Bir ovuc torpaq
Ovcumda torpaqdır, bir ovuc torpaqGünəş boyda işıq, ümman boyda su.Fəsillər boylanır salamlaşaraq,Gah payız qoxusu, gah yaz qoxusu...
Çeşmələr qaynayır, gur çaylar axır,Mələyir cüyürlər, kişnəyir atlar.Ovcumun içindən güc alıb qalxır,Meşələr, çəmənlər, bağlar, bağatlar.
Ovcumda torpaqdır, bir ovuc torpaq...Qaya ətri gəlir, daş ətri gəlir.Bir ovuc torpaqda genişliyə bax,Dərələr, təpələr, dağlar dincəlir.
Seçilməz əvvəli, görünməz sonu,Bir dünya məhəbbət, bir dünya inam.Qürbət ocağının həsrət odunuBir ovuc torpaqla söndürüb babam.
Vətən nə zümrüddür, nə yaqut, nə zər,Qızıl bu gün məndə, sabah səndədir,Əbədi özüllər, ədəbi köklərBir ovuc torpağın üzərindədir.
Ovcumda duyduqca bu hərarətiGözümdə nə qədər ulduz yanıbdır.Nizami kamalı, Babək qüdrəti,Bir ovuc torpaqla mayalanıbdır.
Onu düşünürəm, fikrimdə aləm,İlk eşqim, son andım bu günə kimi.Bir ovuc torpaqdan dönən deyiləm,Bir ovuc torpağa dönənə kimi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-bir-ovuc-torpaq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Titrəyir küləkdən kövrək budaqlar,Söyüdlər saçını yolandan bəri.
ÇəkirAy Arif, başını qaldır bircə an,Gör zavallı atan nə həsrət çəkir.
Kiməm mənBir binayam, kərpicləri sökülmüş,Bir çələngəm, çiçəkləri bükülmüş,
Bir dağ kəli yaraladım zirvədəBir dağ kəli yaraladım zirvədə,Baş titrədi, ayaq əsdi, daş axdı.
Стихи других поэтов · О природе
Yurdumu bürüyüb cəlalın, Urmu,Bundan artıq nədir xəyalın, Urmu?
Müxəmməs: İki aləmdə gözəl bəhsin qılan hala gərəkİki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.