Cavan tacirlə pristav qızının əhvalatı
Страница 1 из 7
Bayram bəyin qızı böyüyüb mina gərdənli, uzunsaçlı, bulaq suyu kimi şəffafgözlü bir gözəl olmuşdu. Qocası Səkinədən gələn bir xal qar kimi ağ boğazının yanına qonmuşdu. Müəllimlər gəlib ona evdə dərs vermişdilər. Kürdobalılarla yaylağa, arana köçəndə qız at minib oğlanlarla cıdıra çıxardı, nişana atardı, «Şahnamə»nin rəvayətlərini, Füzulinin, Natəvanın qəzəllərini oxuyardı. Anası Fatma xanımın tütünündən götürüb xəlvətcə çəkə-çəkə öyrənmişdi papirosa. Qulluqçularına o vaxtın ən bahalı papirosundan aldırıb atasından gizlədərdi, anası Fatma xanım qızının papiros çəkdiyini bilirdi, amma bir söz demirdi. Çünki özü də elə bu yaşlarında anası Xanımdan papiros çəkmək öyrənmişdi, özü də anası Xanım kimi əzazil deyildi, ürəyiyumşaq arvad idi. Bayram bəyin hər ay oğluna kifayət qədər pul göndərməsinə baxmayaraq, Fatma xanım da ərindən gizlin eyzən ona pul göndərərdi. Ucaboylu, alagözlü, Həzrət Yusif kimi gözəl bir oğlan olan Nuru bəy də pulları sağa-sola səpələyib kef çəkərdi. Şuşa qalasının ermənilər yaşayan hissəsində olan klublarda səhərəcən qızlarla rəqs edərdi...
Yaquta hər tərəfdən elçilər gəlirdi, amma Bayram bəy anası Səkinənin, Kürdoba ağsaqqallarının məsləhətilə Muradxanlı obasından olan Hacı Hüseynin oğlu Məhərrəm üçün gələn elçilərə söz verdi. Hacı Hüseynin dörd-beş min qoyunu, neçə yüz atı, neçə dəvəsi var idi. Özü də tikanlı tayfadan idi. Obanın yarısı onun qohum-qardaşı olub, hamısı da sayılan, karlı adamlar idi. Hacı barmağını qaldırsaydı, yüz atlı, tüfəngli adam hazır olardı. Məhərrəm də at minib tüfəng tutan boy-buxunlu, yaraşıqlı bir oğlan idi. Neçə dəvə yükü yağ, motal, neçə qaradiş erkək, neçə mötəbər ağsaqqal gəldi, nə qədər qızıl, zinət, zərxara, parça gətirdilər. Yaquta nişan taxdılar.
Sonra Hacı Hüseyn, Bayram bəyi bütün ailəsilə Haramıya qonaq çağırdı. Qonşu obalardan da adlı-sanlı adamlar gəldi, erkəklər kəsildi, hərəsi iki vedrə su tutan iri qazanlar asıldı. Böyük qonaqlıq oldu, sonra ən qaçağan atların cıdırı başlandı. Nişanlı oğlan atın qızğın qaçarağında beşatılanla dalbadal səkkiz nişana vurub igidliyini göstərdi. Yaqut da alaçıq çətənəsinin arasından baxıb gülümsədi, zarafatcıl gəlinlər də bunu görüb biclikla bir-birinə göz vurdular. Oğlanın boy-buxunu, at minməyi qızın xoşuna gəlirdi. Amma heç bir dəfə də üz-üzə əyləşib söhbət eləmədilər. Atalar qərara aldılar ki, payızda, yəni el dağdan qayıdanda toy eləsinlər. Ancaq bu dünyada azmı qəribə işlər olur?!
Qarabulaq şəhərinin şimal tərəfində, bir-birindən aralı olan Quruçayla Köndələnçayın arasında başıkəsik ehrama oxşayan Qarı dağı var. Qoy əvvəlcə ondan danışım.
Şəhər otuz doqquz gün mühasirədə qalaraq, uzaq məmləkətdən qoşun çəkib gəlmiş şahla vuruşdu. Qırxıncı gün şahın iyirmi yaşlı cəsur oğlu Maliktac beş yüz nəfər seçmə pəhləvanla hasarın bir tərəfindən hücum edib şəhərə girdi. Onun ardınca bütün qoşun yol tapıb şəhərə doldu.
Yerli əhalinin inadından, təslim olmaq üçün dəfələrlə edilmiş təklifi rədd etməsindən qəzəblənmiş şah vəziri Taygöz Yusifi çağırıb kimsəyə aman verməməyi əmr etdi.
Taygöz Yusif şəhərin sağ qalmış yeddi min əhalisini uşaqdan böyüyə qılıncdan keçirdi. Evlər dağıdıldı. Qan su yerinə axdı.
Üçgünlük qırğından sonra şah şəhərdən çıxıb yaşıl bir təpə üstündə çadırlar qurdurdu. Üç gün, üç gecə şadyanalıq etməyi, qalibiyyət badələri qaldırmağı qoşun əhlinə əmr etdi.
Qızıl işləməli, firuzə rəngli kuzələr yeddiillik Şiraz şərabları ilə dolduruldu. Əti məcun olan beşillik qara erkəklər kəsildi. Ovçular Qarabağ meşələrindən tükləri alov kimi yanan qırqovullar gətirdilər.
Hökmdar yeddi dirəkli çadırında, yeddi tirmə döşək üstündə əyləşdi. Atlas geyimli Nişapur sazəndələri gəldi. Süfrələr döşəndi, qızıl qədəhlər düzüldü. İlk badələr qaldırılan zaman yetmiş yeddi şeypur şahlar şahının qələbəsi şərəfinə gurladı.
Lakin elə bu vaxt şahın qorxunc vəziri Taygöz Yusif içəri girib hökmdarın hüzurunda yerə qədər təzim etdi. Şah boşalmış qədəhini yanındakı qara qula verib qaşlarını çatdı.
– Haradasan, vəzir? – Yoxsa mənim qələbəmin təntənəsi, səncə, mənasızdır?
Taygöz Yusif bir daha yerə qədər təzim edib:
– Qibleyi-aləm, – dedi, – mən aciz Yusif sənin sadiq qulunam. Şahlar şahının hüzuruna gecikməyimin səbəbi var.
Hökmdar vəzirinin səsindəki qara xəbər əlamətini duyaraq:
– Nə olub, vəzir? Tez söylə! – dedi.
Vəzir üçüncü dəfə təzim edib:
– Qibleyi-aləm yüz illər sağ olsun! Oğlun Maliktac xəstələnmişdir, – dedi.
– Nə danışırsan, vəzir? – deyə şah ayağa qalxdı.
Şahzadə Maliktac qonşu çadırda, qızdırma içində yatırdı. Hər tərəfində yeddi qara qul, əlləri döşündə, sükut içində dayanıb gözlərini ona zilləmişdi.
Hökmdar vəzirin müşayiətilə çadıra daxil olduqda qullar yerə döşənib alınlarını torpağa qoydular. Sonra qalxıb dalı-dalı on addım geri çəkildilər. Şah oğluna yanaşıb, barmaqlarında ləl-cavahir sayrışan ağ əlini onun alnına qoydu.
– Oğlum, Maliktac! – deyə həyəcanla səsləndi.
Lakin xəstədən cavab gəlmədi. O zaman şah rəngi ağarmış üzünü vəzirə sarı çevirib qorxulu və titrək səslə:
– Bu saat hər tərəfə çaparlar göndərilsin. Qoy dünyanın bütün biliciləri buraya toplansın, – dedi.
Şah bütün günü oğlunun başı üstündən tərpənmədi, gözlərini yummadı. Heç nə yemədi.
Səhəri vəzir qayıdıb:
– Qibleyi-aləm, – dedi, – şəhərdə ancaq tək-tək qocalar, uşaqlar qalıb, qırılan qırılıb, sağ qalanlar da gecə ikən meşələrə qaçıb. Çox axtarandan sonra bir falçı qarıya rast gəldik.
– Bəs falçı nə oldu? – deyə şah qəzəblə soruşdu.
– Gəlmədi. Şahzadənin yanına gətirilməsini istədi. Mən onu ocağa atdırıb yandırardım, qibleyi-aləm, ancaq...
Şah vəzirin sözünü kəsib:
– Taxt-rəvan hazırlansın, – dedi.
Hökmdar öz rəiyyəti ilə birlikdə insan cəsədləri ilə dolu xaraba küçələrdən keçib, balaca bir komanın qabağında dayandı. Taxt-rəvanı qulların çiynindən alıb yerə qoydular. Şahzadəni ehtiyatla içəri gətirdilər. Yarıqaranlıq evin içində ucaboylu bir qarı durmuşdu. Şah daxil olan zaman o, yerindən qımıldanmadı, təzim etmədi, bir heykəl sükunəti ilə dayanıb durdu.
Şah keçib xəstənin baş tərəfində qoyulmuş döşək üstündə əyləşərək:
– Qarı, – dedi, – deyirlər, sən cinlərin, uğursuz ruhların dilini bilirsən. Sağalmaz dərdlərə dava edirsən. Budur, mənim oğlum Maliktac od tutub yanır. Məşum ruhlar onun huşunu oğurlayıb aparmışlar. Səndən əlac istəyirəm, qarı! Əgər onu sağaltsan, evinin dirəklərini qızıla tutduracağam. Əgər xəyanət etsən, cəhənnəm kimi zəbanə çəkib yanacaqsan.
Qarı:
– Mən anayam, – dedi və bir qab su alıb taxt-rəvanın qarşısında yerə çökdü. Sonra dodağının altında nə isə oxuyub suya üfürdü və bir an kasaya diqqət edərək ağır zəhmli nəzərlərini qaldırıb:
– Ey şah, – dedi, – mən burada minlərlə qəzəbli ruh görürəm. Onlar xəbər alırlar: «Şah oğlunu çoxmu sevir?»
– Nə danışırsan, qarı? – dedi. – O mənim yeganə varisimdir. Böyük bir məmləkət gözünü ona dirmişdir. Mən yeddi il dua edib, yeddi min qurban kəsəndən sonra böyük Yaradan onu mənə əta etdi. O böyüdü, Kəyan mülkündə birinci pəhləvan oldu.
Falçı təkrar suya baxıb:
– Ağsaçlı bir qarı soruşur: «Şahzadənin anası varmı?»
– Var, qarı, – dedi, – onun anası Xədicəbanu yer üzündəki arvadların ən xoşbəxtidir. Çünki o mənə Maliktac kimi oğul bəxş etmişdir. Tez ol, qarı, oğlumun dərdinə əlac et. İndi Xədicəbanunun yuxusuna qara ilanlar girir.
Qarı bayaqdan bəri ilk dəfə olaraq başını qaldırıb xəstə şahzadəyə baxdı və elə bil ki, oğlanın solğun gözəlliyi onun gözlərini qamaşdırdı. Qarının kirpikləri qırpındı, bəbəkləri böyüyüb quru bir parıltı ilə yandı. Qarı qalxıb xəstəyə yanaşdı. Damarları çıxmış quru və kobud əlini onun sinəsinə qoydu.
Xəstə göz qapaqlarını qaldırdı. Yaralı ceyran gözlərinə bənzər bir cüt qara, məlul göz arvada zilləndi. Qarının günəşdən və dərddən yanıb qaralmış heybətli üzü qəribə bir nurla işıqlandı. Axı, o, ana idi.
Sonra qarı dağlara gedib bir ətək çiçək gətirdi. Onların şirəsini çəkib qaşıq-qaşıq xəstənin boğazına tökdü. Gecə-gündüz yanından tərpənmədi.
Şəhərdə sağ qalmış yerliləri ona lənət yağdırdılar. Güneylərdə oturan qocalar onu gördükdə, gözlərini endirib ayaqlarının ucuna baxdılar, yadellilərin nəzərindən iraq yerdə görüşən arvadlar başını bulayıb:
– Eh, Ballı qarı, imansız oldu, – dedilər.
Xəlvətə düşəndə uşaqlar onun ardınca düzülüb:
– Ay falçı, bəs qızıl başmağın hanı? – deyə tənə etdilər.
Qarı həmyerlilərinin bütün bu nifrətini sükutla qarşılayır, hər gün dağlara gedir, qucaq-qucaq çiçək gətirir, xəstəni müalicə edirdi.
Nəhayət, yeddi gündən sonra şahzadə gözlərini açıb yemək istədi. On birinci gün isə onun tamamilə sağalıb ayağa qalxdığını qoşun əhlinə xəbər verdilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-cavan-tacirle-pristav-qizinin-ehvalati
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir dəfə atam mal gətirmək üçün Bakıya getmişdi. Qayıdanda gördük ki, Nuru dayım onunla gəldi. Sonra atam anama danışırdı ki, neft mədənlərində işləyən qohumlarını görmək üçün Binəqədiyə gedibmiş. Birdən cır-cındır içində olan Nuru dayım çıxır qabağına. Qərəz, məlum olur ki, dayım atasının evindən satdığı şeylərin pulunu kefə sovurandan sonra lüt qalıb, gəlir neft mədəninə, Fatma nənəmgilin kürd qohumlarından olan fəhlələrin yanına. Fəhlələr də onu yedirib-içirdirmişlər.İndi dayım elə şən idi ki, elə bil, Parisdən kefdən gəlmişdi. Laklı uzunboğaz çəkmə, qalife şalvar, qiymətli buxara dərisindən təpəsi gen qabardin papaq, qolları enli üst köynəyi, körpüləri qızıl Qafqaz kəməri, nazik, qumral bığları, onsuz da, gözəl olan dayıma fövqəladə yaraşıq verirdi. O, Tiflisdə, Bakıda, daha nə bilim haralarda çəkdiyi keflərdən anama səhnələr danışırdı. Ən maraqlı söhbətlərdən biri də anamgilin ögey qardaşı, yəni Fatma nənəmin qabaqkı ərindən olan oğlu Cəlilə rast gəlməsi idi. Nuru dayımın danışmağına görə, Cəlil indi Bakının adlı-sanlı mühərrirlərindən, ziyalılarındandır. Fatma nənəm onun bu söhbətinə kənardan diqqətlə qulaq asaraq, Cəlil barədə heç nə soruşmurdu. Mən də buna təəccüb edirdim. Mən başa düşmürdüm ki, Fatma nənəm Nuru dayımı bu qədər istədiyi halda, nə üçün öz dualarında, söhbətlərində bir dəfə də olsun o vaxt atasının üstünə atıb getdiyi oğlu Cəlilin adını dilinə gətirmir?
Anamın bir rəfiqəsi vardı...Atam hər dəfə Bakıya gedib-gələndə Müsavat hökumətinin ideoloqu Məhəmməd Əmin Rəsulzadənin nitqlərindən danışardı. Küçələrdə uşaqlar Azərbaycan haqqında, vətən haqqında nəğmələr oxuyardılar, anamla rəfiqələri eyzən zabitlərdən söhbət edərdilər. Bizim şəhərimizdə müsavat zabitləri ilə bərabər, türk zabitləri də var idi. Bunlar Azərbaycana gələn türk hərbi hissəsinin zabitləri idi. Onlardan Hatəm bəy və Tofiq bəy adlı iki nəfəri bizim qonşuluğumuzdakı ikimərtəbəli binada yerləşmişdilər, yazın gur vaxtı olduğu üçün axşamçağılar bağçadakı qızılgüllükdə stul qoydurub, orada əyləşərdilər. Bəzən çay, bəzən şərab içərək bərkdən danışıb gülərdilər. Anam və rəfiqələri bizim bağımızda gəzib söhbət edərdilər.Anamın Məhbub xanım adlı çatmaqaş, qaraşirin, uzun qarasaç, incəbel bir rəfiqəsi var idi. O, bizə gələn bütün cavan qadınlardan gözəl və zinətli geyinərdi. Mən həmişə ona baxanda nağıllarda eşitdiyim şahzadə gözəllər yadıma düşərdi. Şən, deyib-gülən bir gəlin idi. Onun da tumanı anamınkı kimi uzun idi. Tumanının ayağına əşrəfi deyilən qızıl, qanavuz arxalığının yaxasına isə qızıl düymə düzülmüşdü. Belində enli, qızıl kəmər vardı. Atası Məşədi Həbib şəhərimizdəki böyük hamamın və motorla işləyən un dəyirmanının sahibi idi. Anam bizi hamama aparanda qabaqcadan xüsusi nömrə hazırlanardı. Biz çimib çıxandan sonra gəlib Məhbub xanımgildə çay içərdik (onların evləri hamamın böyründə idi). Məhbub xanımın anası Xurşid xanım iricüssəli, kök, yaraşıqlı bir qadın idi, həmişə Novruz bayramında üç-dörd vedrə sututan iri mis qazan dolusu səməni bişirib, bütün qonşulara paylayardı. Qışda da iki-üç dəfə hədik, ya da əriştə bişirib yenə də qonşulara paylayardı. Anam atama deyirdi ki, «Xurşid xala bundan həzz alır». Məhbub xanımı Aşqabadda yaşayan əmisi oğlu Talıba vermişdilər, ancaq anamın söhbətlərindən bilirdim ki, oğlan qıza qarşı soyuq imiş, ona görə də tezliklə ayrılmışdılar.
Narahat qocaların məşvərətiHəmin bu vaxtlarda Bayram babam öz bağlarında tikdirməyə hazırlaşdığı evin işi üçün gəlmişdi. (Özü faytonda əyləşmişdi, iki nəfər strajnik və Qızılbaşoğlu onu müşayiət edirdi). Babam istəyirdi ki, indiki birmərtəbəli evi sökdürüb yerində ikimərtəbəli, böyük evlər tikdirsin. Bunun üçün qapıya guşə daşı, qum daşınırdı. Bayram babamın gəldiyini eşidib qazı ağa ilə şəhərimizdə məhkəmə sədri olan Balaş bəy görüşə gəlmişdilər. Onlar yeni hökumətin taleyi ilə maraqlanırdılar. Söhbət bu barədə gedəndə Bayram babamın üzü qayğılı göründü və o, papiros yandıraraq dedi:– Bilirsiniz, əgər xaricdən kömək olmasa, Müsavat hökumətinin işi çətin olacaq. Düzdür, indi biz əsgər toplayırıq, qoşun təşkil edirik, ancaq bununla iş qurtarmır. Qoşuna silah lazımdı, hərbi işi yaxşı bilən adamlar lazımdı. Bu saat biz köməksiz uşaq kimiyik.
Yolda yaxalanmış naməlum şəhərliBayram babam Qarabulağa gəlməsindən istifadə eləyərək indi qışlaqda olan anası Səkinəni gedib görmək istədi. Mən həvəsə düşərək babama yalvardım ki, qoysun mən də gedim, babam heç bir zaman mənim sözümü, xahişimi rədd etməzdi. Dedi:– Yaxşı, gedək.
Стихи других поэтов
Nazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Гульшан-и раз, глава 22نبوّت را ظهور از آدم آمدکمالش در وجودِ خاتم آمد
Qurban olum dualarına…Ay ana, düşürsən tez-tez yadıma,Təzədən dönürəm uşaq oluram.
Mey nuri cilvə eylədi cami-bülurdənMey nuri cilvə eylədi cami-bülurdən,Cami-büluri gör ki, ləbaləbdi nurdən.