İstiyə tablayıb, soyuğa dözübAtamı dörd nala sürrəm inşallah.Havada şığıyıb, dəryada üzüb,Köksümü irəli gərrəm inşallah.

Tuturam özümü ulduza, aya,Ayağım altında əsər daş, qaya,Yağışı, yağmuru salmayıb saya,Döyüşdən döyüşə girrəm inşallah.

Hüseyn Arifəm qoy deyim sənə,Qoymaram taleyin ulduzu sönə.Bir yaş da gətirib yaşım üstünə,Turalın toyunu görrəm inşallah,

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов