Yanımda qalsaydın, ey gülü-rəna,Həyatım başqa bir məna alardı,Yanımda qalardı sevinc daima,İlhamım həmişə mənim olardı.Təbəssüm uçmazdı dodaqlarımdan,Qalardı əməyə sonsuz məhəbbət,Məni tərk etməzdi bir də heç zaman,İnsanın bəzəyi sevinc, səadət.Ürəkdən əbədi həsrət uçardı,Gəzib dolaşmazdım bir də mükəddər,Ələmim həmişə məndən qaçardı,Gözümdə gülərdi geniş üfüqlər.Lakin nə etməli, taleyim deməkSəni məndən alıb uzağa salmış,Sevincim olmuşdur köçəri quştəkKədərim həmişə yanımda qalmış.İlhamım səninlə uçub gedəndəSonsuz sevincimi alıb apardı.Rahatlıq arxanca qaçıb gedəndəQəlbimi köksümdən sanki qopardı.Ürəyim həmişə, hər zaman səni,Hər yerdə özünü, sözünü anmış,Gülüşlər səninlə tərk etmiş məni,Gözümdə qəmlərin alovu yanmış.

Qayıt gəl, sevgilim, qayıt bir axşam,Ayrılıq dərdini səhər çəkmişəm.Ümidlər həmdəmim olsa da müdam,Hicranın əlindən nələr çəkmişəm.Ayrılıq qapımı döyəndən bəriTale gülməmişdir üzümə bir an.Qovub bir-birini ömrün illəri,Arzular baxmamış sözümə bir an.Yollarda qalmasın könül, göz daha,Qayıt gəl, yolunu gözləyir ürək.Görüşü qoymayaq bir də sabaha,Yaxşı dost qədrini dost bilsin gərək.Gülmüş həyatımda bircə gün üzüm,O gün ki, gözünə sataşmış gözüm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов