Rəsulallah!
Qoy, ümmət olmasın sənsiz,Dayagımsan Rəsulallah!Zülmət gecəm uzandıqca,Çırağımsan, Rəsulallah!
Yenə düşmən edir tüğyan,Atəşlərə yanır cahan.Dənizdir, hər tərəf tufan,Mayağımsan, Rəsulallah!
Səni rədd eyləyir kafir,Qılınc əldə kəsir, biçir.Qəmlər karvan olub, keçir,Sorağımsan, Rəsulallah!
Dağıtmışlar cəlalımı,Artırmışlar məlalımı,Haram almış halalımı,Yarağımsan, Rəsulallah!
Müsəlman kafirə arxa,Danır gözüm baxa-baxa,Ona necə deyim əxa?¹Sınağımsan, Rəsulallah!
Solum, sağım Sən oldun, Sən!Qibləgahım Sən oldun, Sən!Xoş sabahım Sən oldun, Sən!Tur dağımsan, Rəsulallah!
Yaşamayım qoy, Vətənsiz,Bir an da olmayım sənsiz,Yox kimsənəm səndən əziz,Qonağımsan, Rəsulallah!
Tuşlamışdır məni hicran,Yaxınlardan, uzaqlardan,Səndən diləyirəm aman,Dayağımsan, Rəsulallah!
Sənə daim səna qıldım,Dərdə bunla dəva qıldım.Mən əhdimə vəfa qıldım,Ortağımsan, Rəsulallah!
Tanrı əzəl yaradanım,Sən cahanda bir cahanım.Eşqim, əqidəm, imanım,Sınağımsan, Rəsulallah!
Yerin, göyün haqq səsiydin,Bir ilahi nəfəsiydin.Çarəsizlər çarəsiydin,Növrağımsan, Rəsulallah!
¹ Qardaş
Günəş kimi oldun əyan,Ehkamların elmi –bəyan,Nə qədər var dünya, cahan,Afaqımsan, Rəsulallah!
Daldım sözün mənasına,Düşdüm eşqim sevdasına,Qardaşlığın dünyasına,Sorağımsan, Rəsulallah!
Baş əymişəm əhkamına,Hər əmrinə, fərmanına,O müqəddəs “Quran”ına!Ortağımsan, Rəsulallah!
“Böyük səhra” diyarında,Dəclə, Fərat kənarında,Yanar çöllər baharında,Bulağımsan, Rəsulallah!
Yüz illərdir təlaşdayıq,Kafirlərlə savaşdayıq,Bir baharda, yüz qışdayıq,Yarağımsan, Rəsulallah!
Darda qalmış mənim əlim,Ayaq açıb, yerir zülüm,Əkdiyimi biçir ölüm,Fərağımsan, Rəsulallah!
Qanlar axır Qarabağda,Babam yatır o torpaqda,Nicatım ol bərk ayaqda,Sınağımsan, Rəsulallah!
Susdur bu hərb bayquşunu,Göyün, yerin qarğışını.Yaza döndər qar–qışını,Növrağımsan, Rəsulallah!
Hər yerdən qurğuşun yağır,Bizi sən birliyə çağır,Çarə sənsən əvvəl–axır,Dayağımsan, Rəsulallah!
Göz açanda dünyaya mən,İşıq almış gözüm səndən,Kəsər tapmış sözüm səndən,Yarağımsan, Rəsulallah!
Sözüm səndən çilə tapır,Ruhum, qəlbim səfa tapır,Dərdim sənlə şəfa tapır,Ortağımsan, Rəsulallah!
Qürur tacım, peyğəmbərim,Mənim işıqlı gövhərim,Ayım, günümsən, əxtərim,Şəfəqimsən, Rəsulallah!
Vüqarını öyən mənəm,Hey qapını döyən mənəm,Səndən özgə yox kimsənəm,Qonağımsan, Rəsulallah!
Fəth eylədin göyü, yeri,Kamillərin sən sərvəri!Peyğəmbərlər peyğəmbəri!Sorağımsan, Rəsulallah!Dayağımsan, Rəsulallah!
Kitabxana.az · https://kitabxana.az/ru/works/hekime-billuri-resulallah
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Qalxıb havadən gedirsənDolanırsan bağı, bülbül
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
SöküldüAğzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü
Ey nəşi qalan yerdə, keçən başı eidayəEy nəşi qalan yerdə, keçən başı cidayə,Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.