Dedi
Bir övlad tüstüsü çıxdı başımdan,Göylər göz yaşını yerə sıx, dedi.Ümidim, istəyim gözümdə qaldı,Könül nəğməsini yarımçıq dedi.
Həyat başdan-başa bir bilməcədir,İşıqlı gündüzüm zülmət gecədir.Soruşan olmadı kefin necədir?Görən köks ötürüb: – Ay yazıq! – dedi.
Hüseyn Arifəm, payım zəhərmiş,Bu səfər nə yaman ağır səfərmiş.Ata balasını necə sevərmiş,Görüş deməyəni ayrılıq dedi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-dedi
Клавиши ← → для перехода, R — случайное стихотворение