İkinci pərdə
Dördüncü şəkil
Kənd meydançası. Mayın biridir. Evlər, dükanlar qırmızı bayraqlarla, yaşıl otlarla
bəzənmiş. Arvadlar, kişilər, uşaqlar faxir libasda gəzişirlər. Bir tərəfdə musiqi – yastı
balaban çalınır. Kəndin cavanları oynayırlar. Qədim bir kənardan durub tamaşa edir. Bir
qədər keçdikdə şeypur, baraban səsi eşidilir. Bir dəstə pioner nizamla gəlib meydançada
toplaşırlar. Musiqi kəsilir.
Komsomolçu. Yoldaşlar! Bu gün cəmi dünya proletarlarının böyük bayramıdır. Bu gün dünyanın hər yerində işçilər, kəndlilər əllərində qırmızı bayraqlar: “Yaşasın hürriyyət! Yaşasın əmək azadlığı! Yaşasın dünya inqilabı! Yaşasın beynəlmiləl!” – deyə on minlərlə, küçələrə, meydanlara çıxıb qışqırırlar. Avropa məmləkətlərində işçilər zavodçuların, fabrikantların əllərində, kəndlilər mülkədarların əllərində qul olub işləməkdədirlər. Milyonlarca işsiz qalanların bu gün bayram ocağı boşdur. Bunların hamısının ümidləri dünya inqilabında və
Şu ralar İt ti f a qın d a dır. Yaşasın hamı proletarları əzabdan qurtaran dünya inqilabı! Ura!..
Camaatvəpionerlər (qışqırırlar). Ura!..
Komsomolçu (pionerlərə). Pioner yoldaşlar! Siz Vladimir İliç Leninin əziz, istəkli balalarısınız və onun yolu ilə gedən rəhbərlərin və müəllimlərin gələcəkdə əvəzisiniz. Bu rəhbərlərə layiq əvəz olmaq üçün sizə üç şey lazımdır: əvvəlinci oxumaq, ikincisi oxumaq və üçüncüsü yenə oxumaq. Bu, sizi ürəkdən sevən atanız Vladimir İliçin siz balalarına vəsiyyətidir. Yaşasın Lenin yolu ilə gedən inqilab rəhbərliyi!.. Ura!..
Pionerlərvəcamaat. Ura!.. Ura!..
Şeypur və baraban çalınır.
Komsomolçu. Yaşasın sizə tərbiyə verən müəllimləriniz!.. Urra!..
Pionerlər. Urra!..
Şeypur və baraban çalınır.
Birincipioner. Yoldaşlar, mənim təklifim var: gəlin səs-səsə verib, bir yaxşı nəğmə oxuyaq.
Pionerlər. Oxuyaq, oxuyaq. Ura!..
Hamısı nəğmə oxuyurlar.
İkincipioner (Qədimə tərəf gəlir). Qədim, kənardan niyə durub baxırsan? Niyə bizimlə nəğmə oxumursan?
Qədim. Nə bilim?
İkincipioner. Nə bilim bir cavab deyil.
Üçüncüpioner. Sağsağan atasının ölüm xəbərini gətiribdir, ona görə yas saxlayır.
Komsomolçu. Qədim, bilirsən nə var? Şuralar yolunda yüz minlərcə adamlar can qoyublar. İşçilər kapitalistlərin əlindən qurtarmaq üçün, rəiyyət bəylərin, xanların, müamiləçi hacıların, mollaların, seyidlərin, mərsiyəxanların, Dərvişlərin əllərindən qurtarmaq yolunda nə qədər qan töküblər. Sənin atanın ölümü hələ məlum deyil. Elə deyək doğrudur. O da şuralar yolunda verilən qurbanlardan biri. Sənin Şura hökuməti kimi atan var, səni atandan yaxşı saxlayacaq. Şura hökuməti onun yolunda can qoyanların külfətini başıaçıq qoymaz. Get yoldaşlarına qarış, sən də onlar ilə nəğmə oxu. Bu gün bayramdır. Oxumaq, oynamaq, gülmək günüdür, ağlamaq günü deyil. Pioner bu gün hər dərdini yaddan çıxarmalıdır.
Qədim. Atam deyirdi, səni məktəbə qoyacağam. İndi məni məktəbə kim qoyacaq?
Komsomolçu. Səni məktəbə də qoyacaqlar, yaxşı da oxudacaqlar. Böyüyüb müəllim olacaqsan, sən də pionerlərə dərs verəcəksən.Ondan sonra sağsağana, qarğaya, tasa, fala inanmayacaqsan. Görəcəksən ki, bunların hamısı fəqir-füqəranı tovlayıb, ciblərini kəsmək üçündür. Get, bala, get yoldaşlarınla sən də nəğmə oxu.
İki pioner Qədimin qolundan tutub çəkirlər: gəl gedək!
Qədim. Bir də mənə sataşıb, “səlli əla sağsağan” deməyəcəksiniz?
Birincipioner. Yox, bizə yavuq gələn, bizimlə bir fikirdə olan yoldaşlara sataşmarıq.
Qədim. Onda gedək. (Gedib uşaqlara qarışır.)
Birincipioner. Yoldaşlar, Qədim gəldi. Daha sağsağanın quyruğunu əldən qoydu.
Pionerlər. Ura!.. Ura!..
Təzədən nəğmə oxuyurlar.
Komsomolçu (qabağa gəlir). Uşaqlar, nəğməni gözəlcə oxudunuz. İndi oynamaq da lazımdır. (Aşıqlara) Çalın, İndi də pionerlər oynayacaqlar.
Aşıqlar çalırlar, pionerlər birbəbir oynayırlar.
İkincipioner. Yoldaşlar, təklifim var.
Pionerlər. Necə təklif? Nə təklif?
İkincipioner. Gərək Qədim oynasın. Qəbul edənlər əllərini qaldırsınlar. (Hamı əl qaldırıb ura qışqırır.) Qəbul olundu, Qədim, keç ortalığa.
Qədim. Mən oynamaq bacarmıram.
İkincipioner. Olmaz, gərək oynayasan.
Birincipioner (Qədimə). Özün bil, oynayırsan oyna, oynamırsan yenə “səlli əla sağsağan” oxuyacağıq.
Qədim. Yox, oxumayın, oynaram.
Birincipioner. Di oyna. (Aşıqlara) Aşıq, çal!
Aşıqlar çalırlar.
Pionerlər (Qədim oynayıb qurtardıqdan sonra). Afərin! Sağ ol! Malades!
Komsomolçu (pionerlərə tərəf gəlir. Aşıqlar sakit olurlar). Uşaqlar, sizə bir qəribə nağıl söyləyim. Bizim kənddən bir kişi Tovuz dairəsində bir kolxoza buksirə getmişdi. Orada buksir qurtardıqdan sonra özünü zərbəçi elan edib Qasım İsmayılov dairəsindəki kolxozlara köməyə gedib. Buradan qayıdanda yolda üstünə quldurlar tökülüb onu öldürüblər. İndi o kişi dirilib, budur gəlir.
Pionerlər. Hanı, hanı? (Qədimin atası Tarıqulunu görürlər.) Qədimin atası gəldi! Qədimin atası gəldi! Qədimin atası gəldi!
Hoppanırlar.
Qəd i m (atasını görüb yüyürür qabağına). Ay dədə, bəs deyirdilər səni öldürüblər?
Tarıqulu. Kimin nə hünəri var sənin atanı öldürə? Onu kim deyirdi?
Qəd i m. Arvadlar deyirlər.
Tarıqulu. Arvadlara qalsa, adamı gündə beş dəfə öldürüb, basdırırlar.
Pionerlər. Sağsağanlar xəbər gətiriblər, sağsağanlar.
Tarıqulu. Gedək evə, gör sənə nə yaxşı peşkəşlər gətirmişəm.
Birincipioner. Qədim, sağsağanı necə gördün?
Tarıqulu. Bu nə sağsağandır?
Qəd i m. Gedərik evdə bilərsən. (Yoldaşlarına) İndi mən də sizinlə bir yerdə oxuyacağam. (Oxuyurlar.) Səlli əla sağsağan, isti fətir, göy soğan!
Xalq meydançada çalıb-oynamaqda davam edir.
Pərdə
Beşinci şəkil
Tarıqulunun evi. Fatmanisə cəhrə əyirir, hərdənbir ah çəkir.
Gülpəri (daxil olur). Necəsən, a Fatmanisə? Heç kişidən bir xəbər yoxdur?
Fatmanisə. Kişi haradadır ki, ondan bir xəbər də gələ. Kişini aparıb harada başını əkdilərsə, Allah bilir. Kənddə, budur, hamı danışır ki, sabah onun ölüm xəbərini gətirəcəklər. Heç nahaq yerə qaldım qara günün qarasına. Əlimdə də bir yetim uşaq.
Gülpəri. Deyirlər ki, onun nəşini Qaraqurşaqlıda basdırıblar. Gəlsənə oraya bir adam göndərəsən.
Fatmanisə. Adamı nahaq yerə avara eləyib niyə göndərəcəyəm? Adam da gedən kişilərin biri. Hər kəsə ağzımı açıram, deyir: arvad, ayıbdır, boş sözlərə inanma. Kişinə bir şey olsaydı, biz bilərdik. Məni arxayın eləyib yola salırlar, sonra dalımca əlli min söz danışırlar. Deyirlər, qoy Tarıqulunun ölüm xəbərini hökumət özü versin. Adam göndərəcəyəm, o da gedib bir az boş-boşuna dolanıb bir yalan xəbərlə qayıdacaq.
Gülpəri. Elədir, ay qız, elədir! Yazıq sənin gününə. Bir üzü qız, bir üzü gəlin, qalacaqsan bu damın altında. Kişiciyi nahaq yerə aldadıb, otundan, suyundan avara elədilər. Ay qız, hərdənbir fikir eləyirəm ki, bəlkə Tarıqulu sağdır. Sonra istiğfar eləyirəm. Nə oldu, Allahın kəlamı da, iki fal da yalan oldu? Arvadların, kişilərin hər yerdə danışıqlarına nə deyirsən? Yazıq Fatmanisə!
Fatmanisə. Yazıq dedin qoydun? Yazıq günə qaldım, yamanca yerdə axşamladım.
Ta rıqulu (daxil olur). Arvad, nə olubdur ki, yaman yerdə axşamlayasan?
Fatmanisə ərini görüb, gözləri böyümüş halda bir az ərinin üzünə mat
baxdıqdan sonra qışqırıb özünü bir küncə soxur, başlayır titrəməyə.
Tarıqulu (Gülpəriyə). Ay Gülpəri, gör bu arvada nə oldu, niyə belə eləyir?
Gülpəri (qışqırıb özünü o biri küncə soxur). Əstəğfürullah, əstəğfürullah! Haradan gəlibsən, oraya qayıt!
Fatmanisə (titrəyir). Bismillah, bismillah!
Tarıqulu (Fatmanisəyə). Dəli olmayıbsan, ay arvad, nədən qorxursan? Görmürsən ki, mənəm, Tarıquluyam?! (Qolundan tutur.)
Fatmanisə (qışqırıb əlləri ilə üzünü örtür). Aman, yavuq gəlmə, yavuq gəlmə!
Tarıqulu. Bu adamlar dəli olublar, nədir?
Gülpəri dizləri üstündə yavaş-yavaş qapıya tərəf sürünür. Tarıqulu dönüb
baxdıqda ucadan qışqırıb qapıdan çıxır.
Qədim (yoldaşları ilə daxil olur). Bu qarı niyə qışqıra-qışqıra, bismillah deyə-deyə qaçdı?
Tarıqulu. Bilmirəm nə işdir? Odur anan da küncə girib titrəyir, yavuğa gedəndə, qışqırıb məni qovur.
Qədim və uşaqlar gülüşürlər.
Birincipioner. Tarıqulu əmi, bilirsən nə var? Kənddə xəbər
çıxmışdı ki, səni öldürüblər. İndi Fatmanisə xala elə bilir ki, sən xortlayıbsan. (Gülür.) Odur ki, qorxudan qaçıb divara qısılıb titrəyir.
Qədim. Dədə, budur iki gündür nənəm ağlayır, mən də ona baxıb ağlayıram.
Tarıqulu. Di belə söylə də! (Arvadına) Ay axmaq, dur bəri gəl. Mən də qorxdum, dedim arvadın başına hava gəlibdir, nədir?
Fatmanisə (titrəyərək). Pə... pə... pə... Bəs sə... sə... səni öldürməyiblər?
Tarıqulu. Ay qız, məni kim öldürə bilər? Məni öldürən hələ anasından olmamış. Mən özüm bir tək bu yumruğla dörd quldurun öhdəsindən gələrəm. Gəl, bax gör sənə, Qədimə nə yaxşı sovqatlar gətirmişəm. Sənə bir dəst paltar, Qədimə çəkmə, ondan başqa qənd, çay konfet... hər şey...
Qədim. Dədə, bəs mənə pioner paltarı almadın?
Birincipioner. Pioner paltarını sənə biz verəcəyik.
Fatmanisə (yavaş-yavaş gəlir). Bəs hamı niyə deyirdi ki, səni öldürüblər?
Tarıqulu. Qorxma, yeyin gəl. Bircə deyin görüm, mənim öldü xəbərimi sizə kim gətirdi?
Qədim. Dədə, sağsağan gətirdi.
Tarıqulu. Sağsağan nədir, ay bala?
Qədim. Qapıda sağsağan qırıldayırdı, nənəm dedi ki, sağsağan dədənin gəldi xəbərini verir. Dur deginən: sağsağan, sağsağan, xeyir xəbər olasan, oğlunun da oğlu olubdur, qızının da oğlu olubdur. Mən də çıxıb, deyib qayıtdım. Anam soruşdu ki, sağsağanın başı bizə tərəf idi, yoxsa quyruğu? Dedim quyruğu. Elə onu dediyimi gördüm, iki əllərini dizlərinə çırpıb dedi: vay evim yıxıldı, yəqin kişinin başına daş düşdü.
Tarıqulu. Arvad, mən sənə həmişə deyirdim ki, avamsan. Amma belə axmaq olduğunu bilmirdim. Sağsağan nədir, dəlisən, nəsən?
Fatmanisə. Getdim mollaya da baxdırdım. O da dedi: cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər. Həmşəri Cahan noxud falına baxdı. O da dedi ki, dörd adam düşüb üstünə öldürüblər. Sonra da gördüm tamam kənd danışır.
Tarıqulu. Kəndə də xəbər salan sənin axmaqlığındır. Nə vaxtadək sağsağana, qarğaya, noxud falına, mollanın keçə kitabına inanacaqsan? İndi görürsən ki, hamısı yalandır?
Fatmanisə. Daha nə deyim?
Tarıqulu. Nə sözün var, nə deyəsən? Bir vaxt var idi mən də sənin kimi kor idim. Cibkəsənlərin, qulaqkəsənlərin, fırıldaqçıların sözünə inanırdım. Sonra gözüm açıldı, doğrunu yalandan ayırdım. Budur, neçə ildir gecə-gündüz sənə deyirəm: arvad, get dərs oxu savadlan, dünyanın işlərinin yaxşı-yamanlığından xəbərdar ol. Mən dedim, mən eşitdim. Mənim nəsihətimi qoyub, getdi Gülpərinin, Mahpərinin, Şahpərinin sözlərinə baxdın.
Fatmanisə. Daha sözüm yoxdur, gedib oxuyaram.
Tarıqulu. Sabah da bayramdır. Ayın üçündə gedərsən qadınlar klubuna, orada başlarsan dərs oxumağa. Mən də sənin kimi savadsız idim. İndi görürsən kitab oxuyuram. “Yeni yol”, “Kəndçi” qəzeti oxuyuram. Kağız yazıram.
Fatmanisə. Yaxşı, gedərəm. Kitab-dəftər al, gedim oxuyum.
Tarıqulu. Sənə orada kitab da verəcəklər, dəftər də, qələm də. Hər şey verəcəklər. Eşitdin?
Fatmanisə. Eşitdim.
Birincipioner (Qədimə). Qədim, İndi bundan sonra sağsağan qırıldamasına, noxud falına inanacaqsanmı? Görürsənmi, bunlar hamısı yalandır. Atan sağ-salamat gəlib çıxdı, hələ sənə sovqat da gətirdi.
Qədim. Tay, daha inanmaram. Bir də qapımızda sağsağan qırıldasa, daşlayıb qovacağam.
Birincipioner. İndi sən də bizimlə “səlli əla sağsağan” oxuyursanmı?
Qədim. Oxuyuram.
Qədim və pionerlər (oxuyurlar). Səlli əla sağsağan, isti fətir, göy soğan. Səlli əla sağsağan, isti fətir, göy soğan.
Tarıqulu. Barakallah, balalarım. Yaxşı havadır, oxuyun.
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-sagsagan-ikinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qafqazda şəhər meydanında böyük izdiham. Arvad, uşaq, kişilər bir-birinə qarışıb. Səhnənin dalından təbil və zinc səsi gəlir. Şaxsey, vaxsey sədası eşidilir. Cavanların boyunlarına arvadlar bir-bir kəfən tikib, yola salırlar. Əkbər, əlində qılınc, qoltuğunda ağ, gəlib, arvadların içində anasını tapıb çağırır.Əkbər**. Ana gəl bu ağı mənim boynuma tik.
Yeyərsən qaz ətini, görərsən ləzzətiniKeyfiyyəti-qəribədir ki,üç məclisdə tamam olur
Əvvəlinci məclisHacı Mehdinin otağı nümayan olur. Yaxşı döşənmiş otağın iki tərəfində qabaqqabağa*iki döşək püştü ilə salınmış. Otağın bir qapısı sağ tərəfdə, bir qapısı sol tərəfdə və iki qapı*
İkinci məclisHəmin otaqdır. Hacı Mehdinin evində. Həmin qayda ilə döşənmiş, necə ki, əvvəlinci*məclisdə. Hacı Mehdi oturub öz-özünə danışır.*