Məsciddə
Страница 1 из 2
Naxçıvana saraydan mürasilə gəlməsə də, Əcəmi Cahan Pəhləvanın Təbriz hakimi üzərindəki qələbəsindən xəbər tutmuşdu və bunu Azərşəhrdən gəlib Çuxur Sədə gedən elə bir adam danışmışdı ki, ona inanmaq olardı. Bu xəbər qan tökməyin, dava-dalaşın düşməni olan, sakit təbiətli memarda xoş bir sevinc doğurmuşdu.
Evdə otura bilmədi, küçəyə çıxdı, Atabəylər meydanına gəldi. Gün əyildiyi üçün gözünə gəlib-gedən dəymədi. Came məscidinin qənşərinə çatanda ayaq saxladı. Məsciddə günorta namazı çoxdan qurtarmışdı. Baş şeyx Hatib ibn Mübarək evinə getməyə hazırlaşırdı. O, əlindəki Quranı öpüb gözlərinin üstünə qoydu, sonra minbərdə yer elədi, məscidin hücrələrini gözdən keçirdi, heç kim yox idi. Bir az əvvəl buradakı hay-küydən əsər-əlamət qalmamışdı. Kürəyinə zəncir vuranlar, sinələrinə döyə-döyə haray-həşir salanlar dağılışıb evlərinə getmişdilər. Əcəmi birdən qapını açıb içəri girdi. Hatib ibn Mübarək özünü itirən kimi oldu. Bildi ki, Əbubəkr oğlunun bu gəlişi səbəbsiz olmaz. Buna görə gözlədi ki, görsün o nə deyir – Əcəmi isə bilirdi ki, baş şeyxi hələm-hələm söhbətə sövq etmək o qədər asan iş deyil. Əvvəlan, “Allahın xidmətçisi” hər adamla söhbət etməyə həvəs göstərmir, ikincisi, baş şeyx Dəryanurdan sonra Əcəmidən uzaq gəzməyə, onunla üz-üzə gəlib kəlmə kəsməməyə ciddi təlaş göstərirdi...
– Deyəsən, gözləmirdiniz, cənab əş-şeyx ər-rəis? – Əcəmi salamlaşmadan söhbətə başladı və əlindəki ağacının ucu ilə yanağını qaşıdı.
– Gözləmirdiniz deyəndə ki, günorta namazı çoxdan qurtarıb Əbubəkr oğlu. – Baş şeyx ağ ipəkdən tikilən cübbəsinin ətəklərini dəstələyib əlinə yığdı. – Bir də sən nə vaxt namaza gəlibsən ki, bu gün də təşrif buyurasan?
– Yəni namaza mütləq gəlmək lazımdır?
– Əlbəttə, müsəlmançılığın birinci şərti allahın ibadət olunmalı yeganə varlığına inamdırsa, ikinci şərti namaz qılmaqdır. – Baş şeyx kinayə ilə onu sancdı. – Sən müsəlmançılığın birinci şərtinə əməl edirsən ki, qala ikincisi...
– Məsciddən niyə qaçırsan, Əbubəkr oğlu?
– Sizdən zəhləm getdiyi üçün.
– Bərəkallah mərifətinə!..
– İtmişdiniz, yenidən niyə bitdiniz bu Naxçıvanda? – Əcəmi özünü saxlaya bilməyib kin-küdurətini büruzə verdi.
Baş şeyx alındı. Şəvə kimi qara səddanəsi əlindən yerə düşdü. Götürüb ovcunun içərisinə yığdı, hirslə cübbəsinin cibinə qoydu.
– Mən... mən xəlifənin xidmətçisiyəm... Barmağını hara tuşladı, ora da getməliyəm... Bir neçə il bundan əvvəl buranı lazım bilmişdi, gəldim. Sonra Marağanı lazım bildi, getdim. Bir-iki ay bundan əvvəl, yəni atabəy-əzəmin vəfatından xeyli əvvəl yenə buranı lazım bildi, yenə gəldim. Yoxsa xilafət mənə qulluq buyuranda səninlə razılaşmalı imiş?..
Əcəmi istədi deyə ki, keçən il rəhmətə gedən baş şeyx heç olmasa namuslu adam idi. Ancaq demədi, özünü güclə saxladı. Çünki gələndə çavan bir gəlinin məscidin lap axırıncı hücrəsinin qapısından bir an boylanıb fövrən gizlənməsini görmüşdü. Və tez də Dəryanuru xatırlamışdı. Həm də inanmışdı ki, vaxtı ilə baş şeyxin “Allahın evində”ki bəd əməllərindən danışanda o haqlı imiş. Və onu da eşitmişdi ki, Məsud ibn Əbutahirin cavan gəlin bacısı hərdənbir məsciddə baş şeyxin görüşünə gedir... Ancaq belə işlərin üstünü vurmağı o hələ cavan yaşlarından özünə rəva bilməzdi. Buna görə də sualı da gözlənilməz oldu Əcəminin:
– Bəlkə, deyəsiniz, cənab əş-şeyx ər-rəis, Məhəməddin doğmaca əmisi Əbutalib İslamı niyə qəbul etmədi? Hələ üstəlik, bundan onun el arasında hörmətinə, izzətinə zərrəcə xələl də toxunmadı...
– Ləyaqətsiz adam idi Əbutalib!.. Məhəmməd peyğəmbər sonralar onun əmiliyindən imtina etdi. – Baş şeyx səddanəsin cibindən çıxarıb təzədən çevirməyə başladı və cavabından razı kimi özünü dartdı.
– Mən bu əqidədəyəm ki, – Əcəmi keçib minbərin yanındakı kürsüdə əyləşdi. – Din, Quran mərdi və namərdi, yaxşını və pisi aşkar etməkdə heç bir rol oynamır. Mərd elə mərddi, namərd elə namərddi, yaxşı elə yaxşıdı, pis elə pisdi... Vəssalam!
– Bu ölçü və vəznlərini təsdiq edəcək şahidlərin var?
– İnsan üçün ən yaxşı şahid onun öz vicdanıdı...
– Əgər vicdan yoxdursa...
– Onda çoxdan ölmüsən, yaşamağa haqqın yoxdur. O ki, qaldı mənə, şəriətim də, Allahım da öz vicdanımdır. “Mənə kömək elə, ey allah” deyən məqamlarda da həmişə özümə güvənmişəm. Bilmişəm, kərpici, daşı məndən başqa heç kim götürüb divara hörən deyil... Atamın bənna, anamın xalçaçı olmaları ilə həmişə fəxr eləmişəm, ağlım kəsəndən onlar nə öyrədiblərsə, onu da icra etmişəm, həmişə də həqiqəti danışmışam.
– Təəssüf ki, danışdıqların həqiqət deyil, Əbubəkr oğlu.
– Xeyr, cənab əş-şeyx ər-rəis həqiqətdi!.. Siz görübsüz ki, həmişə məşriqdən doğub məğribdə qürub edən Günəş heç olmasa bircə kərə məğribdən doğub məşriqdə qürub edə?..
Baş şeyx Əcəminin ciddi danışıqlarından narahat oldu:
– Məscidə gəlməkdə məqsədin yoxsa İslamı təhqir etməkdi? – dedi və dərhal da hücuma keçdi: – Bil və agah ol ki, bura müqəddəs məkandı. Burada hərcayı-hərcayı danışmaq olmaz!
– Unutmayın ki, buranı, müqəddəs məkan adlandırdığınız bu məscidi mən bu əllərimlə tikmişəm. Özü də dünən yox, srağagün sən cənaba təhvil vermişəm... – Əcəmi istehza ilə gülümsədi.
– Sən icraçısan, tikmisən, haqqını da almısan... Allah-təala isə bir haqqı çatdıranda, o biri haqqı əldən alır.
– Bəs onda siz nə haqla...
– Mən Allahın xidmətçisiyəm... İslama xor baxanları doğru yola sövq etməkdi, borcum, vəzifəm. – Əcəmiyə imkan verməyib öz havasını çaldı.
– Bir müsəlman kimi mənim İslamla işim yoxdur, onun adından hədyan danışanlarla barışa bilmirəm.
– Nəyə görə? – Baş şeyx bu dəfə güzəştə gedib şit-şit güldü.
– Ona görə ki, mənim mədəm İslamın adından düzəldilən yalanları həzm edə bilmir.
– Küfr danışma, Əbubəkr oğlu!..
Neçə-neçə illər bundan əvvəl baş şeyxlə aralarında olan bir söhbət Əcəminin yadına düşdü.
– Mənim həyətimə ayaq basmağı sənə qadağan edirəm. Vallahı, bir nalə edərəm ki, evin-eşiyin cəhənnəmə dönər, od tutub yanar... Özün də yanıb külə dönərsən... Ürəyində bəd əməl gəzdirən heç bir bəni-Adəmin ayağı mənim evimin astanasına dəyməməlidi. O ki, qaldı Dəryanura, ondan gözünü çək... O, xilafətə məxsusdu...
– Axı biz bir-birimizi sevirik...
– Yalandı... Dəryanur bilir ki, sevmək ixtiyarı ağlı kəsən gündən onun əlindən alınıbdı.
– Çağırın gəlsin... Mən bu sözləri onun özünün dilindən eşitmək istəyirəm.
– Onun öz camalını naməhrəmə göstərmək ixtiyarı da yoxdu...
...Yadına düşənləri beynindən kənar etməyə çalışdı, oturduğu yerdən durdu, səndəl ağacını qurşağına keçirə-keçirə dedi:
– Mənim həmişə gözlərimlə gördüyümə sitayiş etmişəm.
Baş şeyx əsas mətləbə keçərək:
– Belə ki, görürəm sənin dinin də, məzhəbin də şübhəlidi. – dedi.
– İnam, etiqad bəşər övladının hər birinin öz arzusu, öz istəyi ilə icra olunmalıdı. Hansı dinə, hansı təriqətə, hansı məzhəbə inanmaq, sitayiş etmək hər kəsin öz işidi. Ədalətlilik, paklıq, düzlük möminlikdən üstün olub həmişə. Mən bu fikirdəyəm.
– Özün bilirsən... Amma unutma ki, İslam yolunda qaldırılan qılınc da, vurulan zərbə də müqəddəsdi. Babəkə vurulan zərbə kimi!
Əcəmi fikrə getdi: “Ay qoca Bağdad tülküsü, yaralı yeyimə toxunmaqla məni sındırmaq istədin, eləmi?..”
Əcəminin düşüncələrə daldığını görən baş şeyx sual verdi:
– Sükut edirsən, Əbubəkr oğlu?
Əcəminin cavabı yenə sərt oldu:
– Nadan sözə ən tutarlı cavab sükutdur. – Baş şeyxin susduğunu görən Əcəmi əvvəlki söhbətə qayıtdı: – İnsanlara dini etiqadına görə fərqi, ayrı-seçkiliyi ancaq nadanlar qoyarlar... O ki, qaldı Babəkə... Babək tarixdə yeganə sərkərdədi ki, bu ayrı-seçkiliyi görməyib. Din, təriqət, məzhəb ixtilafları heç bir hakimə, heç bir sərkərdəyə xeyir gətirməyib, qələbə qazandırmayıb!
– Sən axırda dinə də xəyanət edəcəksən... – Baş şeyx Əcəmiyə qara yaxmaq istədi:
– Bizim nəsil xəyanətdən daim uzaq olub, cənab əş-şeyx ər-rəis. Nəsilbəsil nifrət etdiyimiz o məlundu, o üzüqaradı... Kimdisə, nədisə, bilmirəm, amma bizim nifrətimizin ilk hədəfi oldu. Mən isə ağlım kəsəndən iki şeyə nifrətimi gizlədə bilmirəm: onun biri xəyanətdi, biri də yaltaqlıqdı. – Əcəmi birdən elə bil nəyisə xatırladı. – Bir itimiz var idi... Həyətimizə kim gəldi, ayaqlarına yıxılardı, o tərəf bu tərəfinə keçib quyruq bulayırdı. Axırda dözə bilmədim, aparıb azdırdım...
Baş şeyx sözünü onda qoymamağa çalışdı:
– Bəndənin borcudu itaət etsin göydə Allaha, yerdə xilafətə...
– Səhər dua elə xilafətə, günorta qulluğunda dur xilafətin, axşam ayaqlarına döşən xilafətin. Bəh, bəh!.. Mədhiyyə də şəninə, alqış söylə adına xəlifənin. Səni söysə də, təhqir etsə də, dərini soysa da, qayğısı kimi qələmə ver xəlifənin... Bu dərdi çəkmək üçün bir ürək, bu yükü daşımaq üçün bir kürək azdı, cənab əş-şeyx ər-rəis!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-ibrahimov-esrin-onda-biri-mescidde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şəhər rəisinin ovqatı son vaxtlar çox təlx idi, qaşqabağı açılmırdı. Züriyyətsizlik, vəsi dərdi yaşa dolduqca onsuz da gödək olan boyunu bir az da aşağı basırdı.Cahan Pəhləvanın şəhərə varid olan gündən göstərdiyi laqeydlik onun gününü göy əskiyə döndərmişdi. İki gündən – bir etdiyi töhmətlərin, dediyi acı sözlərin isə sayı-hesabı yox idi: “Sən mərhum atabəy-əzəmin etimadını doğrultmursan”, “Şəhərdə özbaşınalıqdır, əxiliyə arxa çevirənlər peyda olub... Əsnaf əhli vergi verməkdən boyun qaçırır, “Bədəvilər, rahzənlər¹ oğurluq edirlər, şəhərdən çıxan karvanlara həmlə çəkib soyurlar”, “Başını isə görmək, şəhəri, ona tabe olan kəndləri idarə etmək əvəzinə həmbəzmlərə² qarışıb, mey və zənən düşgünü olub qalmısan... övrətin isə...”
Əsrin onda biriCahan Pəhləvan alnını sol ovcunun içinə qoyub fikrə getmişdi. Bu, hökmdar üçün artıq bir adət halına keçmişdi. O, belə dərin fikrə gedəndə nə barədəsə sərt bir tədbir görəcəyini, yaxud fərman verəcəyini kəsdirirdi.Qulam içəri girdi və adəti üzrə dinmədi, qəbul otağının aşağısında dayanıb hökmdarın dərin düşüncələrdən nə vaxt ayrılacağını gözlədi. Elə bu vaxt hardansa dəvə karvanının son zınqırov səsləri eşidildi. Görünür, tacirlər Naxçıvan düzündən kifayət qədər yük götürmüş dəvələrini yenə şəhərin içərisinə sürüb culfa yoluna çıxarırdılar. Cahan Pəhləvan bu səsi eşidən kimi alnını ovucunun içərisindən götürdü. Bundan istifadə edən qulam tez baş endirdi və:
Analar kövrək olurlar– Olar?– Buyurun, buyurun... həmişə siz gələsiz. Mənim bacımın əhvalı necədir? – Əcəmi əl verib Cəmillə görüşə-görüşə Zəhra ilə salamlaşdı, onun kefini xəbər aldı, hal-əhval tutub qızları soruşdu.
OvdaCahan Pəhləvan bu dəfə ova az adamla çıxmışdı. Məqsədi son vaxtlarda hiss etdiyi baş ağrılarını yüngülləşdirmək, dağ havası ilə nəfəs almaq, sarayın dedi-qodularından uzaqlaşmaq, Həmədandan gələn bəd xəbərləri bir günlüyə də olsa unutmaq idi.Sədəddin Əsəd hökmdarın niyyətindən xəbər tutan kimi ona Əlincə tərəflərə getməyi məsləhət bilmişdi. Bu yerlərin təmiz havasından, sərin bulaqlarından, müxtəlif rəngə çalan dağlarından bildiklərini, eşitdiklərini təkrar-təkrar nəql edəndən sonra “Əlincə qələsinə bir də baxarsız, bəlkə sizin razılığınızla gələcəkdə beytülmalı oradan köçürməli olduq” demişdi.
Стихи других поэтов
Bu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"