə. Bu saat, ana can, görmürsən nə qədər köməkçim var? Ana can, bu oğlanı da tanıyırsanmı? Salman əminin oğlu Cabbardır. Burada təzə açılan məktəbə müəllim təyin eləyib göndəriblər.

Cahan. Çox yaxşı olub. Xoş gəlmisən, bala! Ümidvaram ki, kənd balalarına qaydasınca təlim verəcəksən.

Cabbar (əl verir). Əlimdən gələn səyi eləməyə hazıram.

Hadi, Balakişi, Zaman gəlib səhnədən keçirlər. Zaman vəziyyəti
görüb, qızını çağırır.

Zaman. Növrəstə, buraya gəl. (Növrəstə gəlir.) O danışdığın oğlan kİmdir?

Növrəstə. Salman əminin oğludur. Təzə müəllim gəlibdir.

Zaman. A mürtədin qızı mürtəd, Salmanın oğlu sənin qardaşındır, əmin oğludur, dayın oğludur?! Onunla nə laqqırtı vurursan?

Növrəstə. Ata, danışanda məgər bir xata olar?

Zaman. Xata da olar, ötər də. Gələrsən evə mürtədin qızı. Bədəninə dağ basmasam, atamın oğlu deyiləm. Məni sən cana doydurdun!

Cahan (yavuqlaşır). A kişi, uşaqdan nə istəyirsən? Nə qışqırtı salmısan bu meydana?

Zaman. Uşağın atasının cəmdəyinə min lənət! O günə daş düşəydi ki, sən mənim dağılmış xarabamın qapısından girdin! Özün şura sədri olmusan, nə olmusan, sən bilirsən, daha bu uşağın abrısını tökmə. Cavan qız sənin gözünün qabağında oğlanlarla danışır, sən də durub tamaşa eləyirsən. Ay arvad, heç olmasa bir insafın olsun. (Qızına) Gələrsən evə mürtədin qızı, görərsən nə divan tutacağam!

Cahan. Kişi, dinməz-söyləməz get evə. Mənim xatirim üçün camaat sənin hörmətini saxlayır, sən də yolundan, izindən çıxma!

Zaman. Gedirəm, sözüm yoxdur. Vaxta ki namus gedir, qoy kökündən getsin. Hadi, Balakişi, gedək!

Cahan, Növrəstə budkaya qayıdıb, işə məşğul olurlar.

Hadi. A kişi, qanını xarab eləmə. Gəl gedək Molla Xəlilin yanına söhbətə.

Gedirlər. Cavanlar budkanın bəzəyini qurtarıb çəkilirlər. Növrəstə və Cabbar söhbət
edə-edə mehriban gedirlər. Səhnənin sağ tərəfində bir dəstə pioner baraban çalaraq gəlib bir
tərəfdən nizamla dayanırlar. Sol tərəfdən məktəb uşaqları – qızlar və oğlanlar qarışıq,
qabaqlarında bir dəstə aşıq, əllərində bayraq, daxil olub bir tərəfdən dayanırlar. Bir dəstə
kənd qadınları və kişilər də gəlib dayanırlar. Iki-üç dəqiqədən sonra iki nəfər kişi, bir nəfər
qadın çıxırlar. Dallarınca Cahan gəlib sədarətdə əyləşir. Cahanı gördükdə hər tərəfdən alqış
qalxır.

Cahan (sakitlik bərpa olandan sonra ayağa qalxır). Yoldaşlar! Mart ayının səkkizi münasibətilə çağırılmış iclası açıq elan edirəm. (Alqış) Bu gün cəmi dünyanın zəhmətkeş qadınları üçün əhəmiyyətli bir gündür. Bu gündə dünyanın hər tərəfindən, əziyyət, məşəqqət, təzyiq altında qalan, evlərdə dünya işığına həsrət qalıb qara qul mənziləsində olan, fabriklərdə, zavodlarda gündə on iki saat və daha da işləyib qarınları dolusu çörəyə əlləri çatmayan zəhmətkeş, sərhədlərə, fəsillərə baxmayıb əllərini şura işçi-kəndli qadınlarına uzadırlar. Bu gün onların hamısına işıqlı bir günün, gələcəyin müjdəsini verir. Yaşasın Şuralar İttifaqı! Yaşasın fəhlə-kəndli birliyi! Yaşasın Səkkiz mart günü! (Hamı əl vurur, çalğıçılar çalırlar. Pionerlər barabanlarını vururlar. Cahanın əlinin işarəsilə hamı sakit olur.) Söz verilir mərkəzdən gələn yoldaşımıza!

Əyləşən kişilərdən biri qalxır ayağa, hər tərəfdən alqış.

Mərkəzdəngəlmişnümayəndə. Yoldaşlar! Mən torpaq komissarlığı tərəfindən buraya nümayəndə sifəti ilə gəlib, həmin komissarlıq tərəfindən sizin iki bayramınızı təbrik edirəm. (Alqış) Birinci bayram keçirməkdə olduğunuz qadınlar günü, martın səkkizi. İkinci bayram, əhalinin qızdırma xəstəliyi kimi ağır bir naxoşluğun əlindən qurtarması bayramıdır. Yoldaşlar! Siz İmdiyədək içdiyiniz iki arşın dərinlikdən çıxan quyu suyu idi. Belə dayazdan çıxan suya kənd arasında “qara su” deyirlər. Hamınız bilirsiniz ki, qara su olan yerdən naxoşluq əskik olmaz. O yerlərin camaatının rəngi sarı, bədəni zəif, qarınları köplə dolu olar. Bu gün kəndə şirin bulaq suyu axacaq və bu suyun səbəbinə sizin içinizdən dediyim azar götürülər. Bu suyun kəndə gətirilməsi, tək şuranın və bir də bu şuranın sədri olan Cahan yoldaşın səyi və ciddiyyəti nəticəsidir. Ona görə üzümü ona tutub deyirəm: yaşa,

Cahan xala! (Alqış, dəf, balaban.) Yoldaşlar! Azərbaycanda şura hökumətinin səkkiz ili yavuqlaşır. Yeddi il bundan əqdəm Azərbaycanda savadlı qadın tək-tək tapılardı. Şərq qadınlarının arasında yoldaş Cahan və sair kimi fəal qadınlar çıxırlar. Keçmişdə qab-qazan aləmindən savayı bir şey tanımayan qadınlar İmdi iş başına keçib, böyük-böyük idarələri dolandırırlar və kişilərlə bərabər, artıq fəaliyyət göstərirlər. Yaşasın Şərq qadını və onun parlaq istiqbalı!

Alqış, dəf, balaban.

Cahan ( ayağa durur). Yoldaşlar! Cəmi əhali tərəfindən, buraya nümayəndə göndərən torpaq komissarlığına izhari-təşəkkür edirəm. (Alqış) Mən bu bulaq məsələsi üçün neçə dəfə mərkəzə getdim. Komissarlıqların hamısından məhəbbət gördüm. Biz qadınlar İmdiyədək kişilərin ayaqları altında əzilirdik. Bizi işləməyə qoymayıb, adımızı bacarıqsız qoyurdular. Şura hökuməti sayəsində bizlər də əlimizdən gəldiyini meydana çıxara bilirik. Nümayəndə yoldaş məni tək göstərdi. Amma mən tək işləmirəm. Bütün şura üzvü olan qadınlar və kişilər də bu işlərdə mənə köməkçidirlər. Onların köməyi ilə, hökumətin müavinəti ilə, budur, kəndə təmiz şirin su gətirmişik. İkinci, bir məktəb açmışıq. Yaşları ötmüş qadınlar üçün gecə məktəbimiz var. Yaslı bina etmişik. Kənddə mama yoxluğu hiss edilirdi. Qızlarımızdan birisini göndərmişik ki, mərkəzdə oxuyub, bu işi öyrənib gəlsin. Bir az müddət içində biz bu qədər iş görmüşük. (Alqışlar)

Mərkəzdəngəlmişnümayəndə (qayçını alıb enir). Torpaq komissarlığı namindən xəlayiqin səhhətinə bais olası bu suyun lentini kəsirəm. (Lenti kəsir.) Su başlayır axmağa. Uşaqlar internasional oxuyurlar. Ondan sonra halay vururlar. Cavanlar oynayırlar.

Qızlardanbiri. Ay uşaqlar, Cahan xalanı ortaya çəkin! Gərək onu da oynadaq! (Bir nəfər Cahanı ortaya çəkir.) Cahan xala gərək oynasın!

Cahan. Belə bayramda oynamamaq günahdır! (Oynayır.)

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Röya

Saat dörd idi. Möhkəm nahardan sonra gedib, şəhər bağının bir guşəsində əyləşib təmiz havanı tənəffüs etməyə məşğul idim. Bağın yanındakı küçə ilə qiymətli libaslar geyinmiş xanımlar avtomobillərdə, faytonlarda o baş-bu başa çapırdılar. Dörd ətrafımda balaca uşaqlar bağ içində oynamaqda idilər. Bağın xiyabanlarında camaat da az deyildi.Qəzetə və meyvəcat satanlar camaat arasında gəzib, hər kəs öz mətaını təklif edirdi.

8 мин
Keçmiş günlər

Qəza ispolkomunun maarif şöbəsinin zavxozu Süleyman Qurbanov (sabiq Süleyman bəy Qurbanbəyov) çayçı dükanının qabağında bir stəkan acı çay ilə damağında bir uzunquyruq Şəki demisi, kəmaliistirahətlə əyləşib, Həsən Dadanov maxorkasının tüstüsünü halqahalqa havaya buraxmaqda idi. Onun ətrafında əyləşən beş nəfər şəxs həmçinin qabaqlarında çay, damaqlarında papiros, Süleyman bəyin söhbətinə huşü guşla qulaq verirdilər.Bu adamlar bunlar idi: qəza ispolkom sədrinin müavini Sadıq Cavadov (keçmişdə Süleyman bəyin faytonçusu Sadıq), qəza kuryeri Süleyman bəyin xalası oğlu Cahangir Nuru oğlu (keçmişdə Cahangir bəy Nurubəyov) və kənd qarovulçusu Qasım (sabiqdə Qasım yüzbaşı). Süleyman bəy keçmiş günlərdən, Tiflis, Kislovodsk, Valadiqafqaz, Moskva səyahətlərindən qızğın bir nəfəslə laf vurmaqda idi.

9 мин
Uca dağ başında

Uca dağ başında, mədəniyyət mərkəzlərindən və dəmir yolundan uzaq, laçın yuvasına bənzər xırdaca bir şəhər düşübdür. Dağın sağ və sol ətəklərindən köpüklənərək sürətlə axan iki çay, axırda iki mehriban qardaş kimi birləşib axaraq, düzlərdə yaşayan əhalinin bağlarını, əkinlərini sirab edirlər.Şəhər tamam qışı və baharın yarısını qara, dumana bürünmüş keçirib; axırda bu qara çadırşəbi atıb gözəl bir nazənin sənəm tək surətinin parıltısını aləmə salıb, tamam yay istirahəti arzusunda olan isti yerlər əhalisini öz ağuşuna cəlb edir.

15 мин
Seyidlər ocağı

Məlumdur ki, islam və xüsusən şiəyi-Əmirəlmöminin vilayətlərinin cəmi ehtiyacatını: istər xeyirdə, istər şərdə, rəf edən İrandır.Əgər Iran olmasa idi, bilmirəm, bu yazıq camaat haraya gedərdi. Şad günümüzdə Iran bizə mütrüblər, hoqqabazlar, kəndirbazlar, meymun oynadanlar, ayı oynadanlar göndərir.

7 мин

Стихи других поэтов