Araz
Sən axdıqca axır yaşım,Sevdalara düşdü başım.Sən oldun könül sirdaşım,Dinlə məni bir an, Araz!İnsaf elə, dayan bir az!
Suyun min bir rəngə çaldı,Sahilində gözüm qaldı,Söylə, Araz, bu nə haldıSu yanında aman, Araz!Yandı qəlbim, dayan bir az!
Köhnə dostda vəfa olar,Bizim eldə bir məsəl var:Parçalar qəlbi intizar,Doğma çayım, dayan bir az!İnsaf elə, dayan Araz!
Salam apar o ellərə,Vəfa dolu könüllərə,Gəl salma məni dillərə,Dinlə məni, bir an Araz!İnsaf elə, dayan bir az!
Gəl keçmişi qoyaq kənar,Yetişsin bağçamızda bar,Sarsılmasın o tayda yar,Dinlə məni, bir an Araz!İnsaf elə, dayan bir az!
Köç buradan uzaqlara,Susuz qalmış otlaqlara,Çəkmə könülləri dara,Dinlə məni bir an, Araz!İnsaf elə, dayan bir az!
Zaman keçir, illər axır,Sənin suyun yeksər axır,Dəyiş bir seyrini axır,Dinlə məni bir an, Araz!İnsaf elə, dayan bir az!
Səndə vardır, bir ehtişam,Ayrılıqdan yorulmuşam.Hər bir səhər, hər bir axşamDinlə məni, bir an, Araz!İnsaf elə, dayan bir az!
Şirin günlər xatirəsi,İlk eşqimin son nəğməsi.Gəncliyimin təranəsiSəndə olmuş nəhan, Araz!İnsaf elə, dayan bir az!
Ay işığı, sahil sakit,Al könlümü, asudə get,Bu halıma bir nəzər et,Al bunu ərmağan, Araz!İnsaf elə, dayan bir az!
Gələr o gün, gözlə dostu,Görərsən şən üzlə dostu,Dosta söylə: gözlə dostu!Bitdi sözüm bu an, Araz!Fəqət durub dayan bir az!
Kitabxana.az · https://kitabxana.az/ru/works/hekime-billuri-araz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Şikayətim vardır, fələk əlindən,Fələk, mənə düşmən oldun, ağlaram.
UnutmaAşıq, gəşt eləyib ağır elləri,El içində namus, arı unutma.
Daş qalağıQədim Fərqanədən azca aralıŞahi-Mərdan adlı kiçik bir kənd var.
DəvətArxadaşlar! Elm lazımdır ki, tapsın din həyat.Elm ilən hasil olur izzət, tapar millət nicat.