Dedilər: – Əhdini danır o ceyran;Dedim: – Yalan olar! – Mən inanmadım.Dedilər: – Qış gəlir, qayıt bu yoldan,Əsdi yel, yağdı qar, mən inanmadım!

Dedilər: – Gözləmə o gülyanağı,Dedim: – Ürəyimə çəkməyin dağı.Dedilər: – Toyudur, bir axşam çağı,Dindi saz, ötdü tar, mən inanmadım!

O vaxtdan ruhumu təklik sıxsa da,Başqa bir gözəli salmadım yada,Müqəssir sən oldun, çünki dünyadaHeç kəsə sonralar mən inanmadım!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов