Содержание
  1. Dördüncü şəkil
  2. Beşinci şəkil
  3. Altıncı şəkil
  4. Yeddinci şəkil
  5. Səkkizinci şəkil

Страница 2 из 7 · 14%

Sadıqov

Pul olsa da biz hökumətimizə can-başla qulluq eləyəcəyik, olmasa da...

Ağasəlim

Sən öləsən, kişinin siyasətçilikdə üstü yoxdur.

Xuduş

Şşş...

Sadıqov

İnsanın gərək ürəyi geniş olsun! Biz pul üçün işləmirik!

Xuduş

Məncə, Sadıqovun fikri siyasi nöqteyi-nəzərdən çox doğrudur.

Ağasəlim

Mən səhvimi boynuma alıram.

Sadıqov

Odur ha... İndi dostumsan! İçək Ağasəlimlə onun həyat yoldaşı Zabitənin sağlığına. (İçirlər) Hi-hi... Təklif var ki, Liliçka bizim üçün bir-iki ağız desin.

Ağasəlim (Xuduşun qulağına)

Bu nə danışır, əyə? Mənim qeyrətim belə şeyləri götürməz.

Xuduş

Şşş!.. Nə borcuna, anan deyil, bacın deyil!

Şahsuvarov

Lilya, xahiş edirik.

Sadıqov

Liliçka, burada hamı özümüzünküdür! (Pauza)

Şahsuvarov

Lilya!

Lətafət tərəddüd edir, sonra yavaş-yavaş oxumağa başlayır.

Sadıqov

Yanasan, dünya!

Xuduş “ah” çəkir. Lətafət oxuyur... Birdən hönkürüb ağlayaraq, əlləri ilə üzünü tutur.

Sadıqov

Bıy... Nə oldu, Liliçka?!

Lətafət cavab verməyərək, qalxıb o biri otağa keçir.

Dilşad (qəzəblə Sadıqova)

Get ona bir-iki damcı valeryan ver.

Sadıqov o biri otağa keçir. Xuduş, Ağasəlim və Zabitə qalxırlar.

Zabitə

Biz də gedək. Daha gecdir.

Xuduş

Sağ olun.

Ağasəlim

Sağ olun. (Çıxırlar)

Şahsuvarov

Bu gecə çox acıqlısınız, Dilşad xanım...

Dilşad

Sənin arxayınçılığın məni lap hirsləndirir, Ziyad, onu bil ki, Sadıqovdan sonra növbə sənindir!

Şahsuvarov (gizli qorxu ilə)

Siz bunu haradan bilirsiniz?

Dilşad

İldırım Atayevin sizi görməyə gözü yoxdur.

Şahsuvarov

Olmasın! Əsassız, sübutsuz mənə nə edə bilər?

Dilşad

Yaxşı, tutaq ki, sənə bir şey eləyə bilmədilər, bəs Reyhan?! Nə qədər ki, Cahangir ortadadır, siz ondan gözünüzü çəkməlisiniz!

Şahsuvarov

Mən nə edə bilərəm?

Dilşad

Əgər, mən kişi olub belimə tapança bağlasaydım, bu sualı verməzdim.

Şahsuvarov

Məhəbbət olan yerdə tapança işə keçmir, Dilşad xanım! Reyhan Cahangiri sevir.

Dilşad

Hmm... İzzəti-nəfsi olan oğlan öz məğlubiyyətini bu qədər soyuqqanlılıqla etiraf etməz, Ziyad! Sizi inandırıram ki, Cahan

[Mənbənin skanında burada mətn itib.]

Şahsuvarov

Lilya! Sənin gözlərin şərabdan xumarlananda bilirsən nə qədər gözəl görünür? İç!

Lətafət şərabı yarıya qədər içir, sonra üz-gözünü büzüşdürərək qədəhi yerə qoyur.

Lətafət

Ax... İçirəm. Zəhləm gedir. Hamısı... Hamısı iyrəncdir. (Qalxıb divana yıxılır. Şahsuvarov da gedib onun yanında oturur)

Şahsuvarov

Lilya! Yatdı... (Onu divana söykəyərək qalxır) Əzab çəkir. Hamının ona pis baxmağından danışır. Doğrudur, Lilya... Sənə nifrət edirlər. Çünki sən axmaq və sadəlövhsən. İndi adamlar iyirmi il bundan əvvəlki deyillər. Ona görə də, son dərəcə incə və ehtiyatlı tərpənmək lazımdır. (Pauza) Sən bütün ümidini mənə bağlamısan. Yox, əzizim. Mən səadəti sənin qızıl saçlarında axtaran axmaqlardan deyiləm! Əgər, sən Atayevin qızı olsaydın, onda başqa məsələ idi. Mənə arxa lazımdır, Lilya! Atayev kimi güclü bir arxa! Mən təkəm. Tək olmaq isə dəhşətdir! Qəlbimdə hər dəqiqə hiss etdiyim qorxu və iztirablara ancaq Reyhanın məhəbbəti son qoya bilər! Lakin skamyadan dünən qalxan bir gədə onu mənim əlimdən alır. Məni mat qoyur! Utan, Şahsuvarov! Dilşad xanım arvadlığı ilə səndən qətiyyətlidir! (Pauza) Lakin vəziyyət son dərəcə təhlükəli və mürəkkəbdir. Mən hər dəqiqə ümumi atmosferi öyrənməliyəm. (Həyəcan içində zəng edir) Prokuroru ver. Salam, yoldaş Hüseynov. Tikinti techizatı idarəsində aparılan yoxlamanın ilk nəticələri Sadıqovun məsuliyyətə cəlb olunmasına əsas verir. Siz necə düşünürsünüz? Mən istəyirəm onu həbs edəm. Necə? Hələ yoxlama qurtarsın? Aha... Yaxşı. Hər halda, mən onu ciddi nəzarət altına almışam. Sağ olun. (Dəstəyi yerinə qoyur) Danışığının tonu buz kimi soyuqdur!.. Ax... Öldürür bu şübhələr məni! Kim üzümə bir az ciddi baxırsa, kimin danışığında bir sərtlik duyuramsa, qorxu, müdhiş bir kabus kimi çökür üzərimə! (Qısa, gərgin pauza) Dilşad xanım haqlıdır. Gecikmək olmaz! Bu saat hər anın bir hökmü var! (Geri çevrildiyi zaman balaca stolun üstündəki güldana toxunaraq, salıb sındırır. Lətafət diksinib oyanır)

Lətafət

Deyəsən, mən yuxulamışam...

Şahsuvarov

Sən mələklər kimi yatmışdın, Lilya. Mən sənə tamaşa edərək, gələcək həyatımız barədə elə şirin xəyallara dalmışdım ki...

Lətafət

Mən də indicə yuxuda görürdüm ki, sənə bir dəstə gül verirəm. Özü də ağ gül. (Yerə dağılmış büllur çiliklərini görərək) Buna nə oldu?

Şahsuvarov

Mən toxundum.

Lətafət

Mən bu güldanı elə çox istəyirdim ki... Axı, onu mənə sən bağışlamışdın. (Şahsuvarovun əlindən tutaraq) Nə üçün bikef oldun?

Şahsuvarov

Sən yuxuda mənə ağ gül verməkdə, mənim də sənə bağışladığım güldan bu cür düşüb sınmaqda...

Lətafət

Elə danışma, Ziyad. Mən qorxuram...

Şahsuvarov (əda ilə)

Nədən qorxursan? Nə olacaqsa, olacaq...

Lətafət (vahimə ilə)

Axı, nə ola bilər?

Şahsuvarov

Mən özümdən qorxuram, Lilya.

Lətafət

Mənə əzab vermə, Ziyad! De görüm nə olub?

Şahsuvarov

Bilirsənmi, Lilya, əgər, Sadıqov həbs edilsə, bizim evlənməyimiz baş tutmayacaq!

Lətafət

Mən, Sadıqova nə qədər nifrət etsəm də, onun tutulmağını istəmirəm. Ancaq bizim evlənməyimiz nə üçün onun işi ilə əlaqədar olsun?

Şahsuvarov

Ona görə ki, mən inzibati orqanda işləyirəm.

Lətafət

Əgər, naçalniklikdən çıxaracaqlarsa, qoy çıxarsınlar. İkimiz də gedib ayrı bir iş görərik. Eh, Ziyad! Onda mən səni indikindən də çox istəyərəm. Gündə səkkiz saat işləyib gələrik evimizə. Mən gecələr oxuyub orta məktəbi qurtararam.

Şahsuvarov

Bunlar hamısı mümkündür. Ancaq iş təkcə vəzifədən çıxarılmaqla qurtarsaydı, nə vardı ki...

Lətafət

Ayrı nə ola bilər?

Şahsuvarov

Düşmənim çoxdur, Lilya. Bir balaca büdrədimmi, məndən əl çəkməzlər!

Lətafət

Bəs, onda nə edək?

Şahsuvarov

Çalışıb Sadıqovu qurtarmaq lazımdır.

Pauza.

Lətafət

Bəlkə mən gedib Atayevə yalvarıb-yaxarım?

Şahsuvarov

Atayev doğma oğlunun da günahından keçməz.

Lətafət

Elədir.

Şahsuvarov

Atayevdənsə Cahangirə müraciət etmək daha yaxşı olardı. Bu saat bütün işlər onun əlindədir. Özü də ki, sizinlə qohum olur.

Lətafət

Yox, yox, mən ondan utanıram.

Şahsuvarov

Bu ayrı məsələ. Mən səni ürəyin istəmədiyi işə məcbur edə bilmərəm.

Lətafət

Elə demə, Ziyad. Mən sənin bir sözünlə odun, alovun içinə girərəm.

Şahsuvarov

Sağ ol, Lilya.

Lətafət

Vaxta ki, sən məsləhət görürsən, mən gedib Cahangirdən xahiş edərəm. Özü də lap bu saat.

Şahsuvarov

İndi gecdir.

Lətafət

Onda sabah...

Şahsuvarov

Ancaq idarəyə getmək yaxşı deyil.

Lətafət

Evinə getmək pis düşməz ki? Subay oğlandır.

Şahsuvarov

Mən sənə özümdən artıq inanıram, Lilya. Cahangir həmişə axşamçağları evdə olur. Saat yeddidə getsən görə bilərsən. Ancaq Sadıqov bilməsin. Köhnə fikirli adamdır. Ürəyinə yüz şey gələ bilər.

Lətafət

Yaxşı.

Şahsuvarov

Mənim atam həmişə deyərdi ki, bir işi başlama, başladın, axıra çatdır. Madam ki, sən Cahangirə ağız açırsan, çalış sözün yerə düşməsin.

Lətafət

Görək. Mənə elə gəlir ki, o mənim xatirimi istəyir.

Şahsuvarov (gülümsəyir)

Bu gün Atayevgildə bunu mən də hiss edirdim.

Sadıqov daxil olur.

Sadıqov

Liliçka, sən bizi lap pərt elədin.

Şahsuvarov

Eybi yoxdur, əşi. Məclis lap əla keçdi, Lilya, rica edirəm, mənə bir stəkan çay verəsiniz.

Lətafət o biri otağa keçir.

Şahsuvarov

Sabah axşam düz yeddinin yarısında təzə parkda olarsan. Sənə çox mühüm bir şey xəbər verəcəyəm.

Sadıqov

Ola bilməz ki, indi deyəsən?

Şahsuvarov

Sabah axşam düz yeddinin yarısında!

Sadıqov

Baş üstə.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Səriyyə

... Onun son vaxtlar mənə həddindən artıq qayğı göstərdiyini, hər cür vəziyyətdən istifadə edərək mənə xoş sözlər deməyə çalışdığını hiss edirdim... Bu isə məni hər şeydən çox acıqlandırırdı. Çünki mən uşaqlıqdan ikiüzlülüyə, qorxaqlığa nifrət edirəm... Biz körpüsalanlar öz kiçik briqadamızda söz qoymuşduq ki, ürəyimizdən keçənləri bir-birimizdən gizlətməyək.Bəs ər-arvad necə?

57 мин
Qəribcan

Mən Səriyyənin gətirdiyi tor köynəklərdən birini geyərkən özümdə qeyri-adi bir fərəh hiss elədim. Səriyyə bizim iş yoldaşımızdır. Bizim briqadanın üzvüdür. O, ayağımı kəsilməyə qoymayaraq, məni götürüb Bakıya qaçdığı kimi, burada mənə lazım olan şeyləri də alıb gətirə bilərdi. Burada təəccüblü heç nə yox idi. Bununla bərabər, tor köynəyi geyərkən mən özümdə qeyri-adi bir fərəh hiss elədim. Elə bil ki, mənə fövqəladə səadət üz vermişdi. Elə bil ki, mən daha xoşbəxt bir dünyaya qədəm qoymuşdum. Tor köynəyin təması məndə tamam yeni bir duyğunun yaranmasına səbəb olurdu.Mən xəstə yoldaşlarımla gülür, zarafat edir, tez-tez yaralı ayağıma toxunaraq, ağrıyıb-ağrımamasını bilmək istəyirdim.

15 мин
Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"

İştirak edirlərHəsənzadə – zavod direktoru*

19631 ч 25 мин
Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı

Üçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...

28 мин

Стихи других поэтов