Üz-üzə, göz-gözə
Страница 3 из 3 · 67%
– Sağ ol, oğlum! – dedi. – Əsl igid kimi vuruşdun... Sən də Əli Şimşəyin o igidlərindənsən?
– Cavan əsgər əlinin dalı ilə cəvsələrindən axan qanı silə-silə dedi:
– Yox, hökmdar... Mən ustad Əcəminin dostu... bənna Cəmilin oğluyam... Bu qılınc ustad Əcəmiyə atası Əbubəkr babadan yadigardır... O da mənə bağışlamışdı. Ustad Əcəminin babası... Babəkin xürrəmilərindən olan bir igidin nəslindəndir... Əmr edin... ustad Əcəmiyə desinlər ki, dostunun oğlu... son nəfəsinə qədər onun bağışladığı qılıncın qəbzəsini... əlində möhkəm saxladı. Bir də əmr edin... məni elə yerdə basdırsınlar ki, Naxçıvandan əsən küləklər... qəbrimin üstündən keçsin... Anam Zəhranın yanıqlı ağısını mənə çatdırsınlar... Layla kimi...
– Adın nədi, oğul?
– Cəlaləddin, hökmdar... – Əsgər sözünün ardını deyə bilmədi, qan qusdu... üzüqoylu kəhərin qabaq qaşının üstünə düşdü. Silahdaşı qılıncı onun əlindən zorla çəkib çıxara bildi və hökmdara uzatdı...
Cahan Pəhləvan fikirləşdi: “Ruhun da adın kimi uçar olsun, yüksək olsun, bülənd olub göyə qalxsın...”
– Onu mənim çadırıma aparın! – Fikirdən ayrılıb dedi.
Sədəddin Əsəd də ürəyində heyfsləndi: “Anan öləydi yerinə, igid...”
Elə bu vaxt düşmən tərəfdə təbillərə xüsusi zərbələr vuruldu, hanı diksinən kimi oldu. Atların kişnərtisi, qılınc-qalxan səsləri xeyli seyrəldi.
Sədəddin Əsəd hökmdara tərəf əyildi:
– Bu... nə deməkdir?!
– Bilmirsən nə deməkdir? – Cahan Pəhləvan ağ kürənin üstündə özünü düzəltdi. – Georgi məni təkbətək vuruşa çağırır. Və birdən gur səslə əmr verdi. – Vuruşu dayandırın!.. Piyadalar da, atlılar da kənara çəkilsinlər!.. Meydanın ortasını boşaldın!..
Az çəkmədi ki, hər iki qoşun kənara çəkilib üz-üzə dayandı. Döyüş vaxtı ölən piyadaların, atından salınan süvarilərin meyitlərini meydandan götürdülər.
– Möhkəm ol, hökmdar Namərdə mərdliyini göstər... Allah amanında!
Cahan Pəhləvan heç nə demədi, sol əlini girdə saqqalına çəkib sinəbəndini sahmanladı.
Sədəddin Əsəd onun sifətindəki soyuqqanlığı, gözlərindəki qəzəbi, dodaqlarındakı azacıq təbəssümünü görüb rahat nəfəs aldı.
Cahan Pəhləvan qılıncı qınından çıxardı, dabanlarını ağ kürənin böyürlərinə sıxıb onu irəli buraxdı. Və bir an içərisində qarşı tərəfdən gələn Gürcüstan hakiminin qənşərində dayandı. Bir-birinə toxunan iki qılıncdan qopan ilk qığılcımı havada parlayıb söndü...
Döyüş meydanı daş atılmış qurbağalı gölə bənzəyirdi. Elə bil sübh açılmamış Dvin düzənliyini başına götürən at kişnərtisi də, qılınc-qalxan səsləri də yalan imiş. Hamı nəfəsini içəri çəkib, yaralarının göynərtisini unudub iki sərkərdənin vuruşuna maraqla tamaşa edirdi...
...Ağ kürənlə sarı kürən yenidən üz-üzə gəldilər. Bu dəfə iki qılınc iki qalxanın üstünə endi. Və qəzəb yağan iki sifət bir-birinin qarşısını kəsdi, qəzəblə alışıb yanan dörd göz bir an bir-birinə baxdı, qılınclar bir-birinin tiyəsini yenidən ovxarladı... Atlar yerlərini yenə dəyişdilər, qılınclar yenə də bir-birinin üstünə enib qalxdı, tiyələr gah məxfərinə, gah sinəbəndə, gah qalxana dəyib müxtəlif səslər çıxardılar...
Onlar bir kəlmə danışmasalar da, qolları uzun zaman işlədi, qılınclar, qalxanlar gah başlarının üstündə, gah sifətlərinin, gah sinələrinin önündə hərləndi...
Birdən Cahan Pəhləvanın sərrast zərbəsi Georginin qılıncını iki böldü...
Atlar yenə geri çəkildilər... Növbəti həmlə üçün arada xeyli məsafə yarandı. Cahan Pəhləvan adətinə xilaf olmayaraq imkan yaratdı ki, ona ikinci qılınc versinlər.
Eldəgəz xənadanına məxsus qoşundan bir uğultu qopdu, müxtəlif səslər eşidildi:
– Namərdə aman düşmür!..
– Hökmdar, Gürcüstan hakiminə inanma!..
Elə bu vaxt Cahan Pəhləvanın gözləmədiyi bir hadisə baş verdi: Gürcüstan hakimi ona uzadılan ikinci qılıncı yana itələyib rədd etdi, məxmərini başından götürdü, atının yüyənini hirslə yalının üstünə tulladı.
Cahan Pəhləvanın başının üstünə qaldırdığı qılınc havadan asılı qaldı...
* * *
Səhərisi, Günəş hələ məşriqdə buludların arasında cida boyu qalxmamış Cahan Pəhləvan çadırında barışıq barədə müqavilə bağlandı. Georgi bu dəfə Azərbaycan Atabəylər dövlətini rəsmən tanıdı və Eldəgizlər xanədanı ilə həmişəlik əmin-amanlıq şəraitində qonşuluq edəcəyini öz imzası və möhrü ilə təsdiqlədi...
Cahan Pəhləvanın əmrinə görə Azərbaycanın heç bir şəhərində bu qələbə bayram kimi təntənə ilə qeyd olunmadı.
Sarayda bu işə etirazını bildirənlərə vəzir Sədəddin Əsədin cavabı isə çox qısa oldu.
– Cahan Pəhləvan qaçanı qovan hakimlərdən deyil...
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-ibrahimov-esrin-onda-biri-uz-uze-goz-goze
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cahan Pəhləvan alnını sol ovcunun içinə qoyub fikrə getmişdi. Bu, hökmdar üçün artıq bir adət halına keçmişdi. O, belə dərin fikrə gedəndə nə barədəsə sərt bir tədbir görəcəyini, yaxud fərman verəcəyini kəsdirirdi.Qulam içəri girdi və adəti üzrə dinmədi, qəbul otağının aşağısında dayanıb hökmdarın dərin düşüncələrdən nə vaxt ayrılacağını gözlədi. Elə bu vaxt hardansa dəvə karvanının son zınqırov səsləri eşidildi. Görünür, tacirlər Naxçıvan düzündən kifayət qədər yük götürmüş dəvələrini yenə şəhərin içərisinə sürüb culfa yoluna çıxarırdılar. Cahan Pəhləvan bu səsi eşidən kimi alnını ovucunun içərisindən götürdü. Bundan istifadə edən qulam tez baş endirdi və:
Analar kövrək olurlar– Olar?– Buyurun, buyurun... həmişə siz gələsiz. Mənim bacımın əhvalı necədir? – Əcəmi əl verib Cəmillə görüşə-görüşə Zəhra ilə salamlaşdı, onun kefini xəbər aldı, hal-əhval tutub qızları soruşdu.
OvdaCahan Pəhləvan bu dəfə ova az adamla çıxmışdı. Məqsədi son vaxtlarda hiss etdiyi baş ağrılarını yüngülləşdirmək, dağ havası ilə nəfəs almaq, sarayın dedi-qodularından uzaqlaşmaq, Həmədandan gələn bəd xəbərləri bir günlüyə də olsa unutmaq idi.Sədəddin Əsəd hökmdarın niyyətindən xəbər tutan kimi ona Əlincə tərəflərə getməyi məsləhət bilmişdi. Bu yerlərin təmiz havasından, sərin bulaqlarından, müxtəlif rəngə çalan dağlarından bildiklərini, eşitdiklərini təkrar-təkrar nəql edəndən sonra “Əlincə qələsinə bir də baxarsız, bəlkə sizin razılığınızla gələcəkdə beytülmalı oradan köçürməli olduq” demişdi.
Balaca xatunCahan Pəhləvan ovda yorulduğu üçün otağına çəkilib yuxuya getmişdi. Hələ ortada Əli Şimşəyi yuxuda da görmüşdü. Görmüşdü ki, bu dəfə çoban Eldar Bəhmənin oğlu ilə düzəngahlıqda üz-üzə gəlib bir-birinin üstünə qılınc qaldırmışlar... Vuruş qarşısında Əli Şimşəyin qılıncından yenə şimşəklər tökülür...Cahan Pəhləvan yuxulu-yuxulu nəsə danışdı və öz səsinə oyanıb böyrünü dəyişəndən sonra təzədən yuxuya getdi.
Стихи других поэтов
Əlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Xəbər verSəndən xəbər alım, Aşıq Ələsgər,Doqquz nədi, sənətindən xəbər ver?!
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Güli-gülzari-rəsalət bu gecəGüli-gülzari-rəsalət bu gecə,Şümrdən istədi möhlət bu gecə.