Yol qırağında bulaq,Sızır qaya döşündən.Bir tərəfi ağaclıq,Bir tərəfi göy çəmən.

Burda ayaq saxlayır,Hər gün nə qədər insan.Kimsədən xəbər almır:– Nəçisən?– Haralısan?

Hamı üçün sevimli,Hamı üçün sərindir.Təbiət – duyanların,Bulaq – içənlərindir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов