Aşıb qarlı dağları,Gəlir bəzəkli bahar,Sinəsi qızılgüllü,Qoynu çiçəkli bahar.

Qucur yamacı-yalı,Açır min təzə xalı.Göy döşlü, zər yaxalı,Qızıl ətəkli bahar.

Quşlar verir xəbəri,Gəzir kəndi, şəhəri.Döyür pəncərələri,Sərin küləkli bahar.

Ot qalxıb dizə çıxır,Hər nə var üzə çıxır.Maşınla düzə çıxır,Dəmir biləkli bahar.

Cana gəlir çöl-bayır,Çəmənlər ətir yayır.Aləmə nar paylayır,Günəş ürəkli bahar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе