Azərbaycan, Azərbaycan, şanlı yurdum, məskənimEy umudum, səadətim, təravətli, gülşənim!De, oxşadım nəyə səni, ey sevimli Vətənim?Qoy yolunda qurban getsin həyatımla bədənim.Ey dilbərim, ey cananım, ey işıqlı məkanım!Ey səfalı cənnət yurdum, sən, ey arxam, gümanım!Ey pənahım, idealım, sən, ey sönməz şüarım!Səndən çalır, səndən deyir mənim şerim, rübabım.Sən işıq ver, ürəyimə qaranlıqlar ərisin,Xoşbəxtliyin işıqları gözlərimi bürüsün.

Sən qurtardın əsarətdən məni, gözəl Azərim –Təməddünə, tərəqqiyə sən olubsan rəhbərim.Ey vətənim, nə gözəldir sənin qala dağların!Səfalıdır, ana Vətən, dərələrin, bağların.Tikilibdir, əziz ölkəm, ay qiyafən gözüməSəadətin al şəfəqi səndən düşüb üzümə.Camalını görən zaman cuşa gəlir ürəyim.Sənlə, Vətən, hasil olmuş muradımla, diləyim.Ey Vətənim, göstəribsən bizə mehri-şəfəqqətHümmətinlə yaranıbdır ürəklərdə məhəbbət.Qeyrətlidir oğlanların, qəhrəmandır qızların,Bil qarşında düşmən bükər acizanə dizlərin.Arzum budur yetişəsən muradına hər zaman,Yaşayasan görüm səni tarix boyu kamiran.Sənsən bizə əzəl gündən Səttar xandan yadigar,Çalışaram mən uğrunda nə qədər ki, canım var.Zəncan, 1946

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине