Şikayət
“Sər bə zəmin düm bə hava mikünənd Yəni ibadət bə xuda mikünənd”.
Ramazan daxil olub, yarmarkalar... bağışlayın, səhv etdim... məscidlər açılıb, marallarım mətalarını hazırlayırlar. Yəni moizə kitablarını rəfdən alıb, tozlarını təmizləyir, başlayırlar əzbərləməyi.
Burada bir haşiyə çıxım. Siz belə güman edirsiniz ki, axundlar etdikləri vəzləri sinələrindən, yainki başlarından buyururlar.
Səhvsiniz. Qoy həqiqəti bilməyənlər bilsinlər ki, bir nəfər atası rəhmətlik beş-altı yüz il bundan əqdəm götürüb bir vəz kitabı yazıb! O kitabda tamam otuz ədəd vəz var. İndi axundlar o kitabı qabaqlarına qoyub hər axşam bir dənə vəz əzbərləyib, sabahdan gəlib camaata nəql eləyirlər. Mən bu haşiyəni axundları məzəmmət edənlər üçün çıxıram.
Onlar axundlara sərzəniş edir ki, heç bir təzə söz meydana çıxartmırlar. Nə eləsinlər ki, tanrı bəndələri? Başda yox, sinədə yox, təzə söz ki, yerdən çıxmaz.
Axund iftarı yeyib təsbehi alır əlinə, başlayır hesablamağa: bəzzaz Palazqulaq oğlu – otuz manat, Fərə Cəfər – əlli manat, süpürgəsaqqal
“Başlarını yerə, quyruqlarını göyə qaldırırlar. Guya ki, Allaha ibadət edirlər”.
Rəhim - on manat, dana Bayram - on manat, körükburun oğlu - on manat, çürük Mehdi - on manat, yetim Dadaş - beş manat, cıq-cıq Fərzalı - beş manat, içgənə Kərim - beş manat, zurna Balaxanımın uşaqları – on manat, qaban Kazım bəy – bir at, ya əvəzində iyirmi manat, quzğun Səfi bəy – bir çuval buğda, keçəl Mir Heydər – bir şaqqa keçi əti...
Bu növ müridləri bir-bir sayandan sonra üzünü ortancıl arvadına tutub deyir:
– Ay balam, nə qədər hesab eləyirəm, altı yüz manat da düzəlmir. Bilməyirəm, necə eləyim? Mənim ümidim bu ramazan ayınadır. Buna xatircəm olub, min manatadək borc eləmişəm və nisyə mal almışam. Belə getsə, axırda acımızdan qırılarıq. Üç arvad, səkkiz uşaq. Bunlar necə dolansınlar? Keçmişdə hər ramazanda əlimə min beş yüz manatdan artıq pul gəlirdi. Bazar gəldikcə kasadlaşır, camaat dindən, məzhəbdən çıxıb, üləmaya etina eləmir. Allah evlərini yıxsın bu urusca oxuyub camaatı yoldan çıxardanların... Məscidə gedirsən – bomboş. Amma tiyatırdı, nə dağılmışdı, ağzınadək dolu! Buna nə deyərlər? Yəqin dünyanın axırı və Dəccalın xürucu yaxınlaşıb. A kişi, gör iş nə məqamə çatıbdır ki, qanqal Sadıqla kaftar Tağı da uşaqlarını uşkolaya göndərirlər. Dünən nə qədər nəsihət elədim, olmadı. Hər bir belə şeyləri gördükcə, canım od tutub alışır. Bir az müddətdən sonra, şəhərdə bir müsəlman tapılmayacaq! Axırda gərək biz də gedib hamballıq edək. Sən güman edirsən ki, mən hər gün məscidə namaz qılmağa gedirəm, vallah yox! Ciyrəim od ilə dolu, mənim qulağıma namazmı girir? Namaz hardadır? Əyilib-qalxmaqdan sivay bir şey yoxdur. Hər rükuə gedəndə ki, paçamın arasından baxıb müridləri az görürəm, ürəyim qana dönür. Evin yıxılsın qəzet yazan! Balaların qırılsın uşkola açan! Gorun od ilə dolsun tiyatır binası qoyan! A kişi, bunu Allah götürər ki, qoyun Nəsirin oğlu da bığlarını qırdırıb meydana çıxa, nədir mən tiyatırçı olmuşam. Nəsir ki, özü bir Allahdan qorxan adamdır.
Pərvərdigara, birliyin xatirəsi üçün fəryada yetiş. Yoxsa dini-islam əldən getməkdədir.
Bu halda axunda xəbər verirlər ki, qiraət öyrənənlər gəlib cəm olublar. Axund çətinlik ilə durub, başını bulaya-bulaya keçir o biri otağa.
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-sikayet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Həmin həyət. Güldəstə çarpayının üstündə məyus əyləşmiş, o yan-bu yana*baxır. Salman və Rəhim, dallarında odun şələləri, daxil olurlar.*
Dördüncü şəkilMolla Vəlinin evində iclas. Cəm olmuşlar: Hacı Bayram, Hacı Novruz, Məşədi Əhməd,*Kərbəlayı Allahverdi** və kəndin sair hampa və ağsaqqalları.
Beşinci şəkilKənd idarəsi qırmızı bayraqla bəzənmiş. Xalq, cavan və qoca, idarənin qarşısında toplaşmış. İdarənin qabağında qırmızı örtüklü bir masa və bir neçə sandalya qoyulmuş.Birincikəndli** (yanındakına). Ay Səfiqulu, bu şəhərdən gələn, hər kəs isə, gərək çox böyük adam olsun.
Altinci şəkilMolla Vəlinin evində iclas. Əyləşənlər: Hacı Bayram, Hacı Novruz, Məşədi Əhməd,*Kərbəlayı Allahverdi və s. kulaklar.*