Təbiət birini kobuddan kobud,Birini zərifdən zərif eylədi.Birini camalla çəkdi zirvəyə,Birini kamalla təltif eylədi.

Hərə bu dünyada gəzdi eynini,İşlətdi başını, yordu beynini.Bayquş boz qanqala saldı meylini,Bülbül qızılquşu tərif eylədi.

Sevincə də baxdım, qəmə də baxdım,Sevinc də baxtımdı, kədər də baxtım,Tək sevinc olsaydı, kim olacaqdım,Qəm məni Hüseyn Arif eylədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости