Azərbaycan!Sənə bağlıdır ürəyim.Diləyindir diləyim.Yaxınkən oduna yandım.Uzaqlarda səni andım.Fəqət sənə könül bağladım,Sən güləndə güldüm,Sən ağlayanda ağladım.Səninlə addımladım hər vaxt.Sevincimi, kədərimi səninlə bölüşdüm.Sən silah götürəndə götürdüm silahı,Vuruş deyəndə vuruşdum.Əkdimsə də dərmədim barımı,Xəzanına, qışına dözdümsə dəGörmədim baharımı...Dost da, düşmən də bilir bunuŞerim səndən aldı gücünü...Sən əcdadımın məskəni,Anamın anası,Babamın yadigarısan.Qoy eşidib bilsin düşmənSənin arzularından,Ayrı olmamış diləyim.Sənə vurduğu yaralardanYaralanmış ürəyim.Sənsən doğma Vətənim,Dostun dostumdur,Düşmənin düşmənim.Sözümdə bərqəraram.Əhdimə yenə vəfadaram.Düşməninlə ölənəcən varam...Sərvətli olsan da, olmasan da,Xəzan küləklərindən solsan da, solmasan da,Çaylarının məcrasını dəyişsə də yadlar,Yaşıl meşələrini qırıb töksə də oğyar.Çapıb talasalar da səni başdan-başa,Yerində qara bir daş qalsa belə,Pay ummaram özgəsindən.Sən mənimkisən...Qəlbimin qanı da sənsən,Şerimin canı da,Gəzsəm Şərqi və Qərbi,Gəzsəm başdan-başa dünyanı daSənsiz susar şair,Ölər şeir...Səninlə döyünür qəlbim.Səndən çalır mizrabım,Səndən yazır qələmim...Səni azad, xoşbəxt görməkYenə həmişəki təkİlk arzum, son arzum olaraq qalır.İnsan xalqı ilə ucalır,Şair vətəni ilə.Məni bir daha dinlə –Desələr adın düşmüşdür dilimdənİnanma böhtanlara sən...Vətən yaşadıqca,Vətəni ağ günlərə çıxarmaqArzusu da yaşayır dünyada...Mən harda olsam daGörüşünə tələsirəm həmişə.Görüş mümkün olmasa da bu bahardaGələn baharı gözlə!Dönəcəyəm vətənə min şirin sözlə.Qəlbimdə elin diləkləri,Qucağımda təzə dağ çiçəkləri,

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине